5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                 

“Ukrayna məğlub olarsa, Avropa ölkələri Putin Rusiyası ilə üz-üzə qalacaq” – MAKSİM YALİ
Tarix: 15-02-2024, 08:39 | Çap et
“Ukrayna məğlub olarsa, Avropa ölkələri Putin Rusiyası ilə üz-üzə qalacaq”
ABŞ-ın sabiq Prezidenti, Respublikaçılar Partiyasının bu il keçiriləcək prezident seçkilərində ən real namizədi sayılan Donald Tramp ABŞ-ın Avropa ölkələri ilə bağlı apardığı siyasətin doğru olmadığını iddia edib. Tramp bildirib ki, ABŞ NATO üzvləri müdafiə xərcləri ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirməsələr, onları müdafiə etməyəcək. Üstəlik, hətta rusları istədiklərini etməyə təşviq edəcəyinə eyham vurub.

Ukrayna Milli Aviasiya Universitetinin professoru, politoloq Maksim Yali UNIAN-a müsahibəsində Trampın son bəyanatları ilə bağlı fikirlərini açıqlayıb. AYNA müsahibəni istinadla təqdime dir:

- Cənab Maksim, Trampın son bəyanatlarına münasibətiniz necədir?

- Əvvəla, bunlar Trampın nə edəcəyi ilə bağlı bəyanatlar deyil. Bu, onun avropalı tərəfdaşlarla necə ünsiyyət qurduğuna dair istinadlarıdır və bunu NATO büdcəsinə daha çox ödəməyə başlamaq üçün səbəb kimi təqdim edir. Ona görə də, prinsipcə, heç də təəccüblənmirəm. Hətta onun Prezident olduğu dövrdə də bu barədə yazırdılar. Sadəcə Tramp indi bunu öz dili ilə səsləndirir.

Onun məqsədi bəllidir: qorxutmaq. Bu, prinsipcə, az nəticə verdi. Avropa ölkələrinin hökumətləri daha çox maliyyə ödəməyə başladılar. Ona görə də mən bunu məhz seçkiqabağı təşviqatın tərkibi hesab edirəm və inanmıram ki, Tramp Prezident olarsa, məhz belə davranacaq. Əlbəttə, müəyyən risklər var.

- Bu risklər nədən ibarətdir?

- Avropalılar anlamağa başlayıblar ki, ola bilsin ki, ABŞ-dan heç bir təhlükəsizlik zəmanəti ala bilməzlər və o zaman Ukrayna məğlub olarsa, avropalılar Putin Rusiyası ilə üz-üzə qalacaqlar. Onlar artıq Polşanın, Baltikyanı ölkələrin liderlərinin, NATO baş katibi Yens Stoltenberqin bəyanatlarından başa düşürlər ki, Rusiyanın NATO ilə münaqişəsi mümkündür. Yəni ki, Avropa ölkələrindən birinə hücum mümkündür. Bu mənada Ukraynaya indi maddi və silahla dəstək vermək sonradan Rusiya ilə döyüşməkdən qat-qat ucuz başa gəlir. Xüsusilə, nəzərə alsaq ki, müxtəlif sosioloji sorğulara görə, Avropa ölkələrinin əhalisi heç müharibəyə hazır da deyillər. Almanları demirəm, hətta Polşa vətəndaşları da müharibəyə hazır deyillər. Bu ölkələrdə ictimai rəy sorğuları keçirilib və nəticə mən dediyim kimidir.

İndi biz Almaniya kansleri Olaf Şolsun mövqeyinin necə dəyişdiyini görə bilirik. Ukraynaya qarşı tam miqyaslı işğal ərəfəsində, müharibənin baş verəcəyini anlayanda Almaniya Ukraynaya cəmi beş min dəbilqə göndərdi. Amma indi Almaniya malların sayına, maliyyə vəsaitlərinin miqdarına, hərbi yardımın miqdarına görə artıq ABŞ-dan sonra ikinci yerdədir. Bundan əlavə, Almaniya bu yardımın hələ də bloklandığı həmin ABŞ-dan fərqli olaraq, bu il üçün ən azı iki dəfə çox vəsait ayırmağa söz verib.

Ona görə də, belə demək mümkünsə, qısamüddətli perspektivdə bu bəyanatların müəyyən müsbət tərəfi var. Ən azı, avropalı tərəfdaşlarımızdan hərbi yardımı artırmaq nöqteyi-nəzərindən - ümumilikdə hərbi sənayenin inkişafı üçün maliyyənin artırılması və onların milli təhlükəsizliyinə Rusiyadan gələn real təhdidlərin başa düşülməsi baxımından.

- Hazırda müxtəlif ekspertlərdən Trampın yenidən seçiləcəyi təqdirdə Ağ Evdəki yeni administrasiyanın daha təcridçi olacağına dair siqnallar gəlir. Yəni xarici məsələlərlə daha az məşğul olacaq, buna uyğun olaraq, avropalıların öz problemlərini özləri həll etməli olduqları iddia ediləcək. Bu cür perspektivlərə münasibətiniz necədir?

- Xarici siyasətdə təcridçiliklə bağlı dəyişikliklər hələ 2009-cu ildə, ABŞ Prezidenti Barak Obama vəzifəyə gələndə başlayıb. Obama 2008-ci ildə belə bir gündəmlə ABŞ Prezidenti seçilib. “Qlobal polis” statusunun rədd edilməsi qoşunların İraq və Əfqanıstandan çıxarılması ilə başladı. Obama seçkiyə məhz bununla getdi. Sadəcə olaraq, Rusiya o zaman ABŞ-ın qlobal rəhbərliyinə və dünya nizamına meydan oxumadı.

Yeri gəlmişkən, Barak Obama hesab edirdi ki, hadisələrin gedişindən və 2014-cü ildə başlayan Rusiya-Ukrayna müharibəsindən - Krımın qanunsuz işğalından və Rusiyanın Donbasa hərbi təcavüzünə başlayandan sonra daha çox narahat olan Avropadır. Və bizə silah vermək və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq etmək əvəzinə, Ukraynaya öldürücü silahların verilməsinə veto qoydu. Bunun əvəzinə, bizə ilk öldürücü silahımızı, onsuz da tam miqyaslı işğalın ilk həftələrində çox faydalı olan “Javelin”ləri verən Tramp oldu. Ona görə də bu kurs uzun müddətdir ki, davam edir. Tramp sadəcə olaraq bunu davam etdirir. Və Amerikanın daha çox təcrid olunacağı həqiqətdir.

- Siz qeyd etdiniz ki, Trampın açıqlamalarından sonra Ukraynaya, o cümlədən Almaniyadan yardımlar artır. Bəs ABŞ NATO-nun yaradılması haqqında Vaşinqton Müqaviləsinin 5-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, Aİ müxtəlif silahlı qüvvələrini tez bir zamanda öz müdafiəsi üçün bir növ vahid orduda birləşdirə biləcəkmi?

- Əslində Avropanın vahid ordu yaratmaq cəhdi yeni deyil, əvvəl də var idi. Xüsusilə belə təşəbbüslər Fransa Prezidenti Emmanuel Makron tərəfindən səsləndirilib. Amma Avropa bürokratiyası bu addımları ləngidir. Təbii ki, Tramp Prezident olarsa, bu, prosesi sürətləndirəcək. Və artıq Avropa siyasətçilərinin belə ssenariləri hesablamağa başladığını görürük. Əminəm ki, Rusiyanın Avropa ölkələrindən birinə qarşı mümkün hərbi təcavüzünün qarşısını almaq üçün vahid ordunun yaradılması istiqamətində addımlar atılacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru