İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                     Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu .....                     Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır .....                     Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... .....                     Bank of Baku” reklamdakı vədlərə əməl etmir? .....                     Paşinyan ağır imtahan qarşısında .....                     Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar .....                     Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... .....                     Bu məmurlar İXTİSARA SALINIR... .....                     Kərə yağı adı altında xalqa nə satılır? .....                     Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur .....                     "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." .....                     Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub .....                     Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                 

Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 07:06 | Çap et

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca səsvermənin hansı siyasi qüvvənin qələbəsi ilə yekunlaşacağına dair müzakirələr artmaqdadır.

Çünki Ermənistanda hakimiyyətin dəyişib-dəyişməməsi yalnız daxili vəziyyətə deyil, bütövlükdə Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir edə biləcək amilə çevrilib. Daha dəqiq desək, 2026-cı il iyunun 7-də keçiriləcək hazırkı Baş nazir Nikol Paşinyanın liderlik etdiyi komandanın seçkilərdə qalib gəlməsi Qərbyönümlü qüvvələrin hakimiyyətdə qalması ilə yanaşı, Ermənistanın Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi deməkdir.

Bu isə Avropa İttifaqının və ABŞ-nin Ermənistanda geosiyasi mövcudluğunun artması fonunda Rusiyanın bölgədə iştirak imkanlarını azalada bilər. Seçkilərdə Paşinyanın növbəti 5 ilə xalqdan mandat alması Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində əlavə imkanlar açacaq ki, bu da Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasını sürətləndirə bilər.

Hətta seçkilərdən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyinin sıralarını da tərk edəcəyi proqnozlaşdırılır. Ona görə də Rusiya parlament seçkilərində Paşinynı hakimiyyətdən uzaqlaşdırmağa və Kremldən idarə olunan revanşist müxalifəti hakimiyyətə gətirməyə çalışır.

Rusiya üçün Ermənistan cəmiyyətində mövcud siyasi konyukturu dəyişməyə mane olan ciddi səbəb var. İlk növbədə, xalq bütün dövrlər üçün Moskvanın alternativ və ehtiyat kadrı olan Robert Köçəryanın hakimiyyətə qayıtmasını istəmir. Onun liderlik etdiyi “Ermənistan” blokunun növbəti seçkilərdə 5 faizlik barajı keçəcəyi belə, sual altındadır.

Ona görə də Rusiya Eçmiədzin kilsəsinin vasitəsilə silahlı qiyam planı həyata keçirməyə cəhd etdi. Lakin Nikol Paşinyan kilsənin radikal arxiyepiskoplarını və onların seçkilərdə baş naziriliyə namizəd kimi görmək istədiyi rusiyalı milyarder Samvel Karapetyanı həbs etdirməklə Rusiyanın “oyun”unu pozdu.

Paşinyanın preventiv zərbələrlə çevriliş və terror cəhdinin qarşısını almaqda Qərbin xüsusi xidmət orqanlarının verdiyi məlumatlardan bəhrələndiyi ehtimal olunur. Seçkiqabağı Ermənistanda Rusiya və Qərb arasında ciddi mübarizənin getdiyi müşahidə olunur. Paşinyanın timsalında Qərbin mövqeləri güclü görünsə də, son rəy sorğuları qarşıdan gələn seçkilırin baş nazir üçün asan keçməyəcəyini göstərir.

“MPG Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə əgər üzümüzə gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, ən böyük dəstəyi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qazanardı.

Nikol Paşinyan reytinq göstəricisinə görə, birinci yeri sahib olsa da, 2021-ci ildə keçirilmiş sonuncu seçkilərlə müqayisədə ona səs vermək istəyənlərin sayı xeyli azalıb. Seçicilərin 17,3 faizi ona səs verməyə hazırdır ki, bu da aprel ayında keçirilmiş əvvəlki sorğudan 4,2 faiz çoxdur.

İkinci yeri ilk dəfə olaraq 13,4 faiz səs toplayan və populyarlığının 10,6 faiz artması maşahidə edilən rusiyalı milyarder Samvel Karapetyanın ətrafında formalaşmış yeni siyasi birlik tutub. Üçüncü yerdə 6,4 faiz səslə eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku qərarlaşıb.

Qagik Tsarukyanın liderlik etdiyi Çiçəklənən Ermənistan Partiyasına səs vermək istəyənlərin sayı isə 3,8 faiz təşkil edib.

Sabiq prezident Serj Sarkisyanın tərəfdarlarından ibarət “Şərəfim var” deputat fraksiyasının və sədri olduğu Ermənistan Respublika Partiyasına səs vermək istəyənlərin sayı xeyli azalıb. Sorğuya görə, Sarkisyanın komandasını 3,4 faiz seçici parlamentdə görmək istəyib.

Bloger Vardan Qukasyanın “Demokratiya, qanun və nizam-intizam” partiyası 2,5 faiz, digər partiyalar isə 1,8 faizdən aşağı səs toplayıb. Eyni zamanda, yüksək səviyyəli laqeydlik və qeyri-müəyyənlik seçkilərin əsas cəhətlərindən biri olaraq qalır.

Respondentlərin 23,9 faizi səsvermədə iştirak etməyəcəyini bildirib, 16,3 faizi cavab verməkdə çətinlik çəkib, 5 faizi isə cavab verməkdən imtina edib. Sorğunun nəticələri göstərir ki, hakim partiyanın davamlı liderliyinə baxmayaraq, onun dəstəyi seçicilərin beşdə birindən az hissəsi ilə məhdudlaşır. Samvel Karapetyanın yeni layihəsinə marağın sürətlə artması siyasi balansda ciddi dəyişikliklər üçün ilkin şərait yaradır.

Sorğunun nəticələrini analizi göstərir ki, parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik edəcəyi komandanın qalib gəlmək şansı yüksəkdir. Ancaq Paşinyanın seçkilərə “Vətəndaş müqaviləsi” partiyası yoxsa, ayrıca seçki bloku ilə gedəcəyi hələ məlum deyil. Hakimiyyətin reytinqinin artmasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmssı və kommunikasiyaların açılmasına dair razılaşma mühüm rol oynayıb.

Zəngəzurdan “Tramp marşrutu”nun açılması ilə bağlı işlərə başlanılması seçkilərdə ABŞ adminstrasiyasının Paşinyana siyasi dəstəyini təmin edə bilər. Ona görə də həm Paşinyanın və komandasının siyasi reytinqinə görə liderliyi əldə saxlaması, yəni daxili amillər, həm xarici təsirlər onun seçkilərdən qalib çıxacağını deməyə əsas verir.

Lakin 17, 3 faizlik reytinqlə Paşinyanın parlamentdə yerlərin üçdə ikisinə sahib olacağını söyləmək çətindir. Bu halda Paşinyan təkpartiyalı hökumət formalaşdırmaq imkanını itirə bilər.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyası seçicilərin 53,4 faiz səsini qazanaraq parlamentdə 71 mandatla deputat yerlərinin üçdə ikisini qazanıb. Həmin vaxt keçiriilən sorğularda Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokunun reytinqi 27,2 faiz civarında idi. Ona görə də Paşinyan növbəti parlamentdə səslərin 50 faizdən çoxunu qazansa da indiki deputat yerlərinin bir çoxunu itirə bilər.

Parlamentdə hazırkı Köçəryan mərkəzli “Ermənistan” fraksiyasını isə Samvel Karapetyanı dəstəkləyən və hələ elan edilməmiş yeni siyasi qüvvə ilə əvəz etməsi ehtimalı artır. Sorğunun nəticələrinə nəzər saldıqda, 29 mandata malik “Ermənistan” blokuna daxil olan daşnakların seçkilərdə qalib gəlmək şansının olmadığı görünür. 2021-ci ildə “Daşnaksütyun” EİF “Ermənistan” bloku daxilində 15 deputat yeri qazanmışdısa hazırda bu resursları tükənmək üzrədir.

Seçicilərin 1,1 faizi “Daşnaksütyun” EİF-a səs verməyə hazır olduğunu bildirib. Bu göstərici ilə daşnaklar 5 faizlik seçki barajını aşa bilmədiyinə görə, çox güman ki, parlamentdən kənarda qalacaq. “Daşnaksütyun”un ayrılıqda 1 deputat yeri qazanmaq şansı yoxdur. Respondentlərin 6,4 faizi “Ermənistan” blokuna səs verməyə hazır olduğunu bildirib ki, bu da Robert Köçəryanın seçki barajını keçdikdən sonra Milli Məclisdəki 29 yerdən 15-20-ni itirəcəyindən xəbər verir.

Ona görə də daşnakların növbəti seçkilərdə Köçəryandan ayrılaraq kilsənin, yəni Samvel Karapetyanın yanında yer almağa çalışacağı ehtimalı yüksəkdir. Parlamentdə ana müxalifəti Samvel Karapetyanın kilsə tərəfindən dəstəklənən namizədləri əvəz edə bilər. Bu halda Paşinyanın Rusiyayönümlü müxalifəti parlamentdən kənarlaşdırmaq və onların yerinə Qərbmeyilli qüvvələri gətirmək planı baş tutmayacaq. Lakin bu, Samvel Karapetyana baş nazir olmaq şansı yaratmır. Çünki Ermənistan qanunvericiliyinə görə, Karapetyan xarici ölkə vətəndaşı (Rusiya) olduğuna görə, dövlət vəzifəsi tuta bilməz.

Sorğunun nəticələri eks-prezident Serj Sarkisyanın “Şərəfim var” blokunun növbəti seçkilərdə mandat qazana bilməyəcəyini deməyə əsas verir. “Şərəfim var” bloku və Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası (ERP) çox güman ki, 5 faizlik barajı aşa bilməyəcək. Bu isə Serj Sarkisyanın siyasi karyerasının sonunu gətirə bilər. Seçkilərdən sonra Sarkisyanın siyasətdən çəkiləcəyi və ERP-dan istefa verəcəyini gözləmək olar. Sabiq prezidentin özündən sonra ERP-da liderlik kürsüsünü partiyanın sədr müavini Armen Aşotyana ötürəcəyi ehtimal edilir.

Nəhayət sorğuda əldə olunan göstəricilər, Ermənistanda orta hesabla 20-21 faiz civarında qeyri-sabit seçici kütləsinin olduğunu üzə çıxarır. Erməni analitiklər də etiraf edirlər ki, hakimiyyətin gələcək siyasi taleyinin müəyyənləşməsində hələ kimə səs verəcəyini dəqiqləşdirməmiş tərəddüdlü elektorat mühüm rol oynaya bilər.

Əgər Nikol Paşinyan bu seçici kütləsini öz tərfinə çəkməyi bacarsa, parlamentdə üçdə iki səs çoxluğuna sahib olacaq və birpartiyalı hökumət quracaq. Hazırda neytral görünən bu seçici qüvvəsi müxalifətə səs verərsə, Paşinyan üçün hakimiyyətdə qalmaq çətin olacaq.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30
"Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26
Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Dünən, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Dünən, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Dünən, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Dünən, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Dünən, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Dünən, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Dünən, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Dünən, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Dünən, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Dünən, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Dünən, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Dünən, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Dünən, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Dünən, 07:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru