Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU .....                     MİDA-nın mənfəəti üç dəfə azalıb .....                     “Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı .....                     AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ .....                     Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır .....                     Abdullah Öcalana belə oyun oynadılar .....                     Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... .....                     Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb .....                     FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... .....                     Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: .....                     Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... .....                     Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: .....                     Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır .....                     150 yaşlı qocanın dəfnindən REPORTAJ... .....                     Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb .....                     İran prosesin qarşısını ala bilməyəcək .....                     “İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” .....                     ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... .....                     Urmu gölünün qurudulması davam etdirilir .....                     Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi .....                     "Qapımı döyən, zəng edən yoxdur" .....                     "Starmer Fələstini tanıyacaq" .....                     Rusiya bölgədən getmək fikrində deyil: .....                     Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır .....                     Ukraynanın müdafiəsi yarıldı .....                     “MADİNA” adı üstündə narazılıq .....                     Zəngəzur dəhlizi üçün “Qobl planı” .....                     Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... .....                     Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur .....                     "Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" .....                     Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu .....                     Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? .....                     Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib .....                     Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? .....                     "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." .....                     Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                 

Seçki yoxdur, müxalifət isə parlamentə gedir - RƏYLƏR
Tarix: 15-05-2019, 08:38 | Çap et
Seçki yoxdur, müxalifət isə parlamentə gedir
Azərbaycanda parlament seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı gedən müzakirələr səngimək bilmir. Seçkilərin qanuni vaxtı gələn ilin noyabrında olsa da, erkən seçkilərin olacağı barədə fikirlər dolaşır. Hətta hakimiyyətin bu il belə Milli Məclisi buraxıb, növbədənkənar seçkilərə gedəcəyi bildirilir.

Ölkə müxalifətinin seçkilərdə iştirak edib-etməməklə bağlı ikili mövqeyi var. Bir qisim hesab edir ki, indiki seçki mühiti çərçivəsində seçkilərdə iştirak mənasızdır. Digər bir qisim isə təbliğat baxımından seçkilərdə iştirakın tərəfdarıdır. Birincilər ikinciləri seçkilərdə iştirak mövqelərinə görə sərt şəkildə qınayır, ittiham edirlər.

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli bildirdi ki, hər bir siyasi partiyanın işi, vəzifəsi seçkilərdə iştirak etməkdir: “Bir siyasi qüvvə, təfəkkür seçkilərdə iştirak etmirsə, mahiyyətini, ciddiliyini itirir. Ciddiliyini o vaxt qoruyub saxlaya bilər ki, seçkilərdə iştirak etməsə də, boykot taktikasını da real etiraz formasında aparıb, heç olmasa minimum məqsədlərinə nail ola bilsinlər. Yox, bunu da edə bilmirlərsə, onda boykotun heç bir mənası yoxdur. 26 il müxalifətdə qalan qüvvələr anlayırlar ki, nə seçkilərdə iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklər, nə də real boykot etirazları etmək gücləri yoxdur, ona görə də özləri üçün indiki məqamda ən rahat yol seçiblər. AĞ Partiya yeni qurulmasına rəğmən bu qısa müddətdə olan seçkilərdə iştirak edib. Ötən il keçirilən növbədənkənar prezident seçkilərində namizədimizlə iştirak etdik. Vaxtında lazım olan 40 mindən çox imzanı toplaya bildik. Təəssüf ki, namizədimiz subyektiv səbəbdən MSK tərəfindən qeydə alınmadı.

O vaxt da boykotçular üstümüzə gəldi, bizə olmazın ittihamlarını söylədilər. Baxmayaraq ki, partiyaları və liderləri dəfələrlə prezident və parlament seçkilərində iştirak ediblər, 10 il ərzində deputat mandatı alıb parlamentdə oturublar. Eyni düşərgədə olduğumuz bir hissənin bütün təzyiqlərinə rəğmən AĞ Partiya növbədənkənar prezident seçkilərində iştirak etdi. Azərbaycanda heç bir siyasi qüvvə təzyiq vasitəsilə AĞ Partiya və onun liderini nəyəsə məcbur edə bilməz. Əgər növbədənkənar parlament seçkiləri keçiriləcəksə, AĞ Partiya heç şübhəsiz ki, bu seçkilərdə iştirak edib çalışacaq ki, nəticə qazansın. Partiya olaraq biz hər seçkini ən azı təcrübə baxımından bir fürsət kimi dəyərləndiririk. Seçkilər ölkəmizin demokratikləşməsi, siyasi mübarizənin sivil olması üçün bir fürsətdir. Ümid edirəm ki, iqtidar da, müxalifət də bu fürsəti lazımi dərəcədə dəyərləndirəcək. Sonda udan sivilləşən, demokratikləşən Azərbaycan olacaq”.

Xəzər Teyyublu: “Milli Məclisə seçki keçirmək ehtimalı azdır”

KXCP-nin idarə heyətinin üzvü Xəzər Teyyublu yekun qərar vermədiklərini söylədi: “Düşünmürəm ki, bu il vaxtından əvvəl parlament seçkiləri keçirilsin. Bələdiyyə seçkilərinin bu ilin sonunda olacağını nəzərə alsaq, Milli Məclisə seçki keçirmək ehtimalı azdır. Ölkədə seçki komissiyalarında ciddi uyğunsuzluqlar var. Həm məntəqələrdə, Dəm dairələrdə, həm də MSK-da müxalifətdən komissiya üzvləri olmadığından partiyaların seçkiyə getməsi çətinləşir. Seçki islahatları və seçkiöncəsi mühit dəyişməz olaraq qalmaqda davam edir. KXCP-nin seçki ilə bağlı mövqeyi zamanı çatanda ali orqanlar tərəfindən müzakirə ediləcək və o müzakirələrdən sonra tam mövqe bilinəcək”.

Tamilla Qulami: “Siyasi partiyaları seçkidə iştirak etməyə çağırırıq”

Ümid Partiyasının sədr müavini Tamilla Qulami: “Biz hər zaman bütün seçkilərdə iştirak etməyin tərəfdarı olmuşuq. Və cəmiyyəti də, bütün siyasi partiyaları da seçkidə iştirak etməyə çağırırıq. Seçkilər partiyaların hakimiyyətə gəlməsi üçün tək yoldur. Hər hansı bir seçkini boykot edən zaman hakimiyyətə gedən yol da uzanır. Biz Ümid Partiyası olaraq, indiyədək bir seçkidə - 11 aprel 2018-ci il prezident seçkilərində iştirak etməmişik. Səbəbi isə partiyanın prezident seçkilərində namizədi ilə iştirakının partiyanın nizamnaməsinə uyğun olaraq, qurultayın səlahiyyətində olduğu və partiyanın növbəti qurultayının 2019-cu il may ayının 28-də keçirilməsi nəzərdə tutulduğundan, hüquqi baxımdan növbədənkənar qurultayın keçirilməsinin zaman etibarı ilə də qeyri-mümkün olduğu idi. Partiyaların bələdiyyə, parlament, prezident seçkilərində iştirakı həm də cəmiyyətdə seçki vərdişinin formalaşmasına gətirib çıxarır. Müxalifətin üzərinə düşən ən böyük vəzifələrdən biri hakimiyyətə gəlməkdir, müxalifətdə qalmaq deyil. Ona görə də əlaqələndirilmiş, sistemli şəkildə demokratik seçki keçirilməsi uğrunda birgə mübarizə aparmaq lazımdır. Qərb dairələri də, beynəlxalq dairələr də boykotu deyil, seçkidə iştirakı dəstəkləyir. Demokratik seçkinin formalaşdırılması tək partiyanın görəcəyi iş deyil. Demokratikləşmə üçün, ölkəmizi və xalqımızı gözləyə biləcək təzyiq və təhdidlər üçün mütləq bir arada olmalı, birgə səy göstərməli və demokratikləşmə yolunda işlər görməliyik”.

Əli Orucov: “Əlimizi-qolumuzu bağlayıb oturmalı deyilik”

AMİP katibi Ali Orucov boykot taktikasını doğru saymır: “İqtidar istəyir ki, cəmiyyət seçki prosesindən kənarda qalsın ki, total saxtalaşdırmanı və idarə olunan seçkiləri həyata keçirə bilsin. Boykot taktikası bu baxımdan səmərə vermir. Müxalifət Azərbaycanda çoxkeçidlidir. Milli Şura, AXH, yaxud da hansısa bir siyasi partiyanın seçkiləri boykot etməsi legitimliyə xələl gətirmir. Beynəlxalq qurumlar da pozuntuları sadalamaqla kifayətlənərək seçkilərin legitimliyini tanıyırlar. Fikrimcə, müxalif düşərgə beynəlxalq mütərəqqi cəmiyyətin dəstəyini almaqla iqtidarı ölkədə heç olmasa minimal demokratik seçki mühitinə məcbur etməyə nail olmalıdır. İndidən gücümüzü və səylərimizi bu istiqamətdə cəmləyə bilsək, müsbət də nəticələr əldə edə bilərik. Onsuz da iqtidar istəsə də, istəməsə də köklü islahatlara getmək məcburiyyətindədir. Müxalifət olaraq biz də bu islahatların tez başladılmasına və nəticəli olmasına töhfəmizi verməliyik. Parlament seçkilərində iştirakla bağlı son və həlledici sözü AMİP-in seçkili qurumları verəcək. O vaxtadək əlimizi-qolumuzu bağlayıb oturmalı deyilik. Konstitusiyanın və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, əlverişli seçki mühitinin yaradılmasına çalışmalıyıq və bu yöndə əməkdaşlığa, müzakirələrə də hazırıq”.

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov seçkilərdə iştirakın verdiyi töhfələrdən söz açdı: “Parlament seçkiləri ən geci gələn ilin payızında keçirilməlidir. Hətta erkən keçirilməsə belə seçki hazırlıqları və müzakirələri üçün olduqca az vaxt qalır. Ölkəmizdə seçki mühiti hamıya bəllidir. Bu barədə uzun- uzadı danışmağın mənası yoxdur. Seçki mühitini iqtidar dəyişməyəcək, zatən bunu özü yaradıb və bu cür davam etməsini özünün maraqlarına uyğun hesab edir. Təbii ki, bu cür şəraitdə seçkilərdə iştirak müxalifətdə olan siyasi qruplara böyük nəticələr vəd etmir. Amma seçkidə iştirak etməmək daha pis variantdır. Bu, tamamilə meydanı iqtidara buraxmaq və siyasi prosesdən özünü təcrid etmək deməkdir. İndiyədək təcrübədən dəfələrlə nəticə çıxarmışıq ki, hətta saxtalaşdırılması şübhə doğurmayan seçkidə belə iştirak etmək kənarda qalmaqdan daha yaxşıdır. Bu zaman heç olmasa seçkinin verdiyi imkandan istifadə edib, xalqı məlumatlandırmaq mümkün olur. Yaxın tarixdən bir misal çəkim. Son prezident seçkilərində Sərdar Cəlaloğlunun təkbaşına apardığı teleçıxışlar xalqın siyasi cəhətdən məlumatlanmasında müstəsna rol oynadı. Ona görə də seçkidə iştirakın tərəfdarıyam və bütün müxalif siyasətçiləri seçkidə iştirak etməyə çağırıram”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU - FOTO
Bu gün, 11:18
MİDA-nın mənfəəti üç dəfə azalıb
Bu gün, 11:15
“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59
Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56
Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35
FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22
Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18
Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13
150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10
Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53
İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47
“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45
ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:44
Urmu gölünün qurudulması davam etdirilir - ETİRAZ
Bu gün, 09:40
Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:39
"Qapımı döyən, zəng edən yoxdur" - Cavanşir Quliyev
Bu gün, 09:36
"Starmer Fələstini tanıyacaq" - The Telegraph
Bu gün, 09:32
Rusiya bölgədən getmək fikrində deyil: - Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Bu gün, 09:31
Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar
Bu gün, 09:28
Ukraynanın müdafiəsi yarıldı – Rusiya ordusu şəhərə girdi
Bu gün, 09:24
“MADİNA” adı üstündə narazılıq - ANTİİNHİSAR ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 09:18
Zəngəzur dəhlizi üçün “Qobl planı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... – Qazi Rahib Əliyev Prezidentdən yardım istəyir
Bu gün, 09:15
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur - AXI NİYƏ?
Bu gün, 09:10
"Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" - partiya sədri
Bu gün, 09:03
Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Bu gün, 08:57
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49
Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52
Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43
"Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru