AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ .....                     Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır .....                     Abdullah Öcalana belə oyun oynadılar .....                     Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... .....                     Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb .....                     FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... .....                     Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: .....                     Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... .....                     Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: .....                     Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır .....                     150 yaşlı qocanın dəfnindən REPORTAJ... .....                     Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb .....                     İran prosesin qarşısını ala bilməyəcək .....                     “İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” .....                     ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... .....                     Urmu gölünün qurudulması davam etdirilir .....                     Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi .....                     "Qapımı döyən, zəng edən yoxdur" .....                     "Starmer Fələstini tanıyacaq" .....                     Rusiya bölgədən getmək fikrində deyil: .....                     Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır .....                     Ukraynanın müdafiəsi yarıldı .....                     “MADİNA” adı üstündə narazılıq .....                     Zəngəzur dəhlizi üçün “Qobl planı” .....                     Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... .....                     Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur .....                     "Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" .....                     Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu .....                     Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? .....                     Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib .....                     Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? .....                     "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." .....                     Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                     Kasıba “kuryer” tələsi, varlıya isə… .....                     Paşinyan ilanın başını əzərsə... .....                     “Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” .....                 

“Hakimiyyəti qəbul edən mühacirlərin cinayət işinə xitam verilməlidir ki, vətənə dönə bilsinlər” - deputat
Tarix: 22-05-2019, 08:29 | Çap et
“Hakimiyyəti qəbul edən mühacirlərin cinayət işinə xitam verilməlidir ki, vətənə dönə bilsinlər”
Bu günlərdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mühacirlərə bir barışıq əli uzatdı. Parlament üzvü bəyan etdi ki, o insanlar qərarlarında sərbəstdirlər, öz ölkələrinə gələ bilərlər, onları hər hansı bir təhlükə gözləmir.

Çağırışa qoşulanlar arasında həmkarı Bəxtiyar Sadıqov və başqaları da var idi. Bildirirdilər ki, mühacirlər buyursunlar, vətənə gəlsinlər, heç bir problem yoxdur.

Mühacirlərdən Emin Milli, Elnur Məcidli, Əlövsət Əliyev və digərlərinin çıxışlarında da S.Seyidovun mövqeyinə pozitiv yanaşanlar, iqtidara mesajlar verənlər var. Ancaq deputatlar dövlət rəsmisi hesab edilmirlər. Şübhəsiz ki, onların iqtidaryönlü olduğunu nəzərə alsaq, barışıq mesajlarını həm də hakimiyyətin münasibəti kimi qəbul etmək olar. Sadəcə, mühacirətdə olan bir çox azərbaycanlıların üzərində cinayət işi var, heç birinə xitam verilməyib, ölkəyə dönsələr, məsuliyyətə cəlb oluna bilərlər. Buna kim zəmanət verir?

Mühacirlərin Azərbaycana sərbəst gəlişi üçün hansı hüquqi addımlar atılmalıdır? Qanunvericilikdə dəyişiklik olunmalıdırmı?

Bu mövzuda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə “Yeni Müsavat”ın suallarını cavablandırıb:

- Bu məsələni ilk olaraq hörmətli Səməd Seyidov qaldırdı. Mən də bəzi dövlət rəsmilərimizlə mühacirlərin Azərbaycana dönüşünə şərait yaradılması haqda söhbətlər etmişəm və hesab edirəm ki, məsələ reallaşmalıdır. Bilirsiniz ki, soydaşlarımız arasında 10-15, hətta 20 ildir Azərbaycana gələ bilməyənlər var. Onlar illər öncə ölkədə gedən müəyyən siyasi proseslər zamanı vətəni tərk ediblər, çoxu özünə xaricdə iş, həyat qurub. Amma onlardan bəziləri haqda cinayət işi qaldırılıb. Mənim fikrim budur ki, onların işinə baxılmalıdır. Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə, amnistiya elan olunmalıdır. Yəni bu barədə siyasi qərar olmalıdır ki, onlar vətənə dönə bilsinlər.

- Bəs bu halda cinayət işi necə olacaq?

- Bu məsələdə söhbət xaricdə yaşayan və vətənə xəyanət edən, dövlət çevrilişi, separatçılıq fəaliyyəti göstərənlərdən getmir. Sadəcə, kiçik maddələrlə barəsində cinayət işi qaldırılan mühacirlər var. Həmin cinayət işlərinin istintaqından xeyli müddət keçib və bu halda cinayət işlərinə xitam verilməlidir, soydaşlarımıza da rəsmi şəkildə məlumat göndərilməlidir. Amma çox təəssüf ki, bu gün Avropada yerləşən marginal, kiçik qrupdan ibarət olan “söyüş müxalifəti” öz tərbiyəsiz mövqeyini nümayiş etdirməkdədir. Onlar təkcə cənab prezidenti, yaxınlarını təhqir etmirlər, eyni zamanda, Azərbaycanın dövlət idarəçiliyində olan nüfuzlu, hörmətli şəxslər, vəzifəlilər barədə heç bir məntiqə, əxlaqa sığışmayan sözlər işlədirlər. Onların elədikləri kişiliyə sığışmaz.

Ümumiyyətlə, Azərbaycan cəmiyyəti də görür ki, bu adamlar xaricdə təkləniblər, onların çağırışlarına, yığıncaqlarına 3-5 nəfər özləri kimilər gəlirlər. Həmçinin ölkəmizin uğurlarını görən mühacirlərimiz belə onlara nifrət edirlər. Bu insanlar mühacir olsalar da, ölkənin uğurlarını görür, hakimiyyəti qəbul edirlər və dövlət tərəfindən müsbət addım atılmasını gözləyirlər. Arzulayıram ki, bu istiqamətdə addımlar atılsın.

- Hesab edirsiniz ki, bununla cəmiyyətdə gərginlik azala, barış mühiti yarana bilər?

- Təbii ki. Gərginlik olduğu halda cəmiyyətdə bir narahatlıq hökm sürür. Bu qərar həm də siyasi barışa doğru atılan addım olardı. Azərbaycan cəmiyyəti də verilən qərarı müsbət dəyərləndirəcək. Bilirsiniz ki, Novruz bayramı ərəfəsində prezidentin əfv fərmanı ilə hüquq müdafiəçilərinin siyasi məhbus adlandırdığı, mübahisəli məhbuslar olan 50-dən çox şəxs azadlığa buraxıldı. Prezidentin əfv fərmanını hamı alqışladı - Avropanın təşkilatlarından da, cəmiyyətdən də təşəkkürlər gəldi. Bu mənada arzulayırdım ki, ikinci belə xoş addım mühacirlərlə bağlı olsun. Məlum məsələdir ki, Avropada yerləşmiş insanların hamısı gəlməyəcək, orada öz həyatlarını qurublar. Amma ölkədə gedən müsbət işlərlə bağlı vətəni dəstəkləyəcəklər, müəyyən işlər aparacaqlar. Ona görə də arzu edirəm ki, bu insanlar araşdırılsın, kimlərə cinayət işi qaldırılmışdısa xitam verilsin, onların ölkəyə giriş-çıxış imkanları sərbəstləşsin. Bunu arzulayan soydaşlarımız var.

Bundan başqa, bizim ağrılı problemimiz olan Qarabağ üçün mühacirlər çoxlu işlər həyata keçirə, aksiyalar təşkil edə bilərlər. Çünki Azərbaycanın milli maraqları, Qarabağ problemi nə iqtidar, nə müxalifət, nə mühacirətə getmiş şəxslərin şəxsi dərdi deyil, bütövlükdə xalqın, hər bir azərbaycanlının yaralı yeridir. Ona görə bu şəxslər Azərbaycana gəlib - gedə bilər, yaşadıqları Avropa dövlətində Qarabağ, milli maraqlar naminə layihələr həyata keçirə bilərlər.

- Bəs “söyüş müxalifəti” dediyiniz şəxslərlə bağlı hansı iş görüməlidir - məsuliyyətə cəlb olunmalıdırlar, yoxsa onlar da Bakıya digərləri kimi dəvət edilməlidirlər?

- Bu adamlar yolundan çəkinərlərmi? Buna o qədər ümidim yoxdur. Amma xaricdə yaşayanlar, olduqları ölkənin vətəndaşı öz məhkəməsinə müraciət edə bilər. Çünki bu şəxslər öz vicdanının öhdəsinə buraxılsalar, dayanmaq istəməyəcəklər. Mümkündür ki, onlarla Avropadakı vətənə qayıtmaq istəyən mühacirlər danışıqlar aparsınlar, izah eləsinlər ki, bu, mübarizə metodu deyil. Axı onların elədikləri nə insanlığa, nə kişiliyə, nə müsəlmanlığa yaraşır.

Paralel olaraq hüquq-mühafizə orqanlarımız müəyyən iddialar qaldıra bilərlər. Bəziləri İnterpola da verilib. Amma inanmıram ki, İnterpol onları Azərbaycana versin. Çünki Qərbdə bəzi dairələrin, qüvvələrin maraqları var ki, həmin şəxsləri Azərbaycana təhvil verməsinlər. Onlarla yalnız danışıqlar aparılmalıdır və ümid edirəm ki, amnistiya verilsin, siyasi qərar olsun və Azərbaycanın inkişafını görən, hakimiyyətini qəbul edən mühacirlər vətənə sərbəst gələ bilsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59
Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56
Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35
FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22
Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18
Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13
150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10
Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53
İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47
“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45
ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:44
Urmu gölünün qurudulması davam etdirilir - ETİRAZ
Bu gün, 09:40
Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:39
"Qapımı döyən, zəng edən yoxdur" - Cavanşir Quliyev
Bu gün, 09:36
"Starmer Fələstini tanıyacaq" - The Telegraph
Bu gün, 09:32
Rusiya bölgədən getmək fikrində deyil: - Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Bu gün, 09:31
Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar
Bu gün, 09:28
Ukraynanın müdafiəsi yarıldı – Rusiya ordusu şəhərə girdi
Bu gün, 09:24
“MADİNA” adı üstündə narazılıq - ANTİİNHİSAR ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 09:18
Zəngəzur dəhlizi üçün “Qobl planı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... – Qazi Rahib Əliyev Prezidentdən yardım istəyir
Bu gün, 09:15
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur - AXI NİYƏ?
Bu gün, 09:10
"Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" - partiya sədri
Bu gün, 09:03
Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Bu gün, 08:57
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49
Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52
Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43
"Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru