"Ermənipərəstliyimiz" yağı gözündən yayınmır: - Təhsil siyasətimiz kimin əlindədir?
Tarix: 19-12-2019, 10:18 | Çap et
 Azərbaycan təhsil sisteminin ermənipərəstliyi hələ iki il əvvəl ortaya çıxmışdı. Xatırlayırsınızsa, həmin il 10-cu sinif В«TarixВ» dərsliyində xəyali В«Böyük ErmənistanВ» xəritəsi yer almış və bu, sosial şəbəkələrdə ciddi əks-səda doğurmuşdu.

Skandal ortaya çıxar-çıxmaz Təhsil Nazirliyi həmin xəritənin yer aldığı kitabları tələsik toplamış və dərslik yenidən dərc olunmuşdu.
Sən demə, bu, təhsil işçilərimizin ilk В«ermənipərəstliyiВ» də deyilmiş. В«Böyük ErmənistanВ» xəritəsi biabırçılığından iki il əvvəl də bənzər skandal gündəmə gəlibmiş. Özü də ilk sknadal kitabın səhifələri arasında gizlənməyibmiş. Maarifçilərimiz öz В«erməni sevgiləriniВ» ilk dəfə kitabın üzündə ifadə edib, bu qeyri-məşru eşqlərinin üstü açılandan da sonra isə onu dərsliyin içinə köçürüblərmiş. Yəni bir növ В«qanunsuz sevgiləriniВ» gizləyiblərmiş.
Söhbət 2015-ci ildə dərc olunan В«Ali məktəblərə hazırlaşanlar üçün Azərbaycan tarixi məlumat kitabıВ»ndan gedir. Məgər ki, abituriyentlərimiz üçün ölkəmizin tarixi yaddaş kitabı olan dərslik vəsaitinin üzü hələ 4 il əvvəl də Ermənistan bayrağının rənqləriylə bəzənibmış . Ən çox maraq doğuran nüans isə ermənipərəst rəmzləşdirmələrin hər dəfə tarix kitabında ortaya çıxmasıdır. Bu da istər-istəməz sual doğurur: Azərbaycan tarixşünaslığı ermənilərin əlindədirmi?

Şəkillərdə: Əhəd Abıyev çaşıb Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağını В«sındırmışdıВ»,

"Ermənipərəst maarifçi"lərimiz isə durnanın düz gözündən vururlar.

Hərdən “Alov” qülləsi də Əhəd Abıyev kimi “çaşır”
2015-ci ildə təhsil mövsümünə az qalmış ortaya çıxan bu skandaldan Təhsil Nazirliyimiz В«kitabın bizə aidiyyəti yoxdurВ» arqumenti ilə özünə bəraət qazandıra bilmişdi. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuata verdiyi açıqlamasında özlərini bu cür suya çəkmişdi: В»Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan В«Azərbaycan tarixiВ» məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyibВ».
Jurnalist araşdırmalarından sonra məlum olmuşdu ki, ciddi polemikalara yol açan və В«DidaktikaВ» Nəşriyyatı tərəfində çap edilən həmin kitab ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və TQDK-nın ali məktəblərə qəbul proqramı əsasında hazırlanıbmış və 3 AZN-ə satılırmış.

Təhsil Nazirliyinin özünə bu cür bəraət qazandırmasından sonra hüquq-mühafizə orqanlarımızın В«DidaktikaВ» nəşriyyatı barədə hansı ölçünü götürməsindən xəbərsizik. Böyük ehtimalla hər zaman olduğu kimi, bu dəfə də problemin üzərindən sükutla keçib onu unutdurmağa çalışmışlar. Di gəl ki, bizimkilər özlərini nə qədər görməzliyə vursalar da, dostlarımız və düşmənlərimiz hər zaman oyaqdır, dörd gözlə ən xırda səhvimizi incələyir və heç nəyi yaddan çıxarmırlar. Necə ki, dünən erməni mətbuatının gündəmində yenə həmin kitab vardı. Həm də Azərbaycana və Türkiyəyə qarşı ideoloji mübarizə təyinatlı erməni mətbuatında.
https://www.ermenihaber.am/tr/news/2019/12/17/Azerbaycan-Ermenistan-bayrak/172209
Ermenihaber.am saytı dünən dərc etdiyi В«Azerbaycan’da Ermenistan bayrağı renklerinde sınava hazırlık kitabı basıldıВ» sərlövhəli xəbərində 4 il əvvəl olmuş hadisəni yeni məlumat kimi təqdim edərək bildirir: В«Beynəlxalq Saxta Erməni İddiaları ilə Mübarizə DərnəyiВ» (ASİMDER) adı daşıyan və anti-erməni fəaliyyətlərilə tanınan qurumun sədri Göksel Gülbey В«RegionmonitorВ«un verdiyi xəbərə görə, В«FacebookВ» sosial şəbəkəsində azəricə bir kitabın rəsmini yayınlayaraq yazıb:
В«Azərbaycanda dövlət yayını kitabının cild rənginin Ermənistan bayrağının rəngində olması təsadüfmü əcəba, Azərbaycanda bu işlər niyə böylə oluyor.В»
Sözügedən kitabın şəkli sosial mediada Azərbaycanlı istifadəçilər arasında ciddi mübahisələrə səbəb olduВ».
Görəsən, Azərbaycan hüquq mühafizə orqanları xüsusilə tarix dərs vəsaitlərinin hazırlanmasında tez-tez ortaya çıxan və ölkəmizi dosta-düşmənə xəcil edən bu В«təsadüfВ«lərin gerçək səbəbini araşdırmağa özündə güc tapacaqmı? //ovqat.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26 |
|
|
|
• Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21 |
|
|
|
• "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42 |
|
|
|
• Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29 |
|
|
|
• Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26 |
|
|
|
• Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21 |
|
|
|
• Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19 |
|
|
|
• "İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11 |
|
|
|
• Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06 |
|
|
|
• Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01 |
|
|
|
• Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48 |
|
|
|
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28 |
|
|
|
• Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26 |
|
|
|
• Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20 |
|
|
|
• Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16 |
|
|
|
• Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01 |
|
|
|
• "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58 |
|
|
|
• Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54 |
|
|
|
• Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49 |
|
|
|
• Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45 |
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Dünən, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Dünən, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Dünən, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Dünən, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Dünən, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Dünən, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Dünən, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Dünən, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Dünən, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Dünən, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Dünən, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Dünən, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Dünən, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Dünən, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Dünən, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Dünən, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Dünən, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Dünən, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Dünən, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Dünən, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Dünən, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Dünən, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Dünən, 10:01 |
|
|
|
|