“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı .....                     AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ .....                     Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır .....                     Abdullah Öcalana belə oyun oynadılar .....                     Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... .....                     Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb .....                     FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... .....                     Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: .....                     Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... .....                     Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: .....                     Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır .....                     150 yaşlı qocanın dəfnindən REPORTAJ... .....                     Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb .....                     İran prosesin qarşısını ala bilməyəcək .....                     “İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” .....                     ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... .....                     Urmu gölünün qurudulması davam etdirilir .....                     Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi .....                     "Qapımı döyən, zəng edən yoxdur" .....                     "Starmer Fələstini tanıyacaq" .....                     Rusiya bölgədən getmək fikrində deyil: .....                     Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır .....                     Ukraynanın müdafiəsi yarıldı .....                     “MADİNA” adı üstündə narazılıq .....                     Zəngəzur dəhlizi üçün “Qobl planı” .....                     Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... .....                     Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur .....                     "Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" .....                     Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu .....                     Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? .....                     Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib .....                     Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? .....                     "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." .....                     Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                     Kasıba “kuryer” tələsi, varlıya isə… .....                     Paşinyan ilanın başını əzərsə... .....                 

“Azərbaycan seçimini etməlidir, zaman çoxdan yetişib” - deputat
Tarix: 13-05-2019, 08:45 | Çap et
“Azərbaycan seçimini etməlidir, zaman çoxdan yetişib”
Mayın 13-14-də Brüsseldə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə mühüm tədbirlər keçiriləcək. Avropa İttifaqı institutlarının liderləri, Avropa İttifaqına üzv ölkələrin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi görüşdə Azərbaycanın da yüksək səviyyədə iştirakı gözlənilir, bununla bağlı qurum rəsmiləri dəfələrlə arzularını dilə gətiriblər.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevlə Qarabağ mövzusunu da əhatə edən budəfəki söhbətimizdə əvvəlcə bu mövzudan bəhs etdik.

- Qüdrət bəy, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığı addımları necə dəyərləndirmək olar? Dünyanın aparıcı təşkilatı ilə əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- Əlbəttə, biz Avropa ilə əməkdaşlıq etməliyik. Hətta Rusiyanın özü də Avropa ilə əməkdaşlığa can atır. Biz görürük ki, Avropanın tətbiq etdiyi sanksiyalardan Rusiya nə qədər pəjmürdə olur və buna öz etirazını bildirir. Digər tərəfdən, bizim əsas valyuta gəlirlərimiz Avropanın hesabınadır. Yəni biz neftimizi və qazımızı İsrailə və Avropa ölkələrinə satırıq. İsrail Yaxın Şərqdə yerləşsə də, özünü bir Avropa dövləti hesab edir, hətta Avropa Çempionatına qatılır, bir Qərb dövləti olaraq qəbul olunur. Rusiya özü də enerjidaşıyıcılarını Avropa bazarına çıxarır. Buna görə də Avropa ilə münasibətlərimizin yaxşı olması məqsədəmüvafiqdir. Bundan başqa, Avropa demokratik, hüquqi dövlət quruculuğu prosesində böyük uğurlara imza atıb. Azərbaycan bundan xeyli dərəcədə faydalanmalıdır. Yəni onlar insan haqları, qanunun aliliyi ilə bağlı ali dəyərləri mənimsəyib. Bu baxımdan onların təcrübəsindən öyrənməliyik və öyrənməli olduğumuz çox şey var.

- Bu əməkdaşlığın riskli tərəfləri varmı?

- Azərbaycan Qərbə inteqrasiya yolu tutmayıb. Yəni imzalanacaq saziş də Azərbaycanın Qərbə inteqrasiya olunması istiqamətində hansısa bir addım deyil. Amma mən hesab edirəm ki, Azərbaycan seçim etməlidir, zaman çoxdan gəlib çatıb. Azərbaycan Qoşulmama Hərəkarından imtina etməli, Rusiya ilə danışıqlara başlamalıdır. Əgər Rusiya Qarabağın azad olunması istiqamətində bizə dəstək verəcəksə, o zaman Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər, təbii, əgər Rusiya bunu istəyirsə...

- Söhbətimiz atəşkəsin 25 illiyinə təsadüf edir. Yeri gəlmişkən, bu günlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da Azərbaycanın Ermənistanla deyil, məhz Rusiya ilə danışıqlar aparması təşəbbüsü ilə çıxış etdi. Əvvəllər siz belə təkliflə dəfələrlə çıxış etmişdiniz...

- Tamamilə doğrudur. Əgər Rusiya rəsmiləri gəlib İrəvanda rəsmən deyirlərsə ki, Ermənistan bizim forpostumuzdur və prezident qarışıq, heç kim buna etiraz etmirsə, deməli, onlar da Rusiyanın forpostu olduqlarını qəbul edirlər. Biz də bunu daim deyirik ki, Ermənistan Rusiyanın forpostudur. Əgər Rusiyanın forpostudursa, Dağlıq Qarabağ məsələsində necə müstəqil qərar qəbul edə bilər? Əgər müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdursa, onunla danışıq aparmağın nə mənası var? Azərbaycan rəsmiləri də, biz də vaxtaşırı deyirik ki, Ermənistan həyati mənafeləri bu münaqişəni Azərbaycanla tez bir zamanda tənzimləməyi tələb edir, Ermənistanın iqtisadi inkişafı Azərbaycanla yaxşı münasibətlərin qurulmasından keçir, yalnız bu halda Ermənistan regional layihələrə, kommunikasiya xətlərinə qoşula bilər və s. Siz elə bilirsiniz ki, Ermənistandakı siyasətçilər bunu başa düşmür? Gözəl başa düşürlər.

Amma onlar erməni xalqına deyə bilməzlər ki, biz də başa düşürük, Azərbaycan xalqı ilə barışmalıyıq, amma Azərbaycanla barışsaq, bizim başımıza güllə sıxacaqlar. Erməni siyasətçiləri özlərinin təhlükəsizliyi və siyasi karyeraları üçün məcburdurlar özlərini elə göstərsinlər ki, Rusiyanın istədiyini söyləsinlər. Tutaq ki, desinlər Qarabağ müstəqil olmalıdır, yalnız Dağlıq Qarabağın “müstəqilliyinin” qarşılığında biz işğal olunmuş rayonları - Kəlbəcər, Laçın da istisna olmaqla - qaytara bilərik. Ermənilər əslində barışığa və sülhə imkan verməyən mövqeni ona görə sərgiləyirlər ki, bunun Rusiyaya lazım olduğunu anlayırlar. Yəni onlar qanmazlıqdan bu mövqeni sərgiləmirlər. Həm də belə mövqe ortaya qoymaqla xalq qarşısında sifətlərini qoruyub-saxlamaq istəyirlər ki, biz Rusiyanın mövqeyindən çıxış etmirik, öz siyasi mövqeyimiz Dağlıq Qarabağın müstəqil olmasından ibarətdir.

Amma mən sizi tam əmin edirəm ki, erməni siyasətçilərin içərisində Qarabağın müstəqil olmasını istəyən siyasətçilərin 95 faizi həmin mövqenin onların siyasi karyeraları üçün vacibliyini anladıqlarından bu mövqeni sərgiləyirlər. Ona görə də daim demişəm ki, bunu gizlətməyin adı yoxdur, yerli-yersiz “Rusiya bizim qardaşımızdır, dost dövlətdir, vasitəçilikdir” demək... Hələ vasitəçiliyinə görə Rusiyaya təşəkkür də edirik. Bu siyasətə son qoyulmalıdır. Amma Rusiyaya deyilməlidir ki, biz sizinlə həqiqi dost ola, həqiqi maraqlarınızı qoruya bilərik. Bu şərtlə ki, siz problemi həll etməyimizə imkan verməlisiniz. Sizin də maraqlarınız Azərbaycanın Avrasiya İttifaqına üzv olmasından keçirsə, böyük məmnuniyyətlə, qoşulaq. Yaxud KTMT-yə üzv olmaqdırsa, qoşulaq və s. Azərbaycan bunu Rusiya ilə açıq danışmalıdır. Yox, əgər Rusiya desə ki, bizi bu işə qatmayın, yenə də özünü o yerə qoysa ki, nə baş verdiyini guya başa düşmür, “biz sadəcə, vasitəçiyik, dinc yolla bu problemi həll etməyə çalışırıq” desə, “necəsən, özümü qoyum qanmazlığa, atan yansın” siyasəti tutulsa, o halda Azərbaycan qərar verməlidir.

- Məsələn, hansı qərarı?

- O zaman Azərbaycan açıq-açığına qərbyönümlü bir siyasi xətti götürməli, Avroatlantik məkana inteqrasiya xətti yürütməlidir. Mən demirəm ki, biz Rusiyaya müharibə elan etməliyik, onun düşməni olmalıyıq. Yox! İndiki kimi, böyük qonşu dövlətlə əməkdaşlıq davam eləməldir. Amma Azərbaycan açıq-açığına sırf qərbyönümlü, Avrioatlantik məkana inteqrasiya yönümlü addımlar atmalıdır.

- Amma bu da riskli sayılır. Moskvanın sürprizlərini nəzərə alırsınızmı?

- Ən pis variant odur ki, Rusiya Dağlıq Qarabağın “müstəqilliyini” tanıya bilər. Tanısın. Bu, onsuz da heç nəyi dəyişməyəcək. Tanıdı-tanımadı, Dağlıq Qarabağ onsuz da işğal olunub və məskunlaşdırılır. Gücümüz olsa, tanıdı-tanımadı, vurub torpaqlarımızı işğaldan azad edəcəyik. Gücümüz olmayacaqsa da, torpaqların işğal altında tanınmış, yaxud tanınmamış halda qalması heç nəyi dəyişmir. Mən demirəm ki, Avroatlantik məkana inteqrasiya halında Qərbin bütün dairələri Azərbaycana dəstək verəcək. Yox, xristian həmrəyliyinə görə yenə də Ermənistanı dəstəkləyən olacaq. Amma biz Qərbin müəyyən dairələrinin dəstəyini ala bilərik. Bu baxımdan Azərbaycan seçim eləməlidir. Yəni indi davam edən - həm Rusiya, həm Qərblər müəyyən məsafədə dayanmaq siyasəti Qarabağı işğal altında saxlayır, problemin həllinə heç bir töhfə vermir. Neytral siyasət, Qoşulmayanlar Hərəkatında olmaq Qarabağ probleminin həllinə töhfə vermir. Tarix boyu da belə olub. Ölkələr müharibə aparanda özlərinə müttəfiq axtarıblar, bitərəfliklərini elan etməyiblər.

- Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə necə baxırsınız?

- Əgər Rusiya ilə danışıqlarımız alınmasa, dediyim kimi, Azərbaycan öz xarici siyasət kursunu kəskin şəkildə dəyişməlidir. Onda Azərbaycan Gürcüstan, Ukrayna kimi, NATO-ya, Avropa Birliyinə üzvlük üçün rəsmi müraciət etməlidir. O müraciətlər olarsa, əlbəttə, NATO üzvü kimi Türkiyənin də gələcəkdə Azərbaycanda hərbi bazasının yaradılması mümkün görünür. Amma indiki halda, açığı, bu, bir az problematikdir. Həm də təəssüf ki, Türkiyənin özünün NATO-dakı aparıcı dövlətlər - Almaniya, Fransa, ABŞ-la münasibətlərində problemlər var. Ankaranın siyasətinə görə Türkiyəni sıxırlar. İkincisi də Azərbaycanın indiki yürütdüyü neytral siyasət ona imkan vermir ki, Türkiyənin burada bazası olsun. Biz Qoşulmayanlar Hərəkatının üzvüyük, Türkiyənin Azərbaycanda hərbi bazası necə ola bilər? Amma Avropaatlantik məkana inteqrasiya xətti tutsaq, əlbəttə, o zaman Türkiyənin burada hərbi bazası da yarana bilər.

- Qüdrət bəy, keçən il Nikol Paşinyan hakimiyyətə gələndə ümidlər var idi ki, “müharibə partiyası”nın üzvü olmayan bu adamın hakimiyyəti dövründə Qarabağla bağlı anlaşma əldə oluna bilər. Amma erməni baş nazir sələflərindən daha çox radikallıq nümayiş etdirməkdədir, hətta bu günlərdə Azərbaycanın Şuşasında Azərbaycan “Yallı”sına oynadı. Belə olan təqdirdə Bakının Qarabağla bağlı siyasəti necə olmalıdır?

- Açıq deyirəm, Paşinyan bilir ki, Moskvanın ona münasibəti birmənalı deyil və qərbyönümlü siyasətçi olduğu üçün Rusiyada ona çox da güvənmirlər. Ona görə də belə mövqe nümayiş etdirir ki, ayağını Rusiyanın cızdığı dairədən bir santimetr də kənara qoymayacaq.

- Yəni Şuşada o mahnını sifariş edən də Rusiyadır?

- Mən o fikirdə deyiləm ki, ruslar ermənilərə deyiblər gedin, Şuşada tədbir keçirin! Amma məsələnin mahiyyəti Moskvanı sakitləşdirməkdən ibarətdir. Bu, Azərbaycandan çox, Moskvaya verilən mesajdır. Ona görə də deyirəm ki, Moskva ilə oturub danışmaq lazımdır. Nəinki Paşinyan, Ermənistanda istənilən bir siyasətçi Qarabağla bağlı fərqli mövqe sərgiləyə bilməz. Onların fərqli mövqe sərgiləmək imkanları sadəcə, yoxdur. Erməni millətini də ağır xəstəliyə yoluxdurublar. Bu xəstəliyin müalicəsinin də bir yolu var... Azərbaycanda cəhalətə yuvarlanan insanlar “cin çıxartmaq” üçün insanları tikanlı çubuqlarla döyürdülər (Gülür) Ermənilərin müalicəsinin yeganə yolu budur ki, bir Dağlıq Qarabağ ətrafındakı 3-4 rayonu işğaldan azad edirik və ondan sonra erməni xalqı bir növ ayılacaq, başa düşəcək ki, yox, vəziyyət onların düşündüyü kimi deyil. Sovet vaxtı Dağlıq Qarabağda 120 min erməni yaşayıb. Düzdür, indi bir az Suriyadan, bir az Ermənistandan köçürmələr nəticəsində sayı artırıblar. Amma 240 minə qədər azərbaycanlını necə bir neçə gün ərzində Ermənistandan qovub çıxartdılar? Dağlıq Qarabağdakı erməniləri qovub Ermənistanın indiki sərhədləri daxilinə tökmək bir neçə günün işidir, erməni xalqı gərək bunu başa düşsün. Ona görə də deyirəm, gərək Rusiya ilə anlaşıb bir neçə rayonu azad edək ki, ermənilər razılaşmaya getsinlər. Yenə deyirəm, hər şey Azərbaycan rəhbərliyinin hansı siyasi xətti tutacağından asılı olacaq. Fakt budur ki, bu günə qədər davam edən siyasət münaqişəni dondurulmuş vəziyyətdə saxlayır. Hətta əvvəllər təmas xəttində və sərhəddəki atışmalar erməniləri ciddi şəkildə narahat edirdi, işğalçı əsgərlərin öldürülməsi daxildə narazılıq yaradırdı...

- Son günlərdə iki erməni əsgəri ölümcül vəziyyətdə yaralanıb...

- Yox, mən hesab edirəm ki, hər gün işğalçı ordunun əsgərləri öldürülməlidir. Hər gün Ermənistanın şəhərlərinə 1-2 erməni hərbçinin meyiti aparılmalıdır...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59
Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56
Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35
FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22
Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18
Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13
150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10
Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53
İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47
“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45
ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:44
Urmu gölünün qurudulması davam etdirilir - ETİRAZ
Bu gün, 09:40
Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:39
"Qapımı döyən, zəng edən yoxdur" - Cavanşir Quliyev
Bu gün, 09:36
"Starmer Fələstini tanıyacaq" - The Telegraph
Bu gün, 09:32
Rusiya bölgədən getmək fikrində deyil: - Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Bu gün, 09:31
Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar
Bu gün, 09:28
Ukraynanın müdafiəsi yarıldı – Rusiya ordusu şəhərə girdi
Bu gün, 09:24
“MADİNA” adı üstündə narazılıq - ANTİİNHİSAR ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 09:18
Zəngəzur dəhlizi üçün “Qobl planı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... – Qazi Rahib Əliyev Prezidentdən yardım istəyir
Bu gün, 09:15
Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur - AXI NİYƏ?
Bu gün, 09:10
"Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" - partiya sədri
Bu gün, 09:03
Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Bu gün, 08:57
Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49
Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52
Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43
"Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru