9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                 

İrana dörd istiqamətdə həmlə: İllərdir "yatan təhlükə"ni oyatdılar - İNCƏLƏMƏ
Tarix: 16-01-2024, 09:36 | Çap et
İrana dörd istiqamətdə həmlə: İllərdir "yatan təhlükə"ni oyatdılar
Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Britaniya və ABŞ-nin Yaxın Şərqdəki qüvvələri “Ənsarallah” qruplaşması, yaxud husilərə qarşı əməliyyata başlayıb. Artıq husilərin Yəməndəki mövqelərinə hava zərbələri endirilib. Sizcə, bu addımın arxasında hansı məqamlar var, proses davamlı olacaqmı?

- Ümumiyyətlə, son həftələrdə Qırmızı dənizdə aktivlik artıb. Buna ilkin səbəb kimi hazırda Qəzzada davam edən İsrail-HƏMAS savaşını göstərə biləriksə, ikinci səbəb husilərin Qırmızı dənizdə ciddi təsir imkanlarına malik olmasıdır. Bu da son 15-20 gündə dənizdə toqquşmalarla müşayiət olunan aktivliyə gətirib çıxardı.

Hələ 2000-ci illərin əvvəllərində husilər fəallaşanda bəzi ərəb dövlətləri problemlərin olacağı mesajını vermişdilər. Artıq “Ənsarallah” 2014-cü ildə paytaxt Sənanı ələ keçirdikdən, Yəmənin cənubu ilə kifayətlənməyib şimalda bəzi əraziləri nəzarətə götürdükdən və özünü “legitim hökumət” elan etdikdən sonra proseslər kəskin məcraya yönəldi.

Ərəb dövlətləri həmin dövrdə problemin köklü şəkildə həlli məsələsini qaldırdılar, hətta bununla bağlı Qərblə dialoqa getdilər. Amma Qərb seyirçi mövqedə durmaqla yanaşı, nəticəsi və perspektivi bəlli olmayan bir “Ərəb NATO-su” ideyasını ortaya atdı.

Gözlənildiyi kimi, bu layihə özünü doğrultmadı, ərəb ölkələri buna qoşulmadılar. Yaxın Şərqə ciddi təsirləri olan, ümumilikdə İslam sivilizasiyasının iki önəmli ölkəsi Türkiyə və Pakistan bu prosesdən kənarda qaldı. Belə olan halda “Ərəb NATO-su” ideyasının perspektivli olacağını düşünmək sadəlövhlük olardı. Beləliklə, müəllifi Qərb olan ərəb koalisiyası 2016-18-ci illərdə husilərə qarşı əməliyyatlar aparsalar da, bu da nəticəsiz qaldı.

Artıq 2022-ci ildən husilərə qarşı barışmaz mövqedə dayanan ərəb dövlətlərinin belə onlarla dialoqa getmək üçün addımlar atdığını görməyə başladıq. Bir sözlə, problemin kökü bu günə aid deyil.

ABŞ dövlət katibi Blinken bir neçə gün əvvəl bildirdi ki, bu əməliyyatlara problemin kökünün daha da dərinləşməməsi üçün başlayırlar. Blinken unudur ki, problem artıq böyüyüb, daha da böyüməməsi məsələsi var. İndi başqa bir maraqlı məqam ortaya çıxır: Qərb əməliyyatlara başlayan vaxt ərəb ölkələri passiv dayanır. Həm də haqlı olaraq passivlik nümayiş etdirirlər. Bunun sətiraltı mesajı odur ki, niyə zamanında bizə dəstək olmadınız, problem də bu qədər şişdi?! Qırmızı dəniz və husi probleminin gündəmə gəlməsi üçün HƏMAS-İsrail müharibəsi başlamalı idimi?

İranın 2013-14-cü illərdən sonra ətrafında “şiə hilal”ı formalaşdırması və Yəmənin – “Ənsarullah”ın bunun önəmli halqalarından birinə çevrilməsi görünən problem idi. Bu problem zamanında həll edilmədi. İndi Bəhreyndən başqa heç bir ərəb ölkəsi bu prosesdə aktiv deyil.

İndiki məqamda Qərb dövlətlərinin Qırmızı dənizdə fəallıqlarını artırmaları zəruridir, əlbəttə, özləri üçün. Çünki İran Yəmən vasitəsilə Qırmızı dəniz və boğazlarda təsir və təzyiq imkanlarını ciddi şəkildə artırır. Bu amillər təkcə İsrail-HƏMAS müharibəsinin yox, ümumilikdə bütün Yaxın Şərqdə gedən proseslərə təsir edə bilər. Buna görə də, Qərb ərəb dövlətləri ilə dialoqu bərpa etməlidir ki, birlikdə hansı addımlar atıla bilər. Öz məqsədlərinə nə qədər nail olacaqları başqa mövzudur.

- Husilərlə bağlı bir diqqətçəkən məqam da onların İran tərəfindən dəstəklənməsidir. Son gəlişmə o iddianı da gündəmə gətirib ki, Tehranın bölgədəki digər terrorçu qruplaşmalarına qarşı da əməliyyatlar aparılacaq. Belə bir gəlişmə mümkündürmü?

- ABŞ Tramp administrasiyası dönəmində Vyana müqaviləsindən çıxdıqdan sonra Qərb İrana qarşı dörd istiqamətdə həmləyə başladı. Birinci istiqamət, İran daxilində sosial-iqtisadi-siyasi zəmində problemlərin qabardılması, bunun ətrafında kütləvi etirazların körüklənməsi və ona dolayısı dəstək idi. Bu istiqamətdə addımlar atıldı, son bir-iki ildə İran daxilində gedən etirazlar buna sübutdur.

İkinci istiqamət, İrana qarşı sanksiyaların gücləndirilməsi idi. Bunda məqsəd İranı iqtisadi cəhətdən basqı altında saxlamaqdır. Nəticədə bu gün İran iqtisadiyyatı həddindən artıq zəifdir – infilyasiya yüksək, əhalinin sosial durumu çox aşağıdır.

Üçüncü istiqamət, İranı dünyada siyasi cəhətdən təcrid etmək idi ki, bunun da nəticələri bəllidir.

Nəhayət, dördüncü həmlə, İranın öz ətrafında yaratdığı halqanı zəiflətmək və onun Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə müəyyən prosesə başlamaq idi.

2022-ci ilin yayında İraqda Müqtəda əs-Sədr ətrafında, Suriyada və “Hizbullah”la (Livan) bağlı, eləcə də Yəməndə gedən proseslər İranın dəstəklədiyi qüvvələrə qarşı müəyyən addımların atıldığını göstərir. Əlbəttə, proses gedir, amma nəticələrinin necə olacağını demək çətindir, bütün hallarda isə ciddi oyunların şahidi oluruq. Düşünürəm ki, yaxın zamanlarda aydınlaşdırıcı prosesləri görə biləcəyik.

- İranın baş verənlərə münasibəti kifayət qədər yumşaqdır. Bura husilərlə yanaşı, Kirmandakı partlayış və Suriyada yüksək vəzifəli SEPAH generalının öldürülməsinə təpkisi də daxildir. Tehranın “sərt ritorika”sına nə oldu, çəkinirmi?

- İran Yaxın Şərqdə maraqlı bir proses qurub və bunun idarə edilməsi məsələsi ilə məşğuldur. İndiki məqamda söhbət husilər vasitəsilə həmlələrin edilməsindən gedir. Yəni assimmetrik savaşdan... İran bölgədəki məzhəb ayrı-seçkiliyindən istifadə edərək, öz proksi qüvvələri vasitəsilə həmlələrini edir. Bu məqamda da, qarşı tərəflərin də buna öz proksi qüvvələri vasitəsilə cavab verməyə hazırlaşdığını görürük.

İranın Kirman şəhərində baş verən son olayı xatırlatmaq istəyirəm: İŞİD-in indiki məqamda birdən-birə xortlaması adi məqam hesab edilə bilməz.

- İŞİD-in oyanışı kimlərin marağında ola bilər?

- İŞİD-in hadisələrin gedişində böyük, səs-küylü terror aktında imza atması təsadüfi deyil. Kirmandakı olaylardan iki sonra İŞİD-in Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktının məsuliyyətini öz üzərinə götürməsi də onu deməyə əsas verir ki, ciddi fəallaşma var və ciddi proseslər gedir. Bunlar proseslərin daha da böyüməsinə və daha qanlı məcrlara yönəlməsinə səbəb ola biləcək məqamlardır. Proses təkcə İsrail-HƏMAS qarşıdurması ilə məhdudlaşmır, daha da genişlənir.

Başqa bir məqam da var. Son günlərdə İraqın şimalında Türkiyəyə qarşı olan separatçı-terrorçu terror təşkilatlarının fəallaşması da sıradan məsələ deyil. Biz İraqla yanaşı, həm də Suriaydan danışırıq. Bütün bu məqamlar onu deməyə əsas verir ki, kifayət qədər ciddi proseslər gedir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru