Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                     Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” .....                     Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir .....                     Bəlkə Azərbaycan XİN hərəkətə keçə... .....                     Deputat sülh müqaviləsindən danışdı: .....                     "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ .....                     Niderland Azərbaycana yeni səfir təyin edib .....                     Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib .....                     ABŞ senatorlarından Azərbaycana qarşı təxribat .....                     Şərura prokuror təyin olunub .....                     Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” .....                     Cəlilabada yeni prokuror təyin edilib .....                     Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub .....                     Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb .....                     Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu .....                 

“Partiya sədri haranı tapşırsa, orada olacam” - deputat
Tarix: 7-03-2020, 10:19 | Çap et
“Partiya sədri haranı tapşırsa, orada olacam”
“Yeni Müsavat”ın bu dəfəki müsahibi Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovdur. YAP funksioneri ilə gündəmdə olan əsas məsələləri müzakirə etdik.

- Siyavuş bəy, Konstitusiya Məhkəməsi martın 5-də seçkilərə yekun vurdu. Öncəliklə bu qərarı necə dəyərləndirərdiniz?

- Öncəliklə onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün tam münbit bir şərait yaradılmışdı. Şəffaf, ədalətli, demokratik seçki keçirildi. Həm ictimai-siyasi vəziyyət, həm də ictimai-siyasi sabitlik mövcud idi. Hər bir namizəd üçün bərabər şərait yaradılmışdı. Bunun nəticəsi olaraq, Azərbaycanda 20-dən artıq qeydiyyatdan keçmiş siyasi partiya və xeyli sayda ölkə vətəndaşı öz hüquqlarından istifadə edərək, seçki prosesinə qoşuldu. Təbii ki, seçkidə müəyyən olunmuş 125 yer var. Bu sayda şəxs seçilməli idi. Bütün dünyada belədir ki, seçilməyənlərdən narazı olanlar da olur, razı qalanlar da. Bu, aydın məsələdir. Kimin şikayəti var idisə, bunu etmək üçün hər cür şərait namizədlərə yaradılmışdı. Bunun nəticəsində 300-dən artıq məntəqə ləğv olundu, 4 dairənin nəticələri ləğv edildi. Tam şəkildə araşdırmalar aparıldı. Şikayət edən tərəfin iştirakı ilə bu araşdırma getdi. MSK 4 dairəni ləğv etdi, digərlərini təsdiq etmək üçün Konstitusiya Məhkəməsinə göndərdi. Bu məhkəmə də öz qərarı ilə nəticələri təsdiqlədi. Yenə də kiminsə şikayəti qalıbsa, hüquqi müstəvidə bunu davam etdirə bilər. Azərbaycan hüquqi bir dövlətdir. Burada qanunun aliliyi hamı üçün bərabərdir. Hər şey faktlar, qanun çərçivəsində olmalıdır. Söz söhbətlərə ehtiyac yoxdur. Kiminsə səsini telefona yazdırdılar, buna da hüquqi qiymət verildi.

- 4 dairə üzrə təkrar seçkilərin nə zaman keçiriləcəyini düşünürsüz?

- Adətən təkrar seçkilər iki aydan sonra baş tutur. İndi prezident nə zaman münasib biləcəksə, seçki gününü təyin edəcək. Vətəndaşlar da yenə azad şəkildə iştirak edəcəklər.

- Qeyd edirsiniz ki, seçkilər demokratik şəkildə keçirildi. Bəs MSK-nin qarşısında günlərlə keçirilən aksiya nə idi?

- Etiraz edən ilk növbədə özünə sual verməlidir ki, mən niyə seçilməmişəm. Mən Azərbaycanda seçki praktikası üzrə həm Amerikada, həm də Avropanın bir sıra ölkələrində müxalifət partiyalarının bir çoxunun nümayəndələri ilə birlikdə 1995-ci ildən bu tərəfə kurslar keçmişəm. Seçki prosesini çox gözəl bilirəm, nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri qanunvericiliklə nəzərdə tutulur, praktiki seçki prosesidir. Seçkiyə qatılmaq üçün hər bir namizəd düşünməlidir ki, hansı dairədən qatılım və niyə? Bu sual qarşıya qoyulmalıdır. Bəlkə yaşadığın yerdə birinci elə qonşuların əleyhinədir. Bunun tədqiqatını aparmısan ya yox? Bu kənddə doğulmusan deyə, düşünə bilməz ki, camaat gəlib mütləq sənə səs verəcək. Bu düşüncə tərzindən insanlar uzaq olmalıdır. Əgər qarşısına məqsəd qoyubsa ki, namizədliyini irəli sürüb seçilsin, ilk növbədə tədqiqat aparıb dəqiqləşdirməlidir ki, hansı dairədən səs ala bilər. Dairə var ki, orada gənc istəyirlər, yaşlı istəyən dairə də var, yaxud dairə var ki, orada qadının deputat olmasını istəyirlər. Bütün bunların hamısı tədqiqatın nəticəsidir. Seçkiyə bir il qalmış gərək o tədqiqatı aparasan ki, haradan namizədliyini verəcəyini müəyyən edəsən. Seçki elan olundu, görüm bu dairədə nə var, nə yox, düşüncəsi ilə prosesə qatılmaq olmaz. Bu xaricilərin də gülüş obyektinə çevrilir. MSK-nın qarşısında etiraz edənlər məhz bu xarakterə sahib insanlar idilər. Bir-iki dənə yazı yazır, adını qoyur bloger. Bu yazını kim oxuyub oxumayıb özü bilər, yaxud dostları ona səs verib-verməyiblər, bunu da özü bilər. Bəlkə birinin dostları heç o dairənin ərazisində yaşamır? Sən prezident seçkilərində iştirak etmirsən ki. Dairə üzrə gəlib səs verirlər. Bu baxımdan onların praktiki təcrübələri çox az idi.

Digər əsas şərt ondan ibarətdir ki, seçkiyə komanda ilə getmək lazımdır. Onların bir çoxunu gördüm ki, hətta iki nəfər səlahiyyətli nümayəndə təyin etməyə adamları yox idi. Özü DSK-ya aparıb sənədlərini təqdim edir. Halbuki namizədin səlahiyyətli nümayəndəsi bunu etməlidir. Doğrudur, namizədin özünün bunu etməsinə qadağa yoxdur. Amma demək, bu iki nəfər tapa bilmir ki, sənədləşmə işini aparsın. 450 imzanı toplamaq üçün azı 10 nəfər tələb olunur. Amma namizədin özü qapı-qapı düşüb imza toplayır. Deməli, komandası yoxdur. Belə olan təqdirdə hansı qələbədən danışa bilər? İstənilən partiyanın nümayəndəsi gəlsin, üzbəüz debatda onları başa salım. Azından 35 məntəqədir və hərəsində bir müşahidəçi təyin etməlisən - əgər seçkiyə nəzarət etmək istəyirsənsə. Bir müşahidəçi düşüb oradan-ora, buradan-bura əlində telefon çəkə-çəkə gedir. Müşahidəçi seçki məntəqəsi açılanda gəlir, bağlananda gedir. Hansı detala əl atsalar, bunlarda qələbə üçün bir işartı belə yox idi. Bu baxımdan o adamlar xalqın onlara nə üçün səs vermədiklərini düşünməlidirlər. Vətəndaş gəlib deyir ki, sənə axı niyə səs verməliyəm, əsaslandır.

- Müxalif namizədlərin bir kəsimi “Xalq parlamenti” yaradır...

- Belə şeylər çox olub. Son 30 ildə buna az şahidlik etməmişik. Vaxtilə SİDSUH, müvəqqəti, alternativ hökumət, alternativ parlament və s. yaradıblar. Bunlar bir aylıq işlərdir.

- 236 nəfər də seçkilərin ləğvi tələbi ilə sənəd hazırlayıb, imza atıblar.

- Bu, normal haldır. 2500-dən çox insan namizəd olmaq üçün müraciət etdi. Təxminən 1800-ə yaxın insan qeydiyyatdan keçdi. Onlarda da bəziləri başqasının xeyrinə geri çəkildilər, təxminən 1400-ə yaxın insan seçki günündə iştirak etdi. Hər dairə üzrə təxmini 12-13 nəfər mübarizə apardı. Onlardan da biri seçilməli idi. Bunların sırasında narazıların olması gözlənilən idi. Amerikada konqresmenlər, senatorlar iki müraciət hazırlayırlar. Biri seçicilərə təşəkkür edir, digəri seçkilərin saxtalaşdırıldığını deyirlər.

- Parlamentin ilk iclasının təxminən nə vaxt keçiriləcəyi gözlənilir?

- Konstitusiya Məhkəməsi təsdiq edəndən son bir həftə ərzində iclas keçirilməlidir. Burada prosedur qaydalar var. Hazır olan kimi parlament öz işinə başlayacaq.

- Siyavuş Novruzov Milli Məclisin spikerliyinə, yaxud vitse-spikerliyinə iddialıdırmı?

- Mən partiya nümayəndəsiyəm. Partiya sədri haranı tapşırsa, orada olacam. Bizdə partiya intizamı var. Sədr nə göstəriş, tapşırıq verirsə, can-başla yerinə yetirməyə hazırıq.

- Şəxsiniz olmasa da, namizədləriniz varmı?

- Bu seçkilərdə qalib gələn tərəf Yeni Azərbaycan Partiyasıdır. Buna uyğun olaraq, parlament rəhbərliyinin böyük əksəriyyəti partiyamızdan formalaşaq. Bu da partiya sədrimizin tövsiyələri əsasında olacaq.

- YAP-da bu məsələlər müzakirə olunubmu?

- Bu, artıq bizim daxili məsələmizdir.

- “Freedom House” günlər öncə Azərbaycanı “Azad olmayan ölkələr” sırasına saldı, Türkmənistan, Tacikistanla bir yerə...

- Buna gözlə baxmaq lazımdır. Azərbaycanla adını çəkdiyiniz dövlətlər tərəzinin eyni gözündədir? Birinci saxtakarlıq elə oradan başlayır. Bu və ya digər beynəlxalq təşkilatlar 30 ilə yaxındır ki, Azərbaycan haqqında qərəzli mövqedən çıxış edirlər. Burada da əsas məqsəd təzyiq göstərməkdir. Ayrı-ayrı firmaların burada güzəştli şəkildə iş almaları və digər məsələlərdə təzyiq metodundan istifadə edirlər. Bunu edən təşkilatların idarə heyətlərində ermənilər, yaxud erməni mənşəli şəxslər təmsil olunurlar. Onlara Azərbaycanın bu cür inkişafı sərf etmir. Yaxınlarda cənab prezident İtaliyaya səfər etdi və 28 sənəd imzalandı. Bu və ya digər bu kimi göstəricilər ölkəmizə bariz nümunədir. Onlar nə yazırlarsa, yazsınlar. Elə hesab edin ki, Mübariz Əhmədoğlu yazır ki, Amerikada demokratiya yoxdur. Bu, eyni şeydir.

- Bugünlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədəki siyasi partiyalarla görüşləri baş tutmaqdadır. Bu iqtidar-müxalifət dialoquna gedən yolun başlanğıcıdır?

- Prezident Administrasiyasında yeni struktur formalaşıb. Siyasi partiyalarla işlə Ədalət Vəliyev məşğuldur. Siyasi partiyaların bir-bir rəylərini, fikirlərini alır, arzularını, istəklərini öyrənir. Bunlar toplum şəklində hazırlanır. Elə sahə var ki, orada parlamentin qərarına ehtiyac olacaq. Elə sahə olacaq ki, cənab prezidentin sərəncamına böyük ehtiyac duyulur. Yəni hər birinin müxtəlif təklif və istəkləri var. Burada sivil qaydada münasibətlərin qurulmasından söhbət gedir.

Müxalifət düşmənçilik demək deyil, alternativ təklif, fikir deməkdir. Bütün bunlar danışıqlar əsasında ortalıqda olur. Bunlar olmadan bir-birinə mətbuat və ya digər vasitələrlə müraciət etmək mümkün deyil axı. Təbii ki, burada o biri partiyaları monopoliyaya alıb, özlərinin böyük olduğunu göstərməyə çalışanlar var. Əslində onlar da dərnəkdir. Partiya seçkilərdə iştirak edib, alternativ təkliflər verir, kadr bazası formalaşdırır. Bunların işi orada-burada etiraz aksiyaları, piketlər keçirməkdir. 30 ildir eyni işlə məşğulsunuz. Bu məsələləri qurtarın.

- Seçki prosesi dövründə DTX tərəfindən icra başçıları səviyyəsində həbslər oldu. Bu hansı proseslərin başlanğıcı idi?

- Cənab prezident belə məmurlarla bağlı konkret fikirlərini bildirdi ki, xalqın malına toxunan, mənimsəyən, vətəndaşları incidən, onların haqq səsinə qulaq asmayan, öz vəzifə borcunu yerinə yetirməyən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Burada heç bir güzəşt ola bilməz. Hamı qanun qarşısında bərabərdir.

- Neftçalanın icra başçısı 31 yaşlı Mirhəsən Seyidov təyin olundu ki, bu da bir sıra müzakirələr doğurdu. Əsas da yaşına görə...

- Heç kəs doğulanda icra başçısı doğulmur. İllərlə o vəzifə üçün yetişir. Bu gün gənclərə yol açılır. Onlara özlərini göstərmək üçün şərait yaradılır. Bəzi ölkələr var ki, qəfil gəncləşmə həyata keçirilir. Bu da çox böyük kataklizmlərə gətirib çıxarırdı. Ölkəmizdə bu təkamül yolu ilə gedir. Strukturlarda gəncləşmə prosesi getməkdədir. Bu davamlı olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Bu gün, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Bu gün, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Bu gün, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Bu gün, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Bu gün, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Bu gün, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Bu gün, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Bu gün, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Bu gün, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Bu gün, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Bu gün, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Bu gün, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Bu gün, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Bu gün, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Bu gün, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Bu gün, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Bu gün, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Bu gün, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Bu gün, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Bu gün, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Bu gün, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Bu gün, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Bu gün, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Bu gün, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Bu gün, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Bu gün, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Bu gün, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Bu gün, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Bu gün, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Bu gün, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Bu gün, 14:19
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Bu gün, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Bu gün, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Bu gün, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Bu gün, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Bu gün, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Bu gün, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Bu gün, 12:47
Həbs edilən "Epi" ləqəbli reper: - "3 dəfə qeyri-etik ifadədən istifadə edilib"
Bu gün, 12:36
Bazarda yeni fırıldaq dönür: - Evi satıb sonra boşanırlar və...
Bu gün, 12:34
Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - BUNDAN SONRA...
Bu gün, 12:31
Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: - “70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam”
Bu gün, 12:25
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru