“Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                     Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                 

Hindistan-Pakistan gərginliyi şiddətləndi: nüvə düyməsi basıla bilər, amma... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 8-05-2025, 00:28 | Çap et
Hindistan-Pakistan gərginliyi şiddətləndi: nüvə düyməsi basıla bilər, amma...
Dünən gecədən etibarən Hindistanla Pakistan arasında gərginlik şiddətli fazaya daxil olub. Hindistanın Müdafiə Nazirliyi ölkənin Pakistana zərbə endirərək “Sindoor əməliyyatı”na başladığını açıqlayıb. Nazirlikdən qeyd edilib ki, Pakistanın heç bir hərbi obyektinə hücum olmayıb. Nazirlik Hindistanın terrorçuların düşərgələrinə raket zərbələri endirdiyini vurğulayıb: “Bu addımlar Pahalqamda 25 hindistanlı və bir Nepal vətəndaşının öldürüldüyü vəhşi terror hücumundan sonra atılıb. Biz bu hücuma görə məsuliyyət daşıyanların cavabdehlik daşıyacağını təmin etməyə sadiqik”.

Pakistan Hindistanın raket zərbəsini təsdiqləyib. Pakistanın Xidmətlərarası İctimai Əlaqələr (ISPR) baş direktoru Əhməd Şərif Çaudri bildirib ki, zərbələr Kotli, Bəhvalpur və Müzəffərabadı hədəf alıb. Çaudri əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri (PAF) Hindistanın hücumunu “kobud və qorxaqcasına” adlandırıb. Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın hücumunu “müharibə aktı” adlandırıb.

“Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına qəti şəkildə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib”, Şərif qeyd edib.

“Samaa” TV-nin məlumatına görə, Pakistan ordusu Bəhavalpur bölgəsində Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki “Rafale” qırıcısını vurub. Qeyd olunub ki, təyyarələrdən biri ölkənin hava məkanını pozduqdan sonra vurulub.

Radar sistemləri Pakistan ərazisinə səbəbsiz şəkildə müdaxilə edən Hindistan təyyarəsini aşkar edib. Buna cavab olaraq Pakistan qüvvələri təhlükənin qarşısını almaq və zərərsizləşdirmək üçün standart protokollara uyğun hərəkət edib. Telekanal vurulan qırıcının ehtimal edilən fotosunu da dərc edib. Lakin Pakistan Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Pakistan hakimiyyəti öz hava məkanını bütün uçuşlar üçün 48 saat müddətinə bağlamaq qərarına gəlib. “Samaa” TV-nin məlumatına görə, İslamabad Beynəlxalq Hava Limanı bütün reyslər üçün bağlanıb və bütün gələn və gedən reyslər Kəraçi hava limanına yönəldilib. Mənbələr mülki aviasiya idarəsinin vəziyyət sabitləşdikdən sonra normal uçuşların bərpa olunacağını bildirib.

Pakistanın Milli Təhlükəsizlik Komitəsi bu gün gündüz saatlarında vəziyyətlə bağlı məlumat yayıb. Komitənin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən ikisi körpə qızdır. Bildirilib ki, Hindistanın 5 hərbi təyyarəsi vurulub və bir komanda-qərargah məntəqəsi məhv edilib.

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında hərbi qarşıdurmadan dərin narahatlığını bildirib. Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb: “Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz”.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam bölgəsində baş vermiş və 26 turistin həyatına son qoymuş terror aktı regionda onsuz da kövrək olan təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib. Hücumun miqyası və mülki şəxsləri hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən də ciddi insident kimi qarşılanıb. İki nüvə dövləti arasındakı qarşıdurmanın nüvə müharibəsi ilə nəticələnməsi qorxusu dünyada hökm sürməkdədir. Amma analitiklərin bəziləri fərqli düşünürlər.

Rusiyalı analitik, IMEMO RAS-ın Cənubi Asiya və Hind okeanı regionu qrupunun rəhbəri Aleksey Kupriyanov hesab edir ki, Hindistan və Pakistan bugünkü münaqişədə nüvə silahından istifadə etməyəcək. Ekspert “Lenta.ru”ya bildirib ki, nüvə müharibəsi təkcə bu dövlətlərin mövcudluğu üçün təhlükə yaratmır: “Nüvə silahından yayınmaq üçün hələ də kiçik bir şans var. Əlbəttə, nəzəri cəhətdən Hindistan və Pakistan bir-birinə nüvə silahı ata bilərlər. Düyməni bassalar, raket uçacaq, lakin şərtlər var. Hindistanlılar nüvə silahından yalnız Pakistanın nüvə zərbəsinə cavab olaraq istifadə edə bilərlər. Pakistan isə bundan yalnız Pakistanın müstəqilliyi və müstəqil dövlət kimi mövcudluğu təhlükə altında olarsa istifadə edə bilər".

Kupriyanovun fikrincə, nüvə silahı Pakistanın dağılmasına səbəb ola biləcək kənardan ilhamlanan bəzi daxili proseslər başlasa işə düşə bilər: “Yaxud qarşı tərəf Pakistana güclü hücuma keçsə, Pakistanın addım atması mümkündür. Yəni praktiki olaraq, hindlilərin genişmiqyaslı hərbi əməliyyata başlaması və Pakistan qüvvələrinin məğlubiyyəti, Hindistan qoşunlarının qələbəsi vəziyyətində nüvə düyməsi basıla bilər”.

Politoloq münaqişənin indiki vəziyyətində nüvə silahından istifadə oluna biləcəyini istisna edib: "Burada söhbət sırf terror aktına görə cavab tədbirindən gedir. İndi Hindistan əmin olduğunu bildirir ki, terror aktı pakistanlılar tərəfindən təşkil olunub. Eyni zamanda, bu cavab tədbiri Hindistan nöqteyi-nəzərindən Pakistan hərbi qulluqçularına, hətta Pakistanın mülki obyektlərinə də deyil, eksklüziv olaraq terrorçuların hərbi təlim düşərgələrinə yönəlib".

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Bu gün, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Bu gün, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Bu gün, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Bu gün, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Bu gün, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Bu gün, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Bu gün, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Bu gün, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Bu gün, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru