MİDA-nın mənfəəti üç dəfə azalıb .....                     “Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı .....                     AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ .....                     Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır .....                     Abdullah Öcalana belə oyun oynadılar .....                     Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... .....                     Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb .....                     FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... .....                     Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: .....                     Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... .....                     Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: .....                     Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır .....                     150 yaşlı qocanın dəfnindən REPORTAJ... .....                     Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb .....                     İran prosesin qarşısını ala bilməyəcək .....                     “İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” .....                     ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... .....                     Urmu gölünün qurudulması davam etdirilir .....                     Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi .....                     "Qapımı döyən, zəng edən yoxdur" .....                     "Starmer Fələstini tanıyacaq" .....                     Rusiya bölgədən getmək fikrində deyil: .....                     Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır .....                     Ukraynanın müdafiəsi yarıldı .....                     “MADİNA” adı üstündə narazılıq .....                     Zəngəzur dəhlizi üçün “Qobl planı” .....                     Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... .....                     Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur .....                     "Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" .....                     Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu .....                     Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? .....                     Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib .....                     Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? .....                     "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." .....                     Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                     Kasıba “kuryer” tələsi, varlıya isə… .....                 

“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər” - deputat
Tarix: 23-05-2019, 08:40 | Çap et
“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər”
“Ümumiyyətlə, nə Fəvvarələr meydanı, nə İstiqlal abidəsinin ətrafı, bütövlükdə şəhərin mərkəzinin bağlanmasından, vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Biz bir daha bildiririk ki, bu haqda heç bir qərar yoxdur. Axı necə ola bilər ki, Bakı sakini öz ailəsi ilə gəzməyə çıxır, sən onu ”Torqovı"ya girməyə qoymayasan? Sadəcə, bu məlumatlar sosial şəbəkələrin təxribatıdır, inanmayın".

Bu sözləri “Yeni Müsavat”a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov mayın 25-dən 31-dək Bakının “Torqovı” adlanan mərkəzi meydanının, yəni Nizami küçəsinin Avroliqa finalı ilə əlaqədar vətəndaşların üzünə bağlanacağı barədə yayılan məlumatlara münasibət bildirərkən dedi.

BŞİH sözçüsü qeyd etdi ki, mayın 28-i və 29-u günlərində bayram əhval-ruhiyyəsi olacaq: “Həm Respublika Günü, həm idman yarışı ilə əlaqədar şəhərdə fərqli bayram ovqatı yaşanacaq. Hətta şəhərə gələcək ingilis qonaqlara onların nağıl qəhrəmanları Şerlok Holms və s. barədə maraqlı sərgilər nümayiş etdiriləcək, parklarda, meydanlarda bayram tədbirləri keçiriləcək. Biz respublikamızın qonaqpərvərliyini, ölkəmizdəki əmin-amanlığını turistlərə göstərməliyik. Qoy gəlsinlər, ölkəmizi görsünlər. Bakıda ilk dəfə yarışlar keçirilmir, hər zaman mötəbər tədbirlər paytaxtımızda yüksək səviyyədə təşkil olunub.

Eyni zamanda kim özünü Azərbaycan vətəndaşı hesab edirsə, o da gələn xaricilərə qonaqpərvərliyimizi nümayiş etdirməlidir. Ona görə də heç bir qadağa, şəhərin mərkəzinin bağlanması söhbəti ola bilməz".

Deputat Aqil Abbas da bildirdi ki, bu, insanları əsəbiləşdirmək üçün ortaya atılıb: “Daxili İşlər Nazirliyi təkzib edib ki, belə söhbət yoxdur. Bunu haradan çıxarıblar? Necə mərkəzə getmək olmaz? Hasar çəkəcəklər, qapı qoyacaqlar, yoxsa pasportlarını yoxlayıb buraxacaqlar? Bir hoqqa atırlar ortaya, şou düzəldirlər”.

Deputatın sözlərinə görə, final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var: “Mxitaryana kim qadağa qoymuşdu? Özündən bir şou düzəltdi. Məqsəd Azərbaycana təzyiq etməkdir. Bu, ingilis həyasızlığıdır. Azərbaycan tolerant ölkə kimi tanınır. Bundan əvvəl də İslam oyunları, Avropa Oyunları, ”Eurovision" ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılıb".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar: “Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”.

Jurnalist Eynulla Fətullayev də müəllif yazısında məsələyə toxunub və qeyd edib ki, hansı özünə hörmət edən hakimiyyət belə addım atar: “Bu cür boş yalana diqqət yetirməyə dəyərdimi? Ələlxüsus da prezident vəzifəsini tutmağa iddialı olan siyasətçiyə?! Lakin yeni xalq başçısı obrazında İlqar Məmmədov dərhal hakimiyyətin qərarını pisləyir və qəzəblə UEFA-ya hücuma keçir. Sən demə, özünün daha çox futbolu xatırladan REAL adlı marginal təşkilatı ilə İlqar Məmmədov yalan xəbərin yayılmasına bir gün qalmış Birinci respublikanın qurucularının memorialına doğru narazıların yürüşünün təşkili barədə tarixi qərar qəbul edibmiş. Tarixlər belə düşüb ki, oyuna bir gün qalmış Birinci respublikanın elan olunmasının 101 ili tamam olacaq. Və budur, Bakı Realı öz oyununu oynamaq qərarına gəlib. Sanki hakimiyyət bir ovuc marginalın yürüşündən ehtiyat edərək, mərkəzi prospekti bağlamaq qərarı verib”.

E.Fətullayev ardınca yazır: “İlqar Məmmədov nə edir?! O da Mxitaryan və onun tərəfdarları kimi bütün Bakının və Azərbaycanın bayramını pozmağa, Kiçik Qafqaz ölkəsi üçün bu cür əhəmiyyətli hadisəni korlamağa cəhd edir və öz hakimiyyətini əsassız günahlandırır.

Halbuki hakimiyyət siyasəti idmana qatmırsa da, Avropa Oyunları və digər nüfuzlu beynəlxalq hadisələr ərəfəsində müxalifət ən kiçik imkandan və hətta səhvdən yararlanmağa çalışır ki, təki aranı qarışdırsın və murdarlıq etsin”.

Xatırladaq ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxta gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.

Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik.

Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. Şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Bundan əlavə, final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tiflisdən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.

Məlumata görə, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 27-31 may tarixlərində mövcud Bakı-Tiflis-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq. Mayın 29-da keçiriləcək “Arsenal” - “Çelsi” finalı saat 23:00-da baş tutacaq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA-nın mənfəəti üç dəfə azalıb
Bu gün, 11:15
“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59
Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56
Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35
FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22
Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18
Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13
150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10
Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53
İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47
“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45
ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:44
Urmu gölünün qurudulması davam etdirilir - ETİRAZ
Bu gün, 09:40
Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:39
"Qapımı döyən, zəng edən yoxdur" - Cavanşir Quliyev
Bu gün, 09:36
"Starmer Fələstini tanıyacaq" - The Telegraph
Bu gün, 09:32
Rusiya bölgədən getmək fikrində deyil: - Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Bu gün, 09:31
Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar
Bu gün, 09:28
Ukraynanın müdafiəsi yarıldı – Rusiya ordusu şəhərə girdi
Bu gün, 09:24
“MADİNA” adı üstündə narazılıq - ANTİİNHİSAR ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 09:18
Zəngəzur dəhlizi üçün “Qobl planı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... – Qazi Rahib Əliyev Prezidentdən yardım istəyir
Bu gün, 09:15
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur - AXI NİYƏ?
Bu gün, 09:10
"Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" - partiya sədri
Bu gün, 09:03
Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Bu gün, 08:57
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49
Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52
Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43
"Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru