Müxalifətdə yeni blok yaranır: Bu dəfə kimlər var? - Açıqlama
Tarix: 10-05-2019, 08:50 | Çap et
 Ölkənin siyasi mühitində fəallaşma müşahidə olunur.
Son aylar bir sıra yeni təşkilat və hərəkatlar yaranıb. Yeni yaranan qurumlar daha çox qalmaqallarla gündəmə gəlir. Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatında (AXH) da qısa zamanda qalmaqal yaşandı və hazırda təşkilat faktiki olaraq iki hissəyə parçalanıb. AXH-dən əvvəl yaranan Qarabağ Komitəsi də qalmaqallardan uzaq qala bilmədi. Amma Qarabağ Komitəsi siyasi təşkilat olmadığı üçün orada baş verənlər bir qədər siyasi gündəmdən kənar qaldı.
İndi isə yeni təşkilatın yaranacağı ilə bağlı məlumatlar yayılmağa başlayıb. Hələlik hansı adda, hansı istiqamətdə fəaliyyət göstərəcəyi, necə təşkilatlanacağı bəlli olmasa da, yeni qurumda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadənin təmsil olacağı deyilir. İlkin məlumat ondan ibarətdir ki, yeni yaradılacaq təşkilat fərqli siyasi xətt tutacaq. Birliyin yaranması ilə bağlı danışıqlar davam etdirilir.
Hər iki təşəbbüskarın ilkin münasibəti bəllidir. İqbal Ağazadə bildirib ki, yeni yaranacaq hərəkat hakimiyyətə gəlmək üçün deyil, cəmiyyətin demokratikləşməsinə yönəlik mübarizə aparacaq:
“Hələlik yeni yaranacaq hərəkatın adı ilə bağlı konkret fikir bildirmək istəmirik. Bu quruma digər partiyaların da qoşulması ilə bağlı danışıqlar gedir. Qapımız bütün partiyaların üzünə açıqdır. Bura AXH də, Milli Şura da qoşula bilər”.
Yeni yaranacaq təşkilatın siyasi istiqaməti, məqsədi və məramı haqqında ADP sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlama verib.
“Bu birlikdə təkcə Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası deyil, başqa yeni qüvvələr də var. Bu, bir qədər geniş blok olacaq. Hesab edirik ki, bu günə qədər Azərbaycanda olan siyasi bloklar kifayət qədər iş aparıb. Tərəfdarları, xalqdan dəstəyi də məlumdur. Bu blokları dəstəkləməyən siyasilər, əhali var, biz də onları birləşdirən blok yaratmaq qərarına gəldik. Demokratik seçki, islahat tərəfdarları və sair insanlar bu blokda birləşəcək. İlk ideyanı dəstəkləyən insanlar bu blok ətrafında təşkilatlanacaq”,-deyə S.Cəlaloğlu yeni təşkilatın ilkin məqsədlərini bu cür şərh edib.
ADP sədri, həmçinin bu blokun cəmiyyətin tələb və təklifi ilə meydana gəldiyini deyib:
“Yaranacaq hərəkatın əsas ideyalarından biri də öz fəaliyyətini əsas etibarı ilə dövlətin suverenlik və müstəqilliyinin qorunmasına hesablanıb. Hələlik hərəkatın formalaşması ətrafında işlər gedir, ola bilsin ki, gələcəkdə daha da inkişaf edəcək. Biz elə addımlar atmalıyıq ki, xarici qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə edə bilməsin”.
Sərdar Cəlaloğlu təsis olunmasında birbaşa iştirak etdiyi Azərbaycan Xalq Hərəkatından ayrılmasını, AXH-na alternativ siyasi blokun yaranmasını zəruri edən amillərə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycan Xalq Hərəkatında da ilk ideya yeni blokun yaranmasını zəruri edən səbəblər idi:
“Amma sonradan bu birlik öz qəbul etdiyi qərarları pozdu. Gedib çayxanada İdarə Heyəti yaratdılar. Ona görə də mən Azərbaycan Xalq Hərəkatını tərk etdim. Düşündük ki, ilk addımda verilən qərar əgər bu şəkildə pozulursa, bu, gələcəkdə də ciddi problemlər yaradacaq. Təəssüf ki, düşündüklərimiz özünü doğrultdu. AXH-nın yaranmasından heç bir ay keçmədi, çayxanada İdarə Heyəti yaradanlar bir-birindən ayrıldılar və hərəkat parçalandı. Biz də prosesi başqa cür nəzarət altına ala bilməzdik. Çünki təşəbbüs başqa məqama gəlib çatmışdı və biz də bunu dəstəkləyirdik. Ona görə də düşündük ki, mane olmayaq, öz bildikləri yolla getsinlər. İsgəndər Həmidov indi də deyir ki, İdarə Heyətində təmsil olunun, amma AXH-nın xalqı birləşdirəcəyi inandırıcı deyil. Özü parçalanan bir təşkilatın xalqı birləşdirməsi absurddur.
Belə düşünürəm ki, nəzərdə tutulan bu ideya maraqlara cavab vermir. Ona görə də yeni bir yol seçmişik, burada da qeyri-adi heç bir şey yoxdur. Bu təşkilatda Azərbaycan Xalq Hərəkatına, digər partiya, blok və təşkilatlara dəstək verməyən kəsimi birləşdirəcəyik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11 |
|
|
|
• AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08 |
|
|
|
• Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59 |
|
|
|
• Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56 |
|
|
|
• Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45 |
|
|
|
• Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33 |
|
|
|
• Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25 |
|
|
|
• Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
• Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18 |
|
|
|
• Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13 |
|
|
|
• 150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10 |
|
|
|
• Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53 |
|
|
|
• İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47 |
|
|
|
• “İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45 |
|
|
|
• ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:44 |
|
|
|
• Urmu gölünün qurudulması davam etdirilir - ETİRAZ
Bu gün, 09:40 |
|
|
|
• Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:39 |
|
|
|
• "Qapımı döyən, zəng edən yoxdur" - Cavanşir Quliyev
Bu gün, 09:36 |
|
|
|
• "Starmer Fələstini tanıyacaq" - The Telegraph
Bu gün, 09:32 |
|
|
|
• Rusiya bölgədən getmək fikrində deyil: - Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Bu gün, 09:31 |
|
|
|
• Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar
Bu gün, 09:28 |
|
|
|
• Ukraynanın müdafiəsi yarıldı – Rusiya ordusu şəhərə girdi
Bu gün, 09:24 |
|
|
|
• “MADİNA” adı üstündə narazılıq - ANTİİNHİSAR ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 09:18 |
|
|
|
• Zəngəzur dəhlizi üçün “Qobl planı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:16 |
|
|
|
• Döyüşdən sonra komaya düşdü, indi isə əlillik ala bilmir... – Qazi Rahib Əliyev Prezidentdən yardım istəyir
Bu gün, 09:15 |
|
|
|
• Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur - AXI NİYƏ?
Bu gün, 09:10 |
|
|
|
• "Azərbaycan idarəçiliyində bir çox sahələrdə islahatlara ehtiyac var" - partiya sədri
Bu gün, 09:03 |
|
|
|
• Anti-Azərbaycan şəbəkənin Avropadan total hücumu - NƏ ETMƏLİ?
Bu gün, 08:57 |
|
|
|
• Naxçıvanın ƏXLAQSIZ DEPUTATI niyə CƏZASIZ QALIB? - Artıq camaat soruşur...
Bu gün, 08:49 |
|
|
|
• Zelenski Rusiya ilə bağlı daha sərt mövqeyə görə Trampa təşəkkür edib
Bu gün, 07:52 |
|
|
|
• Dələduzluqda ittiham olunan ata-balanı hansı məmurlar himayə edir? – BAŞ PROKURORA ŞOK MƏKTUB
Bu gün, 07:43 |
|
|
|
• "Azərbaycanda bu istiqamətdə müəyyən problemlər hələ də mövcuddur..." - deputat
Bu gün, 07:39 |
|
|
|
• Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27 |
|
|
|
• Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22 |
|
|
|
• Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18 |
|
|
|
• Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06 |
|
|
|
• Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02 |
|
|
|
• Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00 |
|
|
|
• Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58 |
|
|
|
• “Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56 |
|
|
|
• Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54 |
|
|
|
• "Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52 |
|
|
|
• Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47 |
|
|
|
• Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44 |
|
|
|
• Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37 |
|
|
|
• İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35 |
|
|
|
• AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27 |
|
|
|
• Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41 |
|
|
|
• "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39 |
|
|
|
|