"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                 

"İclasda rayonun rəhbər şəxslərindən biri varsa, hamı əlinə dəftər alır ki, guya nəsə yazır" - Sabir Rüstəmxanlı
Tarix: 20-05-2016, 08:46 | Çap et
"İclasda rayonun rəhbər şəxslərindən biri varsa, hamı əlinə dəftər alır ki, guya nəsə yazır"
Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və artıq sabiq hesab olunan deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Yubiley ərəfəsində 70 illik həyat yoluna, yaradıcılığına nəzər salmaq, iştirakçısı olduğu milli-azadlıq hərəkatı, ondan sonrakı dövlət quruculuğu prosesi, 25 illik deputatlıq fəaliyyəti ətrafında söhbət etmək üçün onu redaksiyamızda qonaq etdik. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak etdi.

Həmin müsahibənin üçüncü-sonuncu hissəsini sizə təqdim edirik.

(əvvəli BURADA)

- Sabir bəy, bir az da Qarabağla bağlı danışmaq istərdik. Bir xalq şairi və Meydan hərəkatının liderlərindən olmuş şəxs kimi bu problemə baxışınız necədir? Ümid varmı? Topxanada meşələr qırılanda siz xalqın etiraz aksiyasının önündə olan ziyalılardan biri idiniz. Aradan 29 illik zaman keçib. Zaman bu problemi haraya aparır? Xalqın öz torpaqlarına qayıtmaq imkanları necədir?

- Mən böyük perspektivdə çox ümidliyəm. Çünki ermənilərin Güney Qafqazda strateji olaraq gələcəyi yoxdur. Özləri də ora bir məbəd kimi baxırlar ki, gəlib ziyarət edib gedəcəklər. O torpaq onların deyil. Torpağın özü də sanki üstündə yaşayanın ona doğma, yaxud ögey olduğunu hiss edir. Bizi çaşdıran bir məsələ var. Bu da ondan ibarətdir ki, 1988-ci ildə Qarabağı müdafiə eləmək, Qarabağda azərbaycanlıların hüquqlarının qorunması istiqamətində başlanan mübarizə sonradan ayrı müstəviyə keçdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə çevrildi və uğurla nəticələndi. Azərbaycan müstəqil oldu və Qarabağ məsələsi keçdi ikinci plana. Bu çox böyük yanlışlıq oldu. Hətta o vaxtkı müdafiə naziri deyirdi ki, Ermənistanla sərhədə səngər çəkilməlidir, müdafiə sistemi qurulmalıdır. Bizimkilər o vaxt etiraz etdilər ki, nə səngər, erməninin gülləsi bizə dəyməz, müharibəyə gedirik. Halbuki millətin əlində heç nə yox idi. Ona görə də bu vaxt bizə lazım idi. Ordu quruculuğu üçün vaxt lazım idi, yetərincə silahımız yox idi. Göz qabağında olan bir şey var ki, dünyada bir xristian həmrəyliyi var və erməniləri müdafiə edirlər.

R.A.:

- Bu bir qədər demoqoji deyilmi? Gerçək varmı?

- Nəyə görə ermənilər bu soyqırımı Türkiyədəki erməni soyqırımı ilə yanaşı qoyurlar? Çünki Azərbaycanla Türkiyə qardaş xalqlardır. Türkiyədə bir milyondan artıq erməni soyqırıma məruz qalıb. Ermənilər buradan köç eliyib. İndi də balaca bir Qarabağ var və “məzlum ermənilər” burada da döyülməsinlər. Yəni ermənilər davamlı olaraq, özlərini dünyaya məzlum, əzilən bir xalq kimi tanıtmaq istəyirlər. Biz də böyük türk xalqı, qəhrəman, bütün savaşlardan qalib çıxan...

- Bu içgüdü bizim toplumda qalıbmı?

- Yox, bizdə qalmayıb, az-az adamlarda qalıb. Ancaq məncə, qalmalıdır. Mənim içimdə Azərbaycan türkünə sevgi zərrə qədər azalmayıb.

- Aşiqlik azalıb amma...

- Aşiqlik harada azalıb? Mən millət deyəndə halal zəhməti ilə çörəyini qazanan, uşaqlarını halal zəhmətlə böyüdən, kənddə-kəsəkdə, mənim doğulduğum yerlərdəki sadə insanları nəzərdə tuturam. O yerdə qalanlar bu gün var, sabah yoxdur. Bizim millətimiz gözəl millətdir, xeyirxahdır. Erməni ilə savaşsa belə içində nifrət hissi yoxdur. Bəzi xalqlar var ki, onların millətçiliyi pozitiv millətçilik deyil. Bizim xalqın millətçiliyi pozitiv millətçilikdir, içimizdə heç bir xalqa qarşı nifrət yoxdur. Məsələn, ermənilərin və ya Hitlerin millətçiliyi həm özlərinə, həm dünyaya, həm də insanlığa zərərli millətçilikdir. Mən türk xalqının tarixini öyrənəndə gördüm ki, bu milləti sevməmək mümkün deyil.

R.A.:

- Sabir bəy, qayıdaq Qarabağ məsələsinə... Qarabağ probleminin ilk günündən siz meydanlardasınız. Sizi şairlikdən çox Meydan hərəkatı məşhurlaşdırdı...

- Elədir. Ancaq bir məsələ də var ki, o vaxt siyasətçi yox idi. Onda daha çox şairləri, yazıçıları tanıyırdı xalq. Məni, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Xəlil Rza Ulutürkü eşidirdilər. Əbülfəz Elçibəy də siyasətçidən çox alim kimi, ədəbiyyatçı kimi populyarlaşdı. Çünki ədəbiyyatçılara qulaq asırdılar. Mən bu gün yaşadığımız günlərin məsuliyyətini də hiss edirəm. Düşünürəm ki, başqa necə ola bilərdi? Məncə, dünya tədricən o nöqtəyə gəlib yaxınlaşır ki, Qarabağ məsələsi ya danışıqlar yolu ilə həll olunmalıdır, ya da dünya gözünü yumacaq və savaş gedəcək.

- Dediniz ki, ermənilərin Güney Qafqazda qalmaq, milli konsepsiyalarını həyata keçirmək şansı yoxdur.

- Bu zaman 100 il də çəkə bilər.

- Bir insan ömrünə yetən zaman üçün, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir müsbət ritorika var. Bu ritorikanı paylaşırsınızmı?

- Mən bu ritorikanı paylaşmıram. Mən hesab edərəm ki, bu ciddi məsələdir. Burada populist fikirlərə uymaq, “5-10 günə biz Qarabağı azad edərik” kimi çıxışlara inanmaq olmaz. Bu, ciddi bir savaş olacaq.

- Ölkə müharibədən keçəcəkmi, sizcə?

- Bəli, ölkə müharibədən keçəcək. Qarabağın müharibədən başqa həlli yolu yoxdur. Biz həmişə deyirik ki, dünya bizə müharibə etməyə imkan vermir. Ancaq bu dünya deyil, konkret olaraq Rusiya müharibəyə mane olur. Azərbaycanın 2-4 aprel savaşında atdığı addımları görəndə Rusiya dərhal təzyiq etdi ki, müharibəni durdurun. İndi də təzyiq edirlər. Rusiya olmasa, Qafqazda Ermənistan olmaz. Qafqazda Ermənistanı Rusiya yaradıb. Heç zaman Qafqazda erməni dövləti olmayıb. Bunu rəhmətlik Ziya Bünyadov da yazıb. Ona görə də burada Rusiya faktoru var. Ancaq bu da yanlış təsəvvürdür ki, biz Avrasiya İttifaqına qoşulsaq, Rusiyanın hər dediyini eləsək, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Azərbaycan, sadəcə, dünyada ciddi diplomatik iş aparmalıdır və hərbi uğurlarını gücləndirməlidir. Atılan addımların nəticəsi nə oldu? Dünyanın heç bir ölkəsindən Azərbaycana sərt təpki gəlmədi ki, niyə müharibə edirsiniz. Bütün dünya dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Azərbaycan gücləndikcə bu məsələnin həlli sürətlənəcək. Hesab edirəm ki, yaxın müddətdə problemin həllində ciddi dönüş yaranacaq. Ən pis vəziyyət isə internet mediada və sosial şəbəkələrdədir. Biri yazır ki, şad xəbər, 7 rayon azad olundu, biri yazır 5 rayon azad olundu. Bu nə deməkdir? Kim edir bunları?

- Feysbukda varsınızmı?

- Bəli, feysbuk səhifəm var. Ancaq heç birini özüm işlətmirəm. Birini yoldaşım işlədir, birini uşaqlarım işlədir, birini qardım oğlu işlədir. Mən də arada bir baxıram.

R.A.:

- Hər kəsin bir Sabir Rüstəmxanlısı var... (gülür)

- Elədir (gülür). Ancaq ciddi yazılarım olanda özüm girib paylaşım edirəm.

- Sabir bəy, Aşıq Alının sözü olmasın, 70-i aşırdın, yüzə nə qaldı... 70 il bir məsafə gəldiniz. Çox şükür, səhhətiniz də yerindədir. Sizə qoca demək mümkün deyil. Bəs içinizdə nə arzular var? Türk dünyası ilə bağlı, yaradıcılıqla bağlı, səyahətlə bağlı qarşıdakı 5 ildə nə planlaşdırırsınız?

- Mənim kimi siyasətlə məşğul olan insanlara hər zaman bir sual var ki, söz əsasdır, yoxsa siyasət? Təbii ki, mənim üçün hər zaman söz əsasdır. Mən siyasətə sözlə gəlmişəm. elə sözümə görə də siyasətdən uzaqlaşdım. Çünki mən sözümü qorumaq istəyirəm. Sözümün vicdanını qorumaq istəyirəm. Mənim nə qədər yazılarım varsa, orada bir saxta şey yoxdur, heç vaxt olmayıb. Konyukturadan həmişə uzaq olmuşam. Bəlkə susduğum vaxtlar olub. Ancaq boğazdan yuxarı dediyim heç bir söz olmayıb. Nə qədər ömrüm var, bilmirəm. Amma hər halda, gənclik illərimdən məni bir dalğa kimi götürüb bu günə qədər gətirən söz olub. Hər zaman da bir az qanadlı yaşamışam. Evim olmayıb, pulum olmayıb, rahatlığım, dəstəyim olmayıb, amma həmişə də hamı elə bilib ki, məndən güclü, məndən arxalı adam yoxdur. Hamısının da bir səbəbi var ki, o da sözdür. Sözümə çox arxayın olmuşam. Təkcə onu bilmişəm ki, bu dünyada sözdən etibarlı heç nə yoxdur. Hər şey əldən çıxıb gedir, ancaq söz qalır. Ona görə də mən sözümü axıra çatdırmaq istəyirəm. Bəlkə bu insanlara deyilən sözdür, bəlkə də Allaha deyilən sözdür. İnsan Allahına hesabat verir ki, sən məni yaratmısan, bu sevgini mənə vermisənsə, mən o sevgini sənə qaytarmalıyam. Bizim bütün orta əsrlər ədəbiyyatımız o sevgi ilə doludur. İnsan yaşadıqca hiss edir ki, təkcə özü üçün və öz ətrafı üçün yaşamır. Həm də qeyri-adi bir varlıq var ki, sən ona da hesabat verməlisən. Bu, mistik bir şey deyil, hər bir insanın yaşantısıdır. Mənim əlimdə kitablarım var. “Akademikin son əsəri” adlı bir romanım var. Bir alimin genetik savaşla bağlı mübarizəsindən bəhs edir.

- Kimin prototipidir?

- Bu, repressiyalara qarşı ən ciddi əsərlər yazan Ziya Bünyadovun prototipidir. Məndən asılı olmadan bu əsərin qəhrəmanı məhz ona bənzədi.

- Markesin əsərlərinin adına oxşadı-"Akademikin son əsəri"...

- (Gülür) Hə, bir az da ona oxşadı: “Patriarxın son payızı”. Bu əsərdə Ziya Bünyadovun tarixlə bağlı yazdığı şeylər var.

- Bu, yaradıcılıqla bağlı planlardır, bəs siyasi sahədə?

- Siyasi planda mən partiya fəaliyyətimi bir qədər də gücləndirmək istəyirəm. İstəyirəm ki, gənclərimiz gəlsin partiyanın başına. Azərbaycanda biz gənclər siyasətini bir az dərindən düşünməliyik. Siyasi həyatımızda partiya liderləri, hakimiyyət də, müxalifət də gəncləri çox tez siyasətin alətinə çevirmək istəyirlər. Mənim dəstəmdən ol, mənim yanımda dayan, mən gedə bilmədiyim yerə sən get. Mən cavanlarımıza siyasi liderliyin yox, atalıq qayğısının tərəfdarıyam. Qoy cavanlarımıza yetişsinlər, onları sındırmaq olmaz. Hakimiyyətin yanında dayanır, gərəksiz yerə mədhiyyəçiliklə məşğul olur. Hansı idarəyə girirsən, rəhbərin müavinləri divarın dibi ilə düzülüb, hərəsi əlində bir dəftər, sanki bu kişi Quran ayəsi danışır, bunlar da yazacaqlar. İclasda rayonun rəhbər şəxslərindən biri varsa, hamı əlinə dəftər alır ki, guya nəsə yazır. (gülür) Bu, millətimizin canına yeriyən bir xəstəlikdir.

Mən istəyirəm cavanlarımızı bu cür mədhiyyəçilikdən, gərəksiz siyasi parçalanmalardan, gərəksiz siyasi münaqişələrdən qoruyaq. Onları qurban seçməyək, indidən hərəsinin üstünə bir damğa vurulmasın. Mənim tanıdığım fəal uşaqlar var ki, cavandır, hissiyyatını saxlaya bilməyib, feysbukda bir cümlə yazıb. Sonra həmin cümlə narkotikə çevrilib onun cibindən çıxır. Mən olsam, qoymaram onu yazmağa. Deyərəm, öz biliyini artır, elm qazan, yetkinləş, böyü. Hər şeyin həlli küçədə deyil, “dubinka” ilə üz-üzə gəlməkdə deyil. Biz o mərhələni keçmişik. İndi Azərbaycan müstəqil dövlətdir və burada hər şey konstitusiya ilə həll olunur. İdeal cəmiyyət yoxdur, cəmiyyəti dəyişməyin yollarını axtarmaq lazımdır. Bu yolla olmursa, başqa yollar axtarmaq lazımdır. Məktəb də, mətbuat da o yollardan biridir. Bizim məktəblərimiz ciddi vətəndaş yetişdirə bilmir. Erməni məktəbləri türkə nifrət edən şovinist bir zümrə yetişdirir. Bizim məktəblərimiz isə kimliyi bəlli olmayan vətəndaş yetişdirir. O, nə kimliyini bilir, nə azərbaycançılığını başa düşür. Azərbaycanda da qəribə bir vəziyyət yaranıb.

Kürd olmaq, talış olmaq, ləzgi olmaq yaxşıdır, ancaq türk olmaq yaxşı deyil. Bir titul millət var, o milləti aşağılamaqla sən bu dövləti güclü saxlaya bilməzsən. Son vaxtlar bir multikulturalizm söhbəti var, mən ona qarşı deyiləm. Ancaq Azərbaycanı bir millət edən, bizi bir edən ümumi bir dəyər var, onun adı mədəniyyətdir, dildir. Multikulturalizm adı altında bizi birləşdirən, bu torpağın üstündə var edən o mədəniyyət param-parça edilir. Bu cür yanaşmaq olmaz. Dünya çoxdan multikulturalizmdən əl çəkib. Biz yatıb-yatıb indi oyanırıq. Bizi birləşdirən şeylərin dəyərini bilməliyik. Mən fikir verirəm ki, indi bəzi rayonlarda oğlu, qızı əvəzinə “oviç” yazdırırlar.

- Yeri gəlmişkən, o da ciddi bir problemdir. Bizdə hələ də -ov, - yev soyad sonluqları qalmaqdadır... 25 il deputat oldunuz, çox müdafiə etdiniz bu mövqeyi, çox yazdınız. Ancaq keçirə bilmədiniz.

- Bu dövlət səviyyəsində həll olunmalıdır. 1991-ci ildə biz latın əlifbası haqqında qanun qəbul elədik, əlifba islahatı keçirildi. Ancaq 2001-ci ildə Heydər Əliyev bir fərman verdi və o fərmanla bir gündə bütün qəzetlər keçdi latın əlifbasına. Bu məsələ də o cür bir qərarla həll olunmalıdır. Öz içimizi demirəm, xaricdə çox eybəcər görünür. 1988-ci ildə mənə elə gəlirdi ki, müstəqillik qazanan kimi hər şey həll olunacaq. Bu soyad sonluqları dəyişəcək, Güneylə bağlı mətbuat güclənəcək, rusların yadigarı olan, bizə yad olan hər şeydən imtina edəcəyik. İndi yeni doğulan uşaqlara “ov” yazılır, ailədə heç bir müqavimət yoxdur. Mən bir məqaləmdə də qeyd etmişdim ki, müqavimətsizlik QİÇS xəstəliyidir. Sanki bizim millət QİÇS-ə yoluxub, müqavimət gücü qalmayıb. Bəziləri də var ki, uşaqlarını rusca oxudurlar. Ya onları Rusiya üçün hazırlayırlar, ya da Rusiyanın bura gəlməyini gözləyirlər. başqa variant ola bilməz.

- Sabir bəy, uşaqlardan danışdınız. Neçə nəvəniz var? Onların yetişməsinə, təhsilinə xüsusi diqqət göstərirsinizmi?

- 5 nəvəm var. Şübhəsiz ki, diqqət göstərirəm. Çünki onları çox istəyirəm. Son vaxtlara qədər biz bütün bacı-qardaşlar böyük bir ailə kimi yaşayırdıq. Sonradan həyat dəyişdi, bir qədər aralandıq. İndi hamısına nəzarət etmək olmur. Məsələn, Əlövsət getdi Almaniyaya, heç istəməzdim getsin.

- Sabir bəy, bir kənd nisgili varmı sizdə? Qayıdıb orada yaşamaq istərdinizmi?

- Vallah, çox həssas yerimə toxundun. Çox istəyirəm qayıdım bir qədər rayonda yaşayım. Bu nisgildən çox bir ehtiyacdır. İndi də hər iki aydan bir gedirəm. Orada, rayon mərkəzində bir evim var.

- Dostlarınızla indi də gediş-gəlişiniz varmı?

- Mənə yaxın olan bəzi dostlarım artıq dünyasını dəyişib. Bəziləri ilə aramızda problemlər yaranıb. Ən yaxın dostlarım Fərman Kərimzadə, Söhrab Tahir, Nüsrət Kəsəmənli idi, onlar da dünyasını dəyişib. Çingiz Əlioğlu var, o bir qədər rahatsızdır indi, Allah şəfa versin. Yəni dostlarımın sayı o qədər də çox deyil.

- Buradan demək istədiyiniz bir sözünüz varmı?

- Biz Azərbaycanın bütövlüyü məsələsinin gündəmdən çıxmasına izn verməməliyik. Azərbaycan dövlət olaraq bunu edə bilməz. Mən İrana savaş açmağın tərəfdarı deyiləm, İran bizim qonşumuzdur. Yaxşı olar ki, İranda demokratiya güclənsin, bu bölgədə də Avropa Birliyi kimi İran, İraq, Qafqaz ölkələri bir araya gəlsin, əlaqələr artsın. Bu da bizim millətin o ruhunu qaytaracaq. Çünki 50 milyonluq xalq balaca bir xalq deyil. Bu, təkcə DAK-ın işi deyil, bütövlükdə Azərbaycanın işidir. İndi baxırsan ki, sovet dövründə Cənub məsələsi daha güclü idi, nəinki indi. Necə ki, sac soyuq olanda buğda qovrulmur, sirinsiyir. O artıq nə qovrulmaz, nə də göyərməz. Bizdə bir çox milli problemləri bu cür sirinsidirlər. Onun daha nə irəli, nə də geri yolu yoxdur.

- Sabir bəy, çox təşəkkür edirik. Çox sağ olun.

- Mən təşəkkür edirəm dəvətiniz üçün.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Bu gün, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Bu gün, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Bu gün, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Bu gün, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru