"Rusiya Prezidenti Vladimir Putinin ünsiyyətdə olduğu xarici liderlər onun ABŞ lideri Donald Trampla dialoqunu və Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması cəhdlərini alqışlayır".
Teleqraf xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda TASS-a müsahibəsində deyib.
"Ümumiyyətlə, Rusiya Federasiyası ilə ABŞ arasında ən yüksək səviyyədə dialoq Putinin bütün həmsöhbətləri tərəfindən alqışlanır. Hər kəs sülh yolu ilə nizamlanmanın tapılması üçün göstərilən səyləri dəstəkləyir", - o deyib.