36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                 

"Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur" - Nazirə GİLEY
Tarix: 11-04-2018, 09:14 | Çap et
"Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur"
Adının qəzetimizdə açıqlanmasını istəməyən Sumqayıt şəhər sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sözügedən vətəndaş Əlillərin Bərpa Mərkəzinin müvəqqəti yerləşdiyi xəstəxananın bərbad vəziyyətdə olmasəndan narazıdır. O, öz yazısında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova da bir neçə sual ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən Sumqayıt şəhərinin sakiniyəm, boyun osteoxondrozundan əziyyət çəkirəm. Poliklinikadan məni Əlillərin Bərpa Mərkəzində işləyən Kəmalə xanımın yanına yollamışdılar. Amma Sumqayıt şəhər Əlillərin Bərpa Mərkəzi təmirə bağlandığı üçün 26-cı məhəllədə yerləşən 4 saylı xəstəxananın (Bərpa Xəstəxanası) 5-ci mərtəbəsinə köçürülüb. Mən artıq iki gündür ki, orada müalicə olunuram. Həmin xəstəxana demək olar ki, Sumqayıt şəhərinin lap çıxışında, şimal tərəfində yerləşir.

Çətinliklə də olsa, xəstəxananı tapdım. Beş mərtəbəli binadır. Soruşdum, dedilər ki, Kəmalə xanım beşinci mərtəbədə işləyir. Həmin mərtəbəyə qalxıb Kəmalə xanımı tapdım və mənə yüksək səviyyəli xidmət göstərildi. Tibbi personaldan tam razıyam, sağ olsunlar. Əslində şənbə günləri işləmirlər, amma müalicəm yarımçıq qalmasın deyə, öz istirahət günlərində də işə çıxmağa razı olublar.

Amma oradakı şərait mənə çox pis təsir etdi. Belə ki, külək əsəndə pəncərələrdən viy-ha-vıyla içəri dolur, massaj edilən, elektroforez alan xəstələr yelçəkəndə oturmalı, uzanmalı olurlar, həmçinin də mən. Halbuki o cür müalicə alan insana ümumiyyətlə soyuqda qalmaq olmaz, bu çox ciddi fəsadlara səbəb ola bilər. Həddən artıq şəraitsiz bir yerdir. Ümumiyyətlə, xəstəxananın binası çoxdan istismar müddətini başa vurub. Tam təmirsizdir. İki ildir təmirə bağlanan, hələ də təmiri bitməyən Əlillərin Bərpa Mərkəzinin müvəqqəti məskunlaşdırıldığı 5-ci mərtəbə ilə müqayisədə, xəstəxananın digər dörd mərtəbəsi az da olsa, xəstə qəbulu və müalicəsi üçün yararlıdır.

Pasientlərinin əksəriyyəti 1-ci, 2-ci və 3-cü qrup əlillərdən, yaşlı insanlardan ibarət olan Əllillərin Bərpa Mərkəzi üçün ayrılan 5-ci mərtəbədə isə, ümumiyyətlə, heç bir şərait yoxdur. Xəstəxana ideal təmiz olmalıdır, buranın dəhlizində isə çirkin, tozun əlindən tərpənmək olmur. Döşəməyə çox səliqəsiz şəkildə salınan nimdaş, çirkli palaz insanı həm çiyrindirir, həm də ayağını qoyub yeriməyə qorxursan ki, bu dəqiqə yıxılacaqsan. Güclə yeriyən insanlar üçün isə bu vəziyyət hər an ölümlə nəticələnə bilər. Divarlar, tavan dağılıb tökülür, pillələr çox bərbad vəziyyətdədir. Üstəlik, əlilliyi olan insanlar o pillələrlə düz beş mərtəbə qalxmaq məcburiyyətində qalır. Onların arasında çox yaşlı insanlar var. Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur.

Mərtəbədə su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir, xəstələr əllərini yumaq üçün dördüncü mərtəbəyə enməli olurlar.

Müasir tibbi avadanlıq yoxdur, bu üzdən personal da əziyyət çəkir, amma xəstələrlə çox mehriban davranırlar. Onların müalicə olunması üçün əllərindən gələni əsirgəmirlər. Onlar da bu vəziyyətdən çox narazıdırlar. Az da olsa, öz vəsaitləri hesabına həmin mərtəbəyə əl gəzdiriblər. Yəni divarları rəngləyiblər, amma köhnə, uçulub-dağılan bina üçün bunun heç bir xeyri olmayıb. Ən acınacaqlısı isə bilirsiz nədir? 5-ci mərtəbədə xəstələr üçün çarpayı belə yoxdur, onları aşağı mərtəbələrə yerləşdirməli olurlar. 4 saylı xəstəxananın müdriyyəti sağ olsun, əlillərin stasionar müalicəsi üçün 3 palata ayırıb, verib.

Mənim şikayətim bərpa mərkəzinin tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və şəxsən hörmətli nazir Səlim Müslümovadır. Bu biabırçılıq hələ çoxmu davam edəcək? Ölkənin vətəndaşlarına, özü də əlil vətəndaşlarına, ağbirçək analarımıza, ağsaqqal atalarımıza qarşı bu cür münasibətə nə ad verək? Qarabağ savaşında sağlamlığını, iş qabiliyyətini itirmiş Vətən oğullarına qarşı bu cür biganə münasibətin səbəbi nədir? Nəyə görə hökumətin marağında olan obyektlər ildə bir neçə dəfə təmir olunduğu halda, Əlillərin Bərpa Mərkəzinin təmiri iki ildir bitmək bilmir?

Nazir Səlim Müslümova deyil, övlad Səlim Müslümova müraciət edirəm. Səlim müəllim, öz yaşlı valideynlərinizin bu cür şəraitdə müalicə olunmağına razı olardınızmı? Axı istismar müddəti bitmiş o yararsız binada, antisanitariya şəraitində hər gün ölüm təhlükəsi ilə üz-üzə gələrək müalicə olunmağa məcbur olan ağsaqallar, ağbirçəklər də kiminsə valideynləridir. Onlarla bu cür rəftar etməyə nə haqqınız var? Öz adımdan, orda müalicə olunan xəstələr adından, eləcə də iki ildir xəstəxanalarının təmirini gözləyən tibbi personal adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və şəxsən Səlim Müslümovdan ən tez zamanda Əlillərin Bərpa Mərkəzinin təmirinin başa çatdırılmasını tələb edirəm.

Təmiz, şəraitli, müasir avadanlıqla təchiz edilmiş xəstəxanada müalicə olunmaq hər bir vətəndaşın, xüsusilə də fiziki qüsuru olan vətəndaşların doğal haqqıdır. Siz onların haqqına girisiniz. Siz bizim haqqımıza girirsiniz!”

"Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur"
"Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur"
"Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur"
"Təəssüf ki, bu insanların vəziyyətini düşünən yoxdur"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Dünən, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Dünən, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Dünən, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Dünən, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Dünən, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Dünən, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Dünən, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Dünən, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Dünən, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Dünən, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Dünən, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Dünən, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru