"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                 

Navalnının başına nə iş gəlib? – ARAŞDIRMA
Tarix: 21-02-2024, 00:59 | Çap et
Navalnının başına nə iş gəlib?
Rusiya hakimiyyəti siyasətçi Aleksey Navalnının həbsxanada öldüyünü elan etdi: guya gəzinti zamanı halı pisləşib. Son illər müxalifətçinin səhhətində ciddi problemlər vardı və bu, əsasən Rusiya hakimiyyətinin təqibləri ilə bağlı idi.

BBC Navalnının həbs düşərgələrində hansı şəraitdə saxlanılmasını və son illər səhhəti ilə baş verənləri xatırladır.

2017-ci ildə gözünü itirəcəkdi

Uzun siyasi karyerası ərzində ailəsi və silahdaşları Aleksey Navalnının tam sağlam olmasını dəfələrlə vurğulayıblar. Siyasətçi “həmişə öküz kimi sağlamdır”, qaçişla mütəmadi məşğul olur və heç vaxt alkoqola ifrat meyl salmır — silahdaşı Lyubov Sobol bir neçə il əvvəl təsvir edirdi.

Navalnının sağlamlığı bir neçə il KİV-in diqqət mərkəzində olub. Müxalifətçinin yaşadığı problemlər adətən son illər — hələ həbsə düşməmiş — Rusiyada məruz qaldığı təqiblərlə sıx bağlıdır.

Onun səhhətinə görə ilk ciddi əndişə 2017-ci ildə yarandı. Moskvada forumda çıxış edəndən sonra naməlum şəxs onun üzünə kimyəvi maddə — ehtimal ki, nə iləsə qarışdırılmış yaşıl məhlul (“zelyonka”) — səpdi. Həmin vaxt Aleksey növbəti il prezident seçkisində iştirak edəcəyini bildirmişdi.

O zaman Navalnı hücumda hakimiyyətyönlü SERB hərəkatının fəallarını ittiham etdi. Maye kimyəvi yanıq yaratdı, sağ göz xüsusilə xəsarət aldı; siyasətçi yazırdı ki, həkimlərin fikrincə, həmin göz görmə qabiliyyətini tam itirə bilər.

Navalnı müalicə üçün İspaniyaya getməli idi, amma xarici pasportu yox idi: daha əvvəl kəsilən şərti cəzaya görə bu Zəhərlənmə, aclıq, cərimə təcridxanası və müəmmalı ölüm… vermirdilər. Yalnız prezident yanında İnsan hüquqları şurasına müraciətdən sonra pasport verildi və o, Barselonaya uça bildi. Əməliyyat nəticəsində göz xilas edildi, amma görmə qabiliyyəti xeyli zəiflədi.

Həmin hücumdan iki il sonra Navalnı zəhərlənmə cəhdindən xəbər verdi. 2019-cu ildə Navalnını mitinq çağırışlarına görə bir aylıq həbs etmişdilər. Saxlanılandan dörd gün sonra onu təcili xəstəxanaya apardılar. Siyasətçinin dərisi qızarmış, üzü şişmişdi. Moskvalı həkimlər bunu allergiya ilə izah etdilər.

2020-ci ildə “Noviçok”la zəhərlədilər

Daha bir il sonra, 2020-ci ilin avqustunda Navalnı az qala öləcəkdi. O, Sibir səfərində idi, özünün “Ağıllı səsvermə” layihəsindən namizədləri dəstəkləməyə getmişdi. Olduğu sonuncu şəhər Tomsk idi. Avqustun 20-də oradan Moskvaya uçdu.

Havaya qalxandan dərhal sonra Navalnı özünü pis hiss etdi və tezliklə huşunu itirdi. Göyərtədə baş verənlərin videoçəkilişi mövcuddur, sərnişinlərdən biri çəkib, orada inilti eşidilir. Təyyarəni təcili Omskda endirdilər. Komada olan Navalnını birbaşa uçuş zolağından xəstəxanaya qaldırdılar. Həkimlər artıq o zaman toksik zəhərlənmədən şübhələndilər. Siyasətçini toksikoloji bölməyə yerləşdirərək, ağciyərlərin süni ventilyasiyası aparatına qoşdular.

Ancaq artıq ertəsi gün Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirdi ki, Navalnının analizlərində zəhər izinə rast gəlinməyib. İlkin diaqnoz olaraq “karbohidrat balansının pozulması”nı səsləndirdi, başqa sözlə, guya siyasətçi maddələr mübadiləsinin pozulması üzündən komaya düşüb.

Ailə və silahdaşları bu versiyaya inanmadılar. Onlar Navalnının müalicə üçün xaricə buraxılmasını istədilər. Alekseyi Omskdan Almaniyaya aparmaq üçün xüsusi təyyarə gəldi. Amma rus həkimlər xəstəni yerindən tərpətməyin mümkünsüz olduğunu əsas gətirərək, buraxmaqdan imtina edirdilər.

Axırda siyasətçinin arvadı icazə üçün şəxsən Vladimir Putinə müraciət etdi. Nəticədə avqustun 22-də, zəhərlənmədən iki gün sonra hələ də komada olan Navalnını Berlinin “Şarite” klinikasına gətirdilər.

Daha iki gün sonra alman həkimlər siyasətçinin zəhərləndiyini söylədilər. Onun analizlərində döyüş təyinatlı zəhərlərə aid olan xolinesteraza inqibitorları qrupuna aid maddələr tapıldı. Alman hərbi laboratoriyasında analizlərdən sonra, sentyabrın əvvəllərində bildirildi ki, söhbət “Noviçok” növünə aid maddədən gedir. Bu döyüş təyinatlı zəhər keçmiş QRU zabiti Sergey Skripalın və onun qızı Yuliyanın 2018-ci ilin yazında Solsberidə zəhərlənməsindən sonra məşhurlaşıb.

Kreml zəhərlənməyə aidiyyatını əvvəldən inkar edirdi, həm də nümunələrin və analizlərin nəticələrini istintaq üçün Rusiyaya verilməsini tələb edirdi. Amma faktla bağlı cinayət işi açılmadı.

Navalnının komadan çıxması iki həftədən çox çəkdi. Sentyabrın 22-də onu “Şarite”dən buraxdılar. O zaman həkimlər tam sağalmanın mümkün olduğunu bildirdilər, amma xəbərdarlıq etdilər ki, “ağır zəhərlənmənin uzunmüddətli fəsadlarına yalnız sonradan qiymət vermək olar”.

Navalnı ailəsi ilə bir neçə ay Almaniyada qaldı. O, hərəkət funksiyalarını bərpa etmək üşün mütəmadi fizioterapiyaya gedirdi.

“Bellingcat”, “Der Spiegel” və CNN-in 2020-ci ilin dekabrında açıqladıqları birgə araşdırmaya görə, Sibir səfəri zamanı Navalnını Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları izləyib. Siyasətçi özü isə həmin adamlardan biri, FSB-nin Kriminalistika institutundan hərbi kimyaçı Konstantin Kudryavtsev ilə telefon danışığını paylaşdı. Navalnı ona Rusiya Təhlükəsizlik şurası katibi köməkçisinin adı ilə zəng etmişdi. Danışıq zamanı Kudryavtsev müxalifətçinin xüsusi xidmət agentləri tərəfindən zəhərləndiyini faktiki təsdiqləyir. Onu özü isə, öz etirafına görə, Navalnının alt paltarından zəhərləyici maddənin izlərini təmizləyib.

Rusiya hakimiyyəti isə hadisəyə aidiyyatını inkar etməkdə davam edirdi. Vladimir Putin FSB-nin “berlinli pasiyent”i (Navalnını adı ilə yox, məhz belə adlandırdı) zəhərləməsi haqda araşdırmaları şərh edərkən bunu “Amerika xüsusi xidmətlərinin materiallarının leqallaşdırılması” adlandırdı. Əlavə də etdi ki, ABŞ dəstəyi üzündən onu xüsusi xidmətlər izləyir: “Amma bu, heç də o demək deyil ki, onu zəhərləmək lazımdır. Kimə lazımdır o? Lazım olsaydı, işi sona çatdırardılar”.

2021-ci ilin yanvarında Navalnı Rusiyaya qayıdacağını açıqladı: “Artıq bir neçə aydır etdiyim təmrinləri bu gün də edərkən anladım ki, demək olar, tam sağlamışam. Qalan şeyləri evdə sağaldaram. Bunu anlayanda hansı reyslər olduğuna baxmağa başladım”.

O, yanvarın 17-də Moskvada yerə endi. Bu, azadlıqda son günü idi: onu hava limanında dərhal saxladılar.

Həbsdə tibbi yardım olmadığına görə aclıq edirdi

Moskvaya qayıdan kimi Navalnını həbs düşərgəsinə göndərdilər – əvvəlcə “İv Roşe” işi üzrə şərti cəzanı dəyişdirdilər, daha sonra isə digər cinayət işləri əsasında müddətlər əlavə etdilər.

Siyasətçi həbsdə sağlamlığı ilə bağlı müxtəlif problemlər yaşayırdı. 2021-ci ilin yazında Vladimir vilayətindəki İK-2-yə (2 saylı İslah koloniyası) yenicə düşən Navalnıya normal yatmaq imkanı verilmirdi. Onu “qaçışa meylli” hesab etmişdilər və profilaktik qeydiyyata salmışdılar. Buna görə də düşərgənin əməkdaşı gecə hər saat onun üzünə işıq salır və dustağın yerində olması barədə ucadan hesabat verirdi.

Siyasətçi düşərgəni məhkəməyə vermişdi: “Mən qeydiyyatdan çıxarılmaq və normal yatmaq istəyirəm”.

2021-ci il martın sonlarında Aleksey yanına həkim buraxılmadığı üçün aclıq elan etdi. O, belindəki kəskin ağrılardan və ayağının keyləşməsindən şikayət edirdi. Amma vəkilin sözlərinə görə, tibbi hissədə siyasətçiyə iki ibuprofen həbi verilmişdi.

Navalnı bir neçə həftə aclıq etdi, vəziyyəti pisləşdi. Həkimlər onun ölə biləcəyini deyirdilər. Apreldə Navalnıya dəstək mitinqləri keçirildi, 30-dan çox həkim isə tibbi yardım göstərilməsini tələb edən açıq məktubu imzaladılar. Bundan sonra Navalnının yanına həkim buraxıldı.

Son illər cərimə təcridxanasından, demək olar, çıxmırdı

Navalnının mətbuat katibi Kira Yarmış fevralın 14-də, müxalifətçinin ölümündən iki gün əvvəl xatırladırdı ki, onu 27 dəfə cərimə təcridxanasına salıblar. Həbsi müddətində ümumən 308 gün CT-da keçirib.

Navalnını xırda qəbahətlərə görə CT-yə göndərirdilər: nəzarətçi ilə salamlaşmayıb, gödəkçəsinin yaxası açıq olub, icazəsiz vaxtda yuyunub, hasarı yumaqdan imtina edib, AİHM hökmünü sitat gətirib.

CT təkadamlıq kameradan ibarətdir, buraya şəxsi əşyalarını götürə və dükandan yeyəcək sifariş edə bilməsən. Aleksey CT-də xəstə vaxtı da olub: hərarətlə, titrətmə ilə, öskürəkli. CT-də gündüz uzanmaq olmaz, çarpayı divara qatlanır.

2023-cü ilin iyununa kimi BBC-nin Rusiya xidməti Navalnı və vəkillərinin Vladimirdə olduğu iki düşərgəyə qarşı ən azı 70 məhkəmə iddiasını sayıb. Məhkəmələr bu iddialardan heç birini təmin etməyib.

Navalnının hökmləri və düşərgələri

2013-cü il, israfçılıq haqda “Kirovles” işi üzrə 5 il şərti;

2014-cü il, fırıldaqçılıq haqda “İv Roşe” işi üzrə daha 3,5 il şərti, amma Almaniyadan qayıdan kimi şərti cəzanı real cəza ilə əvəzlədilər ki, sınaq müddətində qeydiyyatdan keçməyib və Navalnı Vladimir vilayətindəki İK-2-yə göndərildi;

2022-ci il, İkinci dünya müharibəsi veteranına böhtan atdığı üçün 850 min rubl cərimə;

İyul 2022-ci il, Vladimir vilayətindəki İK-6-ya köçürülür;

2023-cü il, ianələrin xərclənməsi və hakimi təhqir işi üzrə cəzanı ciddi rejimli düşərgədə çəkilməklə 9 il;

2023-cü il, ekstremist cəmiyyət yaratmağa görə cəzanı xüsusi rejimdə çəkilməklə 19 il;

2023-cü ilin dekabrında Yamaldakı İK-3-ə köçürülür.

2023-cü ilin yanvarında Navalnı CT-da ciddi xəstələndi. Onun yüksək hərarəti, titrəməsi və öskürəyi vardı. Dərman ötürmək istəyən vəkilinə icazə verilmədi. Xəstəxanaya da yerləşdirilmədi. O zaman Rusiya həkimləri Putinə açıq məktub yazaraq, dustaq müxalifətçi üzərində qeyri-insani rəftara son qoymağı tələb etdilər.

Yamaldakı yeni düşərgədə onu dörd dəfə CT-na göndərdilər. İki dəfə “özünü doğru təqdim etmədiyinə görə”. Silahdaşları deyir ki, İK əməkdaşlarının fikrincə, Navalnı “tərbiyə işinə reaksiya vermir, lazımi nəticələr çıxarmır”.

“Universal izahat”

Federal Cəzaların İcrası Xidməti (FSİN) Navalnının ölümünü fevralın 16-da gündüz xəbər verdi. “A. A. Navalnı gəzintidən sonra özünü pis hiss edib və dərhal huşunu itirib”, – idarədə bildiriblər.

FSİN-də əmin edirlər ki, düşərgənin həkimləri Navalnının yanına təcili gəliblər, eləcə də təcili yardım briqadası çağırıblar. “Həkimlər reanimasiya tədbirləri görüblər. Bu, yarım saatdan çox davam edib. Amma pasiyent vəfat edib”, – “İnterfaks”a yerli xəstəxanada belə deyiblər.

Təbliğatçı RT-nin mənbəsi Navalnıda guya trombun qopduğunu iddia edir. Kremldə isə belə informasiyaya malik olmadıqlarını deyirlər.

SOTAvision nəşri Navalnının bir gün əvvəl Vladimir vilayətindəki Kovrov məhkəməsi ilə əlaqəyə çıxan zaman çəkilən videosunu yayıb. Orada Navalnı sağlam görünür.

RT-nin qopmuş tromb haqqında versiyasına tibbi və hüquq-müdafiə cameəsində heç də hamı inanmadı. Keçmiş FSİN əməkdaşı, indi İctimai Nəzarət Komissiyasının üzvü Anna Karetnikova deyir ki, tromb – məhbusların ölümü zamanı həbsxana həkimlərinin istifadə etdikləri “universal izahat”dır.

Onun sözlərinə görə, “ağciyər arteriyasının trombemboliyası”nı sübut etmək çətindir, buna görə də ondan istifadə edirlər, çünki “kimdir araşdıran?”.

“Burada şərh edəcək heç nə yoxdur. Tromb təcili yardım işçilərinin standart diaqnozudur. Belə diaqnozu yarılmadan sonra da qoymaq çətindir. Əslində isə nə baş verib, bilinmir. İstənilən şeyi yazmaq olar”, – İsraildən anestezioloq Mixail Fremderman BBC-yə deyib.

2020-ci il zəhərlənməsindən sonra Navalnını müalicə edən həkim-reanimatoloq Aleksandr Polupan da tromb versiyasına şübhə ilə yanaşır. O, belə diaqnozun yalnız yarılmadan sonra qoyula biləcəyini deyir.

Jurnalist Dmitri Muratov bildirir ki, müxalifəçinin ölümü “CT-da sayca 27-ci müddətin nəticəsidir”. “Aleksey Navalnını üç il işgəncəyə və iztirablara məruz qoydular. Navalnının həkimi bədənin buna dözə bilməyəcəyini mənə demişdi”, – Muratov deyib.

Hüquq müdafiəçisi Yeva Merkaçova da Msk1-ə müsahibəsində Navalnının ölümünü CT-da olması ilə əlaqələndirib.

“CT-da çox ağır şərtlər mövcuddur… İnsan orada daha çox üşüyür, daha çox acır. Məhz buna görə qaydalar var ki, müəyyən sutkalardan çox adamı orada saxlamaq olmaz. Amma CT-na göndərməyin özünün məhdudiyyəti yoxdur. Yəni bir cəza müddəti bitir, adamı dəstəyə buraxırlar, dərhal da çağırıb deyirlər ki, yeni pozuntusu var və elə həmin gün də yenidən CT-na göndərirlər. Bu dəhşətdir, anlayırsınızmı?”, – Merkaçova deyib. Msk1 onun sözlərini az sonra silib.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Bu gün, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Bu gün, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Bu gün, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Bu gün, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru