"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                 

Partiyaların ləğvinə hazırlıq başlayıb
Tarix: 27-05-2016, 09:36 | Çap et
Partiyaların ləğvinə hazırlıq başlayıb
“Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.

Bu barədə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlama verib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.

S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: “Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.

S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: “Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.

“Siyasi partiyalar haqqında” Qanuna S.Novruzovun anons etdiyi əlavə və dəyişikliklərə müxalifət partiyaları münasibət bildirilib.
ADP sədri Sərdar Cəlaloğlu heç bir fəaliyyəti olmayan partiyaların ləğvinin tərəfdarı olduğunu bildirdi: “Azərbaycanda adı mövcud olub fəaliyyət göstərməyən partiyalar ləğv olunmalıdır. Azərbaycanda qeydiyyatdan keçmiş 55 partiya var. Əgər bu partiyaların yarıdan çoxu Azərbaycanın heç bir problemi ilə bağlı heç bir mövqe bildirmirsə, heç bir fəaliyyətləri yoxdursa, bəziləri isə yalnız seçkilərdə hakimiyyətin həyata keçirdiyi seçki saxtakarlığında bir dekor kimi iştirak edirsə, bu cür partiyaların mövcudluğuna ehtiyac yoxdur, qeydiyyatları ləğv olunmalıdır. Adı olub özü olmayan, ictimai şüurun formalaşmasında iştirakı olmayan partiyaların ləğv olunmasının tərəfdarıyam.

Maliyyə hesabatları məsələsinə gəlincə, hökumətin dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyənin xərclənməsinin hesabatını tələb etməsinə, hesabatı verməyənləri cəzalandırmasına daha çox mənəvi haqqı var. Dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb etmək və hesabat verməyən partiyanı cəzalandırmaq düzgün və məntiqli deyil. Bu, yalnız partiyaya siyasi təzyiq üçün bəhanədir. Məqsəd müxalifət partiyalarını müxtəlif bəhanələrlə sıxışdırmaqdır. Qanuna o cür sərt dəyişiklik edilməsində sağlam niyyət yoxdur. Bu da Azərbaycana yaxşı gələcək vəd eləmir".

VİP sədri Əli Əliyev bildirdi ki, S.Novruzovun açıqlamaları adətən iqtidarın yüksək səviyyəli icra planlarının ifadəsi olur. Bu açıqlaması da iqtidarın partiyaların sırasına “əl gəzdirmək” fikrinə düşdüyünün anonsudur: “Əslində gedişat bunu göstərir. Siyasi məhbuslara yönəlik siyasətdən aydın görünür ki, pərdəarxası səviyyədə Qərbin ciddi təzyiqi mövcuddur. Bu pressinq hakimiyyəti siyasi islahatlara vadar etmək məqsədi görünür. Jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasına nümayiş etdirilən beynəlxalq reaksiya məsələnin hansı səviyyədə kontrol edildiyindən xəbər verir. Olayın Putinin Savçenko ilə bağlı qərarı ilə üst-üstə düşməsi Azərbaycanın Rusiya ilə bərabər durumda olduğunu simvolizə edir. Siyasi məsələlərlə bağlı mövcud belə beynəlxalq konyuktura YAP komandasını siyasi islahatlara bu nöqtədən başlamağı diktə edir. Bu yolla yəqin ki, iqtidar "könlünə yatmayan" siyasi qurumları ortadan qaldırmaq məqsədi güdür. Əslində necə olmalıdır. Siyasi təşkilatların yaşamaq haqqını cəmiyyət seçkilərdə səsvermə yolu il müəyyən etməlidir. Hökumət bu halda notarial funksiya yerinə yetirib. təşkilatların fəaliyyət hüququnu tanımalıdır. Cəmiyyətin dəstəyi olmayan təşkilatlar rəqabət şəraitində maliyyəsizlikdən, dəstək məhrumluğundan sıra dışı ola bilər. Əks halda bu sıraya müdaxilələr siyasi repressiyanın davamı kimi qiymət alacaq".

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, onsuz da hakimiyyət 1995-ci ildə qəbul olunan konstitusiyanı, hətta demokratik görüntü yaradan qanunları bir neçə dəfə referendum keçirməklə və yaxud Milli Məclisdə dəyişikliklər edərək daha da mürtəceləşdirib və bu proses davam edir.

Siyavuş Novruzovun anons etdiyi dəyişikliklər müxalif partiyaları daha da sıxışdırıb sıradan çıxarmağa hesablanıb: “İndiyə kimi də partiyaların normal fəaliyyət göstərməsi üçün heç bir şərait yaradılmayıb. Müsavat Partiyasının rayon təşkilatlarının qərargahı yoxdur, demək olar ki, qeyri-leqal şəraitdə fəaliyyət göstərirlər. Ancaq buna baxmayaraq Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşməsə də üzvlərinin üzvlük haqqı və ianələrin hesabına fəaliyyət göstərir. Tam şəffaf olaraq illik maliyyə hesabatını da vaxtlı-vaxtında verir. Partiya bəlkə də ölkədə yeganə siyasi təşkilatdı ki, hər həftə Divan iclası, Sədrlər Şurasının, MNTK-nın və rayon təşkilatlarının Şura iclasları keçirilir. 3 aydan bir Məclis çağırılır. Əslində Siyavuş Novruzovun anonsunu verdiyi məsələ az-çox fəaliyyət göstərən partiyaları da bəhanələrlə sıradan çıxarmaq və ölkədə təkpartiyalılığı rəsmiləşdirməkdir”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, qanuna o cür dəyişikliklər onsuz da böhran içərisində olan çoxpartiyalı sistemi tam sıradan çıxaracaq: “Maliyyə hesabatı dövlət büdcəsindən maliyyələşən partiyalardan sorulmalıdır. Dövlət büdcəsindən maliyyələşən partiyaların bir çoxunun ümumiyyətlə fəaliyyəti yoxdur. Ancaq hər halda hakimiyyət qanuna sərt əlavələri onlara yox, məhz real müxalifət partiyalarına tətbiq etməyə çalışacaq. Bu bir təhlükə sayıla bilər. Onsuz da Azərbaycanda partiyalaşma və partiyalı idarəetmə sistemi çökdürülüb.

Partiyaların fəaliyyət göstərməsi üçün öncə meydan, münbit şərait yaradılmalıdır. Bundan sonra təbii yolla fəaliyyəti olmayan partiyalar əl-ayağa dolaşmayacaqlar və siyasi mübarizə də tam demokratik sağlam rəqabət şəklində gedəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Bu gün, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Bu gün, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Bu gün, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Bu gün, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru