Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                 

Ərdoğan və Fidandan yeni plan: Putin Türkiyəyə gəlir – Bir mesaj da İrana verildi
Tarix: 3-02-2024, 09:34 | Çap et
Ərdoğan və Fidandan yeni plan: Putin Türkiyəyə gəlir
Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-Türkiyə münasibətlərində istiləşmə baş verir. Artıq Vaşinqton F-16 qırıcılarının Ankaraya satışına icazə verib, ABŞ-dən gələn son mesajlar da pozitivdir, Amerika mediası da Türkiyədən müsbət şeyler yazır. ABŞ-ni yeniden Türkiyəyə yaxınlaşdıran hansı amillərdir?

- İkitərəfli əlaqələr uzun müddətdir soyuq idi, əslində yenə də münasibətlərin rəvan getdiyini düşünmürəm. Əsas məsələlər üzrə fikir ayrılıqları hələ də qalır. ABŞ uzun müddət təkidlə Türkiyədən İsveçin NATO-ya üzvlüyünə razılıq verməsini istəyirdi və bunu problemə çevirmişdi. Nəticədə F-16-ların satışını bunun üçün şərt kimi irəli sürdülər. Ankara da bu dönəmdə Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsini gündəmə gətirdi, amma nə Vaşinqton bunda həvəsli oldu, nə də Brüssel razılıq verdi. Beləliklə, məsələ yenə gündəmdən çıxdı. Ankaranın başqa bir şərti F-35 proqramına qayıtması ilə bağlıydı, amma Vaşinqton bunun da üstündən sükutla keçdi. Türkiyə F-35-lər üçün pulu ödəyib, söhbət 1.7 milyard dollardan gedir. İndiyədək nə bu pul geri ödənilib, nə də F-35-lər Türkiyəyə təhvil verilib.

F-16-lara gəlincə, düzdür, ABŞ-dən bu satışa icazə verildiyi bildirilib, amma hələ təsdiqlənməyib. Məncə, Vaşinqton prosesi bir müddət də uzadacaq. Qənaətimə görə, bundan əvvəl İsveçdən bəhanə kimi istifadə edən ABŞ prosesi yubatmaq üçün yeni bəhanə uyduracaq. ABŞ Türkiyə hərbi aviasiyasının güclənməsini istəməzdi. Hesab edirəm ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə razılıq verməməli idi. Çünki İsveç ABŞ-nin təzyiqi ilə Türkiyə qarşısında götürdüyü öhdəliklərdən yayınacaq.

ABŞ indiyədək İsveçə görə F-16-ları satmaqdan imtina etmirdi, bu məsələ İsveçdən əvvəl vardı. Vaşinqton yenə də bəzi şərtlərini Ankaraya qəbul etdirmək üçün bunu uzunmüddətli prosesə çevirəcək. Bu şərtlərdən biri də Türkiyənin Rusiya ilə arasına məsafə qoyması ilə bağlıdır. Ankara buna getməyəcək. Üstəgəl, Türkiyənin alternativləri də var, söhbət Britaniyadan “Eurofighter” qırıcılarının alınmasından gedir. Artıq London buna razılıq verdiyini açıqlayıb. Bəzi türkiyəli ekspertlərin fikrincə, silah üçün Vaşinqtonun qapısını döyməyə ehtiyac yoxdur.

- ABŞ Dövlət Departamenti və Pentaqon Türkiyənin F-35 proqramına qaytarılacağını istisna etmir. Vaşinqtonun şərtinə görə, bunun üçün S-400 məsələsi həllini tapmalıdır. Bu məsələ necə həll ola bilər, yəni Ankaranın həmin proqrama qayıtması ehtimalı nə qədərdir?

- Türkiyə bu proqrama qaytarılmayacaq, bu birmənalıdır. ABŞ heç F-16 vermək istəmir, bu durumda F-35-dən söhbət gedə bilməz. Çünki ABŞ-nin bunun üçün irəli sürdüyü şərtlər Türkiyə üçün qəbuledilməzdir. Üstəgəl, Türkiyənin özünün beşinci nəsil təyyarə proqramı var, söhbət KAAN təyyarələrinin istehsalından gedir. Ankara 2028-ci ilədək bu projeni tam reallaşdırmaq istəyir.

ABŞ-nin münasibətinə də baxmaq lazımdır. Amerika Türkiyə ilə rəqabətdə olan Yunanıstana istədiyi hər silahı verir, bura F-35-lər də daxildir. Türkiyə istəyəndə isə qarşısına şərtlərlə çıxır. Bu, Amerikanın siyasəti yox, Türkiyəyə münasibətidir və bu münasibət heç də yaxşı deyil. Dediyim kimi, Amerika indiyədək pulu ödənilmiş F-15-ləri Türkiyəyə təhvil verməliydi, amma vermir, verməyəcək.

F-35 bahalı layihədir, xərcləri çoxdur, üstəgəl, bu qırıcılarda texniki qüsurlar aşkarlanıb. Britaniya və Yaponiyanın arsenalına daxil edilən F-35-lər bu səbəbdən artıq baxış üçün xidmətdən çıxarılıb. Bütün bunları nəzərə alan ABŞ projeni dayandırmaq və alternativ layihə üzərində düşünməyə başlayıb. Yaxın Şərq və Ukraynada davam edən müharibələr, eləcə də Asiya-Sakit okean bölgəsindəki münaqişə gərginliyi ABŞ-nin xərclərini artırır. Bu fonda F-35 proqramı əlavə maliyyə itkisi deməkdir.

Həmçinin F-35-lərin bütün sistemi Amerikaya bağlıdır, yəni Vaşinqtonda istənilən an buna müdaxilə edə bilərlər. Bu isə Türkiyənin marağında deyil. Türkiyə F-35-lərin əvəzinə digər ölkələrdən daha uzuz və effektli təyyarələr ala bilər. Artıq Ankara axtarışlara başlayıb, müəyyən anlaşmaların olacağı istisna deyil.

Hər şey münasibətin dəyişməsindən asılıdır. Amerikanın Türkiyəyə yanaşması o zaman dəyişəcək ki, Ankaranın Suriya və İraqda apardığı antiterror əməliyyatlarına dəstək verəcək. ABŞ isə bunun əvəzinə Türkiyənin mübarizə apardığı terror təşkilatlarını silahlandırır, onlara təlim keçir. Bu olmadıqca, ABŞ və Türkiyə arasındakı fikir ayrılıqları qalacaq. Türkiyə Amerikanın oyunlarına getməyəcək. Vaşinqtonun Yaxın Şərqdə nüfuzunun yerlə bir olduğu dönəmdə Türkiyəni özündən narazı salmaq və uzaqlaşdırmaq onun marağında olmamalıdır. İndi ABŞ-nin Türkiyəyə həmişəkindən çox ehtiyacı var.

- Türkiyə Yaxın Şərqdə gərginliyin azaldılmasında hansı rolu oynaya bilər? Xarici işlər naziri Hakan Fidan aktiv şəkildə Yaxın Şərq ölkələrinə səfər edir, Prezident Rəcəb Tayyib Ərdoğan da yaxınlarda Misirə gedəcək. Bu yöndə hansı gəlişmə, Ərdoğan və Fidanın nə kimi planı ola bilər?

- Türkiyə istisna olmaqla, bölgənin ərəb dövlətləri arasında heç vaxt birlik olmayıb, əksinə zaman-zaman gərginliyin olduğunu görmüşük. Bu da illərdir böhran içində olan Yaxın Şərqin vəziyyətini daha da ağırlaşdırır. Daha dəqiq desək, bölgədəki qarışıqlığın səbəbi ərəblər arasında birliyin olmamasıdır. Yəni Yaxın Şərqdəki gərginliyin səbəbi İsrail-Fələstin münaqişəsinə bağlı deyil. Qərb də bu birliyin olmamasından yararlanır. Bu xaosun başında ABŞ durur. Yaxın Şərqi hədəfə gətirən onun təbii sərvətlərlə zəngin olması və beynəlxalq nəqliyyat dəhlizi kimi önəmidir.

ABŞ Türkiyəni də bu xoasun içinə çəkməyə çalışsa da, bu planı alınmır. İrana yönəlik də belə cəhdlər var. İran bölgədə müharibəyə girsə, bunun bədəli onun üçün ağır olacaq. Bu durumda İran ərazilərinin bombardman edilməsi istisna deyil. Artıq İordaniyadakı bazasına hücumda İranı ittiham edən ABŞ Tehrana sərt cavabın veriləcəyini bəyan edib.

Yaxın Şərqin digər ölkələrindən, eləcə də İrandan fərqli olaraq, Türkiyə bölgədə sabitliyin yaradılmasına çalışır. Çünki baş verənlərin ona da toxuna biləcəyini görür, İran isə görmür. Türkiyədən İrana yönəlik dolayısı ittihamlar oldu ki, Tehran proksi qüvvələri vasitəsilə bölgəni qarışdırır. Təsadüfi deyil ki, Prezident Ərdoğan iranlı həmkarı Rəisi ilə Ankaradakı görüşündə bölgə dövlətlərini barışdıcı mövqedən çıxış etməyə çağırdı. İran qızışdırıcı mövqeyindən çəkilməsə, müharibə sabah onun da qapısını döyəcək. Ərdoğan da, Fidan da çalışır ki, bölgə ölkələri təhlükəli planlarda alət olmasınlar. Amma yenə də regional dövlətlər öz bildiklərini edirlər, bu isə onlara da təhlükə yaradır. Bəzi ölkələr Qərb və ya ABŞ-nin əlində asanlıqla alətə çevrilirlər.

Hesab edirəm ki, HƏMAS-İsrail savaşı dayandırılsa, Yaxın Şərqdə ara bir qədər sakitləşəcək, Türkiyənin də bunun üçün çalışır. Müharibə uzandıqca, bunun regional savaşa çevrilmək ehtimalı da artır. Türkiyə bunu istəmir, çünki bölgədə xaotik vəziyyət dərinləşdikcə, Türkiyəyə qarşı olan planlar yenidən gündəmə gətirilir. Söhbət “kürd dövləti”nin yaradılmasından gedir. Əlbəttə, Türkiyə buna imkan verməyəcək, amma məsələnin ora qədər uzanmasını da istəmir. Fidanın İsrail-Fələstin münaqişəsinə dair çoxtərəfli qarant planı da bununla əlaqəlidir: konflikti tez bir zamanda bitirmək.

- Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək. Bu səfərdən gözləntiniz nədir, hansı mövzularda anlaşmalar ola bilər?

- Putin və Ərdoğan bir-birini çox gözəl başa düşür. Bu yaxın əlaqə Türkiyə və Rusiyanın yaxın tərəfdaşa çevirib. Biz bunu İkinci Qarabağ Müharibəsi zamanı da görmüşük. Fikir ayrılıqları olsa da, Rusiya və Türkiyə arasında ən həssas məqamda masa arxasında oturub anlaşmaq ənənəsi də var.

Putinin səfərinə gəlincə, bu çərçivədə Yaxın Şərq, Ukrayna, S-400, Türkiyədə AES-lərin inşası, eləcə də Cənubi Qafqazın müzakirə ediləcəyini düşünürəm. Ərdoğan və Putin bu görüşdən sonra da bəzi məsələlərlə bağlı koordinasiyanı davam etdirəcəklər, xüsusən də Qərbə münasibətdə. Bu, ən çox da Rusiyaya lazımdır. Çünki Rusiya indi elə bir vəziyyətdədir ki, Türkiyə ilə əlaqələrin soyuması ona heç lazım deyil, buna görə də onunla münasibətlərini ən üst səviyyədə saxlamağa çalışır.

Türkiyə həm də Rusiya üçün NATO ilə əlaqələrinin qopmaması deməkdir. Hələlik Türkiyə bu bağ rolunu oynaya bilir. Bu bağ qopsa, həm Rusiya, həm də NATO üçün yaxşı olmayacaq. Türkiyə bu təhlükənin qarşısını alan əsas gücdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru