"Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib" - QALMAQAL
Tarix: 22-02-2020, 10:27 | Çap et
 76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16 saylı məntəqəsində məşvərətçi səs hüquqlu şəxs Jalə Bayramovanın döyülməsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirməsi məsələni bir qədər də aktuallaşdırıb.
MSK sədri qeyd edib ki, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin: “Bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.
Jalə Bayramova seçki keçirilən gün qeyd edilən məntəqədə gördüyü qanun pozuntularını lentə alıb. Onun atası, tanınmış iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qızı Jalə Bayramovaya cinayət işi açılması haqda məlumat yayıb.
“Gözləntilərimiz özünü doğrultmaqdadır. Azadəyə deyil, Jaləyə qarşı cinayət işi açılıb” deyə, Qubad İbadoğlunun açıqlamasında qeyd olunub.
O, MSK sədrinin digər xanım adlandırdığı Azadə Kərimovanın həmin məntəqədə seçici deyil, ümumiyyətlə, onun məntəqədə mövcudluğu faktının qanunsuz olduğunu diqqətə çatdırıb: “İkincisi, Jaləni DSK sədri Mübariz Əmirov bunu çək, onu çək deyə çəkməyə dəvət edib. Çəkiliş isə küçədə deyil, seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb, fiziki zor faktı göz qabağındadır, bu videoları izləyənləri də hiddətləndirib, amma döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur”- Q.İbadoğlu qeyd edib.
Bəs qanun nə deyir? Müşahidəçinin məntəqədə çəkiliş aparması qanunidirmi?
Hüquqşünas Xalid Ağaliyev “Yeni Müsavat”a deyib ki, müşahidəçinin işi bir prosesi izləmək, həmin prosesin qaydalarının pozulmasını fiksasiya etməkdir: “Pozuntuları fiksasiya etməyin ən ağlabatan yolu isə elə foto və ya video çəkilişdir. Çəkilişin yasaqlanması bu fəaliyyətin fəlsəfəsinə kökündən ziddir”.
Hüquqşünas qeyd edir ki, Seçki Məcəlləsində aydın şəkildə yazılıb ki, seçkilərin hazırlanması, keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir. Seçki prosesinin iştirakçılarının vəzifəsidir ki, mətbuat azadlığına, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləsinlər.
Müşahidəçilərin seçki komissiyalarında bütün seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququnun olduğunu vurğulayan X.Ağaliyev bildirir ki, qanunvericilik müşahidəçi nəyi edə bilməz, açıq yazıb.
“Müşahidəçi seçicilərə seçki bülletenləri verə, seçiciyə necə səs verəcəyi haqda sual verə, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza edə, bülleteni doldura, təşviqat apara, yönləndirici hərəkətlər edə bilməz. Qanunvericilik müşahidəçinin çəkiliş aparmasına, faktları fiksasiya etməyə heç bir qadağa qoymur”, deyən hüquqşünas onu da bildirir ki, müşahidəçi hər hansı pozuntuya yol verərsə, onun müşahidəçiliyi ilə bağlı məhkəmələr qərar verə bilərlər.
Müşahidəçilərin seçki komissiyalarında ümumi iş mühitinə maneçilik yaratmadan çəkiliş aparmasına qanunvericiliyin heç bir əngəl nəzərdə tutmadığını vurğulayan hüquqşünas əlavə edib ki, bu, seçki prosesinin şəffaf olması prinsipindən doğur.
“Bütün dünyanın izləyə biləcəyi kameraların quraşdırldığı, canlı yayım gedən məkanda çəkiliş aparmağın qanunsuzluğunu söyləməyin nə məntiqi, nə də hüquqi əsası var”.
X.Ağaliyev seçki prosesi zamanı çəkiliş aparılmasına yasaq tətbiq edilməsinin ifadə azadlığı hüququ ilə də bir araya sığmadığını vurğulayıb. “Seçki komissiyaları toplum üçün çox önəmli olan fəaliyyətlə məşğuldurlar. Cəmiyyətin orda baş verənlər barədə detallı bilgi almaq tələbatı var. Digər tərəfdən, informasiya toplanmasına məhdudiyyət gətirmənin əsasları Avropa Konvensiyasında da açıq şəkildə göstərilib. Həmin əsaslar ictimaiyyət üçün açıq olan məkanda baş verənləri görüntüləməyə məhdudiyyət tətbiq olunmasına imkan vermir”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12 |
|
|
|
• Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07 |
|
|
|
• Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54 |
|
|
|
• Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49 |
|
|
|
• "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16 |
|
|
|
• Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04 |
|
|
|
• Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58 |
|
|
|
• Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54 |
|
|
|
• “Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49 |
|
|
|
• 14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47 |
|
|
|
• Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44 |
|
|
|
• Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38 |
|
|
|
• Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29 |
|
|
|
• Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21 |
|
|
|
• “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05 |
|
|
|
• SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57 |
|
|
|
• Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51 |
|
|
|
• Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49 |
|
|
|
• Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46 |
|
|
|
• Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42 |
|
|
|
• İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33 |
|
|
|
• "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31 |
|
|
|
• “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28 |
|
|
|
• Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25 |
|
|
|
• "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21 |
|
|
|
• FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17 |
|
|
|
• Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15 |
|
|
|
• Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11 |
|
|
|
• Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09 |
|
|
|
• Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08 |
|
|
|
• Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36 |
|
|
|
• Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34 |
|
|
|
• Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47 |
|
|
|
• "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40 |
|
|
|
• Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37 |
|
|
|
• Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34 |
|
|
|
• ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Dünən, 14:24 |
|
|
|
• Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:21 |
|
|
|
• Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Dünən, 14:19 |
|
|
|
• Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Dünən, 13:25 |
|
|
|
• Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:17 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Dünən, 13:12 |
|
|
|
• Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Dünən, 13:07 |
|
|
|
• Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Dünən, 13:00 |
|
|
|
• Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
• İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Dünən, 12:55 |
|
|
|
• “Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Dünən, 12:50 |
|
|
|
• 35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Dünən, 12:47 |
|
|
|
|