“İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” .....                     Anti-Azərbaycan qüvvələrin kabusu .....                     Qafqazda “son döyüş” başlayır .....                     Məktəb direktoru işdən çıxarıldı .....                     “Umid Babek Operating Company”də YENİ TƏYİNAT .....                     Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... .....                     "Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" .....                     Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... .....                     Universitetlərə qeydiyyat bu gün başa çatır .....                     Ukrayna Timur Yunusovu beynəlxalq axtarışa verdi .....                     Göyçayda bələdiyyə sədri ÖZBAŞINA QALIB... .....                     Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ... .....                     İran bizimlə ədavətdən iqtisadi ziyan da çəkib... .....                     Səhiyyəmiz GÜL AÇIR: Əməliyyat masasında qeyri-etik RƏQS-ŞOU .....                     "Pulunuz heyifdir... əsəbləriniz də həmçinin..." .....                     Baş nazir buna NECƏ NAİL OLACAQ? .....                     "Bunların əlindən neçə nəfər intihar edib" .....                     Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib .....                     Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü .....                     Azərbaycanla bağlı qərar bu maşında verilib? .....                     "Tanımayanın sözü mənim yolumu dəyişməz" .....                     Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! .....                     Azərbaycandan sonra növbə Özbəkistanındır .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     "O hər zaman mənim qəlbimdə yaşayır" .....                     Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? .....                     MƏKTƏB YÜKÜ... .....                     “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” .....                     Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. .....                     Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... .....                     Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI .....                     BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində .....                     Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı .....                     "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" .....                     Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR .....                     "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" .....                     İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır .....                     Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü .....                     İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                 

Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Tarix: 18-07-2025, 09:12 | Çap et

İsrailin Dəməşqə hücumu böyük tabloda Tramp Administrasiyasının Suriya planına qarşı atılmış addım kimi görünür. Vaşinqtonun Suriyanın bütövlüyünün qorunması mövqeyindən çıxış etməsi və Türkiyənin bu ölkədəki zamin rolunu tanıması Təl-Əvivdə qəbul olunmur, hərçənd, ABŞ-ın hərbi/siyasi rəhbərliyində də İsrailin mövqeyini paylaşan qruplar var, xüsusilə PYD/YPG-nin gələcəyi ilə bağlı məsələ üzərindən.
İsrail (həm də Təl-Əvivlə ortaq mövqe sərgiləyən ABŞ-dakı mərkəzlər) Suriyada fərqli perspektivdən çıxış edir:
- Ölkənin federallaşması: bu, ən yaxşı halda İraq modelinin Suriyada tətbiq edilməsi və mərkəzi hakimiyyətin zəif nəzarət mexanizmlərinə malik olması deməkdir, hərçənd, belə bir perspektiv bölünmə riskləri də vəd edir;
- Təl-Əviv İraq modelindəki Suriyanı “təhlükəsizlik prinsipləri”nin tərkib hissəsi kimi görür, əks təqdirdə, qeyri-müəyyən gələcəkdə İran təhdidinin yenidən aktuallaşacağını, müəyyən gələcəkdə isə din mərkəzli yeni regional gücün təhdid yarada biləcəyini hesab edirlər, xüsusilə Türkiyə amili fonunda.
Əsədin devrilməsi ilə Suriyada İranın boşalan yerini Türkiyənin doldurması İsrail üçün arzuolunmaz nəticələr yaratdı. Lakin hər şey bununla da bitmədi:
- Tramp Administrasiyanın Suriya hakimiyyətini dəstəkləməsi - Əhməd əl-Şara ilə görüş, HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması, sanksiyaların yumşaldılması – arzuolunmaz nəticələri gücləndirdi;
- PKK-nın silahı buraxması Suriyada PYD\YPG kartını da ciddi ölçüdə zəiflədir və çıxılmaz perspektivlər vəd edir;
Bu nəticələr fonunda İsrailin druz kartından istifadə etməsinin iki mümkün hədəfi var:
1. Druzların muxtariyyətinə nail olmaq, bununla Suriyanın federallaşması presedentini yaratmaq: bu, maksimal hədəfdir;
2. Minimal hədəf druzlardan Dəməşqin yeni hakimiyyəti ilə arasında bufer kimi istifadə etmək, Əsədin gedişindən sonra ələ keçirdikləri əraziləri de-fakto legitimləşdirməkdir;
İstisna deyil ki, Əhməd əl-Şara ilə Bakıda danışıqlar aparan İsrail rəsmilərinin cari tələbləri arasında bunlar olub. Və bu danışıqlardan sonra Dəməşqin bombalanması razılaşmanın olmadığı ehtimalını önə çıxarır. Burada ən önəmli nöqtə Suveyda vilayətində druzlarla bədəvilər arasında toqquşmanın Bakı görüşündən öncə başlamasıdır. Səbəb-nəticə məntiqi bu qarşıdurmada maraqlı olan İsraili təşkilatçı qismində də göstərir, lakin əl-Şara hakimiyyətinin bədəvilərlə druzların toqquşmasını bölgəyə müdaxilə etmək və mərkəzi nəzarəti gücləndirməkdə fürsət kimi gördüyü faktı da diqqət çəkir. Bu baxımdan, Suveyda toqquşmasında hər iki tərəfin – Təl-Əvivin də, Dəməşqin də maraqları vardı, yaxud hər iki tərəf baş vermiş qarşıdurmanı (druzlarla bədəvilər arasında əvvəllər də lokal toqquşmalar olub) öz xeyrinə çevirməyə çalışdı. Nəticə hər iki tərəf üçün qeyri-müəyyəndir:
- Suriya qoşunlarını bölgədən çəksə də, muxtariyyət istəklərini qəbul etmir və döyüşə hazır olduğunu bəyan edir;
- İsrail hücumla druz kartını qoruyub saxlasa da, yekun hədəflərinə nail olmağın çətinlikləri var;
Netanyahunun son açıqlamaları İsrailin hücumlarını davam etdirəcəyinin anonsu hesab edilə bilər. Lakin Təl-Əvivin İran üzərində əldə etdiyi nəticəyə Suriyada da nail ola biləcəyi sual altındadır, Dəməşq Tehranla müqayisədə qat-qat zəif olsa da.
Birincisi, Tramp Administrasiyasının bu məsələdəki mövqeyi hələ də İsraillə üst-üstə düşmür;
İkincisi, Təl-Əviv Suriyada yeni zamin rolunda olan Ankara ilə üz-üzə gələ bilər. Ki, Türkiyə İran olmayacaq;
Üçüncüsü, ABŞ hadisələrin Türkiyə və İsrailin toqquşa biləcəyi həddə qədər inkişafında maraqlı deyil;
Bu amillər Suriyada lokal toqquşmalar və İsrail hücumlarının kölgəsində danışıqlar prosesinin çıxış yolu kimi önəı çıxacağı artırır. Bu halda Bakının dialoq mərkəzi rolu daha da güclənə bilər. Danışıqlarda nəticə əldə etməyin çətinliyi olsa belə, təmas xətlərinin saxlanılması Suriyada iştirakçı ölkələrdən olan Azərbaycan üçün də önəmlidir.
Asif Nərimanlı - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” - Keçmiş səfir
Bu gün, 10:01
Anti-Azərbaycan qüvvələrin kabusu - İNCƏLƏMƏ
Bu gün, 09:57
Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
Bu gün, 09:42
Məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 09:40
“Umid Babek Operating Company”də YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:36
Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... - ÇALIŞIN Kİ...
Bu gün, 09:34
"Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" - deputat
Bu gün, 09:31
Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
Bu gün, 09:26
Universitetlərə qeydiyyat bu gün başa çatır - DİQQƏT!
Bu gün, 09:19
Ukrayna Timur Yunusovu beynəlxalq axtarışa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:16
Göyçayda bələdiyyə sədri ÖZBAŞINA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ... - TƏFƏRRÜAT
Bu gün, 09:09
İran bizimlə ədavətdən iqtisadi ziyan da çəkib... - Özləri deyir...
Bu gün, 09:04
Səhiyyəmiz GÜL AÇIR: Əməliyyat masasında qeyri-etik RƏQS-ŞOU - BU NƏDİ BELƏ?
Bu gün, 09:00
"Pulunuz heyifdir... əsəbləriniz də həmçinin..." - GİLEY
Bu gün, 08:53
Baş nazir buna NECƏ NAİL OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:43
"Bunların əlindən neçə nəfər intihar edib" - BU NƏDİ BELƏ?
Bu gün, 08:34
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib - KİV
Bu gün, 06:20
Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Azərbaycanla bağlı qərar bu maşında verilib? - AKTUAL
Dünən, 18:08
"Tanımayanın sözü mənim yolumu dəyişməz"
Dünən, 18:06
Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Dünən, 17:49
Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Dünən, 17:47
Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Dünən, 17:43
"O hər zaman mənim qəlbimdə yaşayır"
Dünən, 12:37
Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Dünən, 12:35
MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Dünən, 12:33
“Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Dünən, 12:28
Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:26
Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Dünən, 12:14
Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Dünən, 12:12
BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Dünən, 12:09
Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Dünən, 12:02
"Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Dünən, 11:59
Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Dünən, 11:57
"Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Dünən, 11:54
İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:51
Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Dünən, 11:47
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Dünən, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Dünən, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Dünən, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Dünən, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Dünən, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Dünən, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Dünən, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Dünən, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Dünən, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Dünən, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Dünən, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru