Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... .....                     "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" .....                     Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa .....                     Azərbaycanla Ermənistan arasında memorandum .....                     Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: .....                     Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… .....                     Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? .....                     Bank rəhbərliyindən holdinqə transfer oldu .....                     Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR .....                     Lerikdə 407 minlik tender ləğv olundu .....                     “Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu .....                     Babək rayonunda fermerlər DAD DEYİR... .....                     “Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” .....                     Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb .....                     Nərgiz İsmayılova vəzifəsindən GETDİ .....                     “Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                 

MŞ-nin mitinqinə icazə verildi, Əli Kərimli isə qarşıdurmanı seçdi - GƏLİŞMƏ
Tarix: 17-10-2019, 08:55 | Çap et
MŞ-nin mitinqinə icazə verildi, Əli Kərimli isə qarşıdurmanı seçdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura isə 28 sentyabr mitinqi kimi, bu dəfə də icazə verilən məkanla razılaşmır. Bu barədə modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək. O, qeyd edib ki, oktyabrın 19-da saat 15:00-da metronun “28 May” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəklər.

AXCP sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Əli Kərimli də feysbuq səhifəsində paylaşdığı statusda “28 May” metro stansiyasının qarşısında aksiya keçirəcəklərini qəti şəkildə bəyan edib.

Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib. O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, oktyabrın 17-də saat 11:00-a idarəyə dəvət ediliblər.

Milli Şuranın ardıcıl iki dəfə Lökbatanda icazəli mitinq keçirməkdən imtina etməsi, qarşıdurmaya cəhd göstərməsi müzakirələrə səbəb olub. Belə fikirlər var ki, ölkə daxilində müəyyən gərginlik yaratmaq üçün bu cür yollara əl atılır. 8 oktyabrdakı piket edə buna bariz sübut kimi önə çəkilir.

Daha öncədən xaricdəki bir sıra mühacirlərin payızda “inqilab” olacağına dair çağırışlar etməsi fonunda vətəndaşları narahat edən odur ki, Kərimlinin qarşıdurma planı ölkə daxilində çaxnaşmalar yarada bilər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Milli Şuranın məqsədinin tam aydın şəkildə göründüyünü qeyd etdi: “Milli Şuranın aksiya kontekstində tək məqsədi təxribatdır. Başqa təsbit, görüntü yoxdur. Dediyimi sosial şəbəkələrdəki çağırışlardan da, rabitəsiz çıxışlardan da, bir az el dilində desək radikal müxalifətin qırımından da görmək olar. Bakı Şəhər İcra Hakimiyyətinin ”Lökbatan razılığı"ndan sonra radikalçıların, konkret olaraq Əli Kərimlinin feysbuq üzərindən verdiyi bəyanat da o məntiqin ifadəsidir ki, icazəli və ya icazəsiz, fərq eləmir, mahiyyət dəyişmir. Bunlar əgər piketlə yürüşün, yürüşlə mitinqin fərqini, təyinatını, təsnifatını ayırd edə bilmirlərsə, nə planlasalar, hansı icraatı reallaşdırsalar və ya reallaşdırmaq istəsələr, yenə eyni marağa xidmət edəcəklər. Necə ki, edirlər. Maraq və istəksə təxribatdır. Biz bu ssenarinin ilkin rüşeymlərini 8 oktyabr piketindən sonra növbəti dəfə sezdik. Həm də bütün çılpaq ayrıntılarla bərabər sezdik. Məram və konstitusion qayda qaldı bir kənarda, ancaq xaos yaratmaq, video çəkib imitasiya eləmək, özlərinin yazıq obrazını cəmiyyətə sırımaq xətti ön plana keçdi. Buna səbəb odur ki, Əli Kərimli bitmiş adamdır, itirəcəyi heç nə yoxdur, nə özü, nə də siyasət adına. Ona görə xalqı qarşıdurmaya çağırır, tarana gedir. Amma hər zaman olduğu kimi yenə keyfiyyətsizcə, ucuzca, bərbadca, lüzumsuzca gedir. Onunku xalq dərdi deyil, şəxsi qisasdır. O, heç zaman nə milləti düşünüb, nə Qarabağı, nə də siyasi düşərgəni. Tək amalı pislik eləmək, ürək bulandırmaq və qarışıqlıq yaratmaqdır. Mitinqə rəsmi icazənin verilib-verilməyəcəyinin heç nəyi dəyişməyəcəyini öncədən söyləmişdik, proqnozlaşdırmışdıq. Dediyimiz də oldu.

Yəni əvvəldən bilirdik, təxmin edirdik ki, güzəşt olsa da, icazə verilsə də, proses təxribat tərəfə sürüklənəcək, güzəşt olmasa da. Çünki 3 fərqli məkan olaraq elə yerlər istənilmişdi ki, orada mitinq keçirmək faktiki olaraq şəhərin mərkəzini, paytaxtın həyatını iflic vəziyyətinə sala bilərdi. Elə Milli Şuranın məqsədi də o idi ki, qarışıqlıq yaransın, siravi vətəndaşlarla mitinq iştirakçılarını ayırd etmək mümkün olmasın, axırda da Əli Kərimli ətrafda görünən hamını öz adına çıxıb desin ki, sayımız minlərlədir. Adi bir misal çəkim. Matəm günlərində bilirsiniz ki, Şəhidlər Xiyabanını nə qədər insan ziyarət edir. Əli Kərimli belə məqamlarda hər zaman hansısa dəstənin önündə durur və dərhal şəkil çəkdirir. Guya arxadakılar hamısı cəbhəçidir. Amma onlar siravi, siyasətə aidiyyəti olmayan adamlardır, xalqdır, hər zaman ziyarətə gələnlərdir. Ayrıca, bu taktika hər yerdə, hər imkanda yeridilir. Əsas da mitinqlərdə və digər aksiyalarda. Görün məkan olaraq haralar seçilib, “28 May” metro stansiyası tərəf, Nəriman Nərimanov və Tofiq Bəhramov adına stadionun qarşısı. Hər üç məkana heç normalda güclə gedib çatırıq. Çünki oralarda daim tıxac olur. O zaman sual edirəm: Belə bir məkanda mitinq keçirilsə, nə baş verər? Bu məqamda siravi aksiya iştirakçısı ilə yoldan keçən birini ayırd eləmək mümkündürmü? Ümumən orada ağız deyəni qulaq eşidərmi? Orada effektli mitinq keçirmək realdırmı? Yox, təbii. Ona görə deyirəm ki, məqsəd tamam başqadır, ölkəni qarışdırmaqdır, çox kütlə olan yerdə say qabartmaqdır, xaricdəki hamilərə daha “məzmunlu” hesabat verməkdir".

Deputat gələn ayla bağlı yayılan şayiələrə də münasibət sərgilədi: ““Noyabr təlatümü” haqda mifi, əsatiri də Əli Kərimli özü yaradıb. Bu, təxminən bir zamanlar dünyanın filan gün sonu gələcək söhbətinə bənzər bir şeydir. Təbii, inqilab, xaos radikal müxalifətin arzusu, xəyalıdır. Fəqət, bu arzu Azərbaycanda gerçəkləşməyəcək. Bir o məqamla razıyam ki, radikal müxalifətçilər planlı gedirlər, öhdəlik götürdükləri hansısa qüvvənin maraqlarını açıqca ifadə edirlər, antimilli hərəkətlərini sistemli şəkildə həyata keçirirlər. Amma Azərbaycan yiyəsiz deyil, bu ölkənin prezidenti də yerindədir, polisi də, siyasi rəhbərliyi də, dövlətçilik üçün sinəsini önə verən, ən kəskin situasiyalarda həmin dövləti qorumağa hazır və qadır olan vətəndaşı da. Əli Kərimlinin fikri, deyəsən, 30 il öncəyə gedib. O dövrlərə ki, 5 dəqiqəlik çıxışla ictimai rəyi dəyişmək mümkün idi. İndi isə elə deyil, xalq siyasi cəhətdən yetərincə maariflənib, hər şeyi ayırd edə, yaxşını pisdən seçə bilir. Artıq Azərbaycanın siyasi elitasında naşılara, gədə-güdələrə yer yoxdur və olmayacaq! İlham Əliyevi, son dövrlərdə adını ən yüksək mərtəbələrə, siyahılara yazdırmış Azərbaycanı qorumaq lazımdır. Allah eləməsin, Əli Kərimli kimi adam dövlət başçısı olsa, yarım saatlıq belə müddətdə nə vətəndaş qürurunu daşıya bilərik, nə dövlətin qoruyucu funksiyasını görərik, nə də rahat və xoşbəxt olarıq".
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu - SİYAHI
Bu gün, 11:54
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru