"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                     Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib .....                     ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam .....                     "Səhnə qurban tələb edir" .....                     Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal .....                     36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                 

Miqrasiya Xidmətinin rəisi prezidentin xəbərdarlığından nəticə çıxarmır - İTTİHAM
Tarix: 20-04-2018, 09:38 | Çap et
Miqrasiya Xidmətinin rəisi prezidentin xəbərdarlığından nəticə çıxarmır
Dövlət Miqrasiya Xidmətindəki problemlər ayrı-ayrı KİV-lərdə müxtəlif vaxtlarda işıqlandırılsa da, bu qurumun rəhbəri tənqidlərdən nəticə çıxarıb fəaliyyətində müsbət dönüş yarada bilmir.

Xatırladaq ki, “Reytinq” qəzeti də ötən saylarından birində Miqrasiya Xidmətindəki problemlərdən yazmışdı. Həmin məqalədə Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin yaxın qohum-əqrəbasını ətrafına toplaması, onların adına təqdimat imzalayıb, təltif etdirməsi ilə bərabər, ölkəyə turist kimi gələnlərə yaradılan süni problemlərdən də bəhs edilirdi. Bu tənqidi məqalədən iki gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi müşavirdə qeyd edilən problemlərə ümumi toxundu. Prezident qeyd etdi ki, ölkəyə gələn turistləri müvafiq qurumların rəhbərləri rüşvət almaqdan yana çox incidirlər.

Çıxışı boyunca qəzəbini açıq şəkildə büruzə verən dövlət başçısı, hətta bu kimi hallara yol verən qurumlara xitabən “belə alçaqlıq olmaz”,- xəbərdarlığını da etdi.

İ. Əliyev bildirdi ki, bəzi hallarda Azərbaycana gələnləri incidirlər, yolda saxlayırlar, onlardan rüşvət tələb olunur, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər:

“Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirənlər cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə əsassız müdaxilələr edir, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır.

Bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın.

Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidir, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşı gəlib vizanı aeroportda alır”.

Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, xarici həmkarlarından biri ona deyib ki, vizanı ləğv etsəniz də, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur:

“Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəkilin yoxdur, gəl, pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq... necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz.

Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı - əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar".

Göründüyü kimi, cənab Əliyev həddən artıq açıq və sərt şəkildə, faktiki olaraq Miqrasiya və Sərhəd xidmətlərinin rəhbərliyinə “Hətta xidmətləriniz belə nəzərə alınmayacaq”,- deyərək, son mesajını verib.

Bəli, məhz bu fakt da göstərir ki, “Reytinq”in ötən saylarından birində həm elektron viza tətbiqi zamanı, həm də daimi və müvəqqəti qeydiyyatla bağlı Miqrasiya Xidmətində baş verənlər barədə yazılanlar həqiqətdir və məsələ artıq Prezident səviyyəsinə müzakirə olunur.

Ancaq həmin xəbərdarlıqdan ötən günlərdə aparılan müşahidələr zamanı aydın olub ki, ölkəyə gələn əcnəbilərə maarifləndirmə işinin aparılmaması və ya çox zəif aparılması səbəbindən “3 manalıq qeydiyyat xidməti” əməliyyatı hələ də davam etdirilir. Bu iş əvvəllər Miqrasiya Xidmətinin Bakı Regional İdarəsinin binasında aparılısa da, indi həmin binanın bir neçə addımlığında icra olunur. Amma, bəlkə də, dünyanın heç bir ölkəsində müvəqqəti qeydiyyata görə belə qanunsuz pullu xidmət yoxdur.

Məlumata görə, dövlət başçısının məlum xəbərdarlığından sonra Firudun Nəbiyev, müavinləri və Miqrasiya Xidmətində yüksək vəzifə tutan qohum-əqrəbasından ibarət şəbəkə təşvişə düşüb: “Onlar narahatdırlar ki, dövlət başçısı tərəfindən DTX rəisi Mədət Quliyevə hava limanında keçirilən əməliyyatda olduğu kimi, bu dəfə də Miqrasiya Xidmətində əməliyyat tapşırığı verilə bilər. O zaman bu şəbəkənin bir neçə üzvünün həbsi qaçılmaz olacaq. Həm də unutmayaq ki, Prezidentin xəbərdarlığından Miqrasiya Xidmətinin üzərinə böyük pay düşür. Çünki bu Xidmət əməkdaşlarının da ölkəyə axın edən turistlərə qarşı amansızlığı, eyni zamanda, qeydiyyat bəhanəsi ilə otellər və iaşə xidmətlərinə intensiv basqınları günün ən aktual problemi olaraq qalır”.

Mənbəmiz ölkə mətbuatında Miqrasiya Xidməti haqqında yazılanlardan da sitat gətirib: “Buyurun, Eynulla Fətullayevin saytında “Ailə Nazirliyi, yoxsa Dövlət Xidməti?!” başlıqlı yazını oxuyun. Bundan sonra elə Firudin Nəbiyevin ölkədə mövcud olan və əsasən əcənəbilərin sahib olduqları kafelərdə, restoranlarda, həmçinin otellərdə tez-tez “reydlər” keçirən qohumlarının əməllərinin gerçək məqsədi sizə aydın olacaq. Hətta bunlar o qədər özlərinə arxayındırlar ki, günün günorta çağı iş yerlərinə basqın edərək, xaricilərin əl-qolunu bağlayıb, özləri ilə aparırlar. Elə bu ilin yanvar ayında DMX əməkdaşlarının Bakıdakı “Urfa” restoranının sahibləri olan Türkiyə vətəndaşları Salman Hüseyn, Çora Əli və Eken Müdiri faktiki olaraq oğurlanmaları haqda yayılan məlumatı yada salmaq olar. Hansı ki, məhkəmə həmin Xidmət əməkdaşlarının qanunsuzluğu ilə bağlı qərar da çıxarmışdı. Lakin cəzalanan oldumu? Xeyr. Çünki o, işin başında Nəbiyev və qohumları dururdu. Hələ qohumu Rövşən Səfərovla digər yaxınlarından ibarət şəbəkənin gecə vaxtı xarici vətəndaşların yaşadığı mənzillərə gedib, zorla onların telefonlarını alaraq, əl-qolunu burub avtomobilə basmaları haqda yayılan onlarla faktları demirəm.

Bu adamlar o qədər özlərinə arxayın olublar ki, “Paşa İnşaat”, “Azersun Holdinq”, “DİA Holdinq”, “Böyükfırat” və digər bu kimi şirkətlərə də hücum edir, əcnəbiləri cərimə adı ilə qorxudur, ölkəmiz haqqında mənfi rəy yaradırlar”.

Azərbaycan adına ən böyük ayıblardan biri isə Xidmət əməkdaşlarının masaj salonlarına, otellərə əməliyyat adıyla girmələri sayıla bilər. Sözsüz ki, bütün bunlardan sonra, Prezidentin də qeyd etdiyi kimi, heç bir əcnəbi ikinci dəfə ölkəmizə ayaq qoymaz. Mənbəmiz ümid edir ki, Prezidentin xəbərdarlığından sonra istər sərhəd, istərsə də miqrasiya sahəsində müsbətə doğru ciddi dönüş yaranacaq.

Məlumatlı şəxs deyib ki, F. Nəbiyev kreslosunu qorumaq üçün maraqlı gedişlər etməyi də sevir. Cəmi 7 ilə general rütbəsi almağı bacaran F. Nəbiyev Xidmətdə demək olar ki, bütün vəzifəlilərin qohumlarına iş verib. O, mərkəzi hakimiyyətdə post tutanlarla yetinməyib, Naxçıvandakı vəzifəli şəxslərin əzizlərini də yanında işlə təmin edib. Ən maraqlısı isə o idi ki, o, Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovu da yaddan çıxarmayıb. Belə ki, ötən il Vasif Talıbov tərəfindən qanunsuzluqları üzə çıxarılaraq, vəzifədən qovulan Ə. Əhmədovun əmisi oğlu Əsgər Əhmədov Xidmətin Qanunsuz Miqrantları Saxlama Mərkəzinə rəis təyin edilib. Yəni F. Nəbiyev güc qurumlarına rəhbərlik edənlərin “əsabələri”nə də vəzifə paylamaqla özünü “səxavətli” göstərməyə çalışır, bununla da ətrafında bir “səngər” formalaşdırdığını düşünür. Lakin o, unudur ki, bu qanunsuzluqlara görə ölkə başçısının qəzəbinə tuş gələ bilər. Necə ki, ölkəyə gələn turistlərin, eləcə də Azərbaycan vətəndaşları ilə 20-25 ildir ailə qurmuş soydaşlarımızın qəzəbinə tuş gəlib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Dünən, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Dünən, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru