Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                 

“Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-09-2023, 14:00 | Çap et
“Ukraynanın qələbəsi dünyaya nicat, məğlubiyyəti fəlakət vəd edir”
XXI əsrin üçüncü onilliyi xüsusi özəllikləri ilə yadda qaldı. Bu dövrdən etibarən dünya yeni siyasi-hərbi nizam, iqtisadi düzən axtarışına çıxdı. Daha doğrusu, sözügedən zaman kəsiyində regional qarşıdurmalar yavaş-yavaş lokal müstəvidən çıxaraq geniş məkanlara yayılmağa başladı.

Ötən ilin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi Qərb və anti-Qərb koalisiyası arasında münasibətləri düşmənçilik həddinə çatdırdı. Son illərin ən böyük siyasi-hərbi hadisəsi mübahisəsiz olaraq Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü sayılır. Yüzminlərlə insanın həlak olduğu qanlı döyüşlər davam edir və bu müharibənin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı narahatlıqları var.

Beynəlxalq ictimaiyyəti düşündürən əsas suallar bunlardır: Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? Bu müharibənin qalibi kim olacaq – Rusiya, yoxsa Ukrayna? Postmüharibə dövründə regionda sabitliyi bərqərar etmək mümkün olacaqmı? Daha bir sual isə Rusiyanın və yaxud Ukraynanın qalib gələcəyi təqdirdə, nələrin baş verəcəyi ilə bağlıdır.

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Rusiya müharibənin ilkin dövründə qalib gələ bilərdi: “Keçici olaraq Rusiyanın müəyyən uğurları ola bilər. Misal üçün, hansısa ərazini ələ keçirə və müəyyən üstünlüyü ələ ala bilər. Lakin bu, uzunmüddətli qələbə olmayacaq. İlkin dövrdə Rusiya Ukraynanı məğlub edə bilərdi. Bunun üçün çox qısa zamanı var idi. Yəni, məsələni bir neçə həftə ərzində həll etməli idi. Çünki onda güclüydülər, iddialıydılar, resursları var idi. Ardınca Litva, Latviya, Estoniya, Polşa və digər ölkələr hədəfdə olacaqdı. Buna nail olmadılar. İndi isə Rusiya daha əvvəlki Rusiya deyil. Nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var. Nüvə ritorikası da mənasızdır. Bu, Rusiyanın sonu deməkdir”.

“Hazırda daxildən də Putinə dəstək yoxdur. Ukrayna əhalisi müqavimət ruhuna bürünsə də, ruslar müharibədən yayınmağın yolları barədə düşünürlər. Hesab edirəm ki, bu müharibədə Rusiya məğlub olacaq. Bu baxımdan onlar üçün ən düzgün yol qoşunlarını geri çəkməkdir. Bunu nə qədər tez etsələr, gözlənilən təhlükədən yayına biləcəklər. Proses uzandıqca Rusiya bütün dayaqlarını itirəcək”, - deyə həmsöhbətimiz bildirib.

Cəfərov əmindir ki, Ukrayna bu müharibədə qalib gələcək və bu qələbə dünya nizamını dəyişəcək: “Rusiyanın təzyiqləri olmayacaq. Bu da öz növbəsində regionda separatizm təzahürlərinin aradan qalxması deməkdir. Eyni zamanda, dünyanın siyasi, iqtisadi mənzərəsi dəyişəcək. Hərbi sahədə fərqli situasiyanın şahidi olacağıq. Elə Azərbaycanın özü Qarabağda çox şeyi dəyişəcək”.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli də AYNA-ya şərhində söyləyib ki, sözügedən müharibənin nəticələri böyük dəyişikliklərə yol açacaq: “Ukraynanın qələbəsi bütün postsovet məkanı üçün perspektivlər açacaq. Təkcə keçmiş ittifaq ölkələri yox, bəzi dünya dövlətləri üçün də bu, böyük qələbə deməkdir. Çünki Moskva imperialist siyasət yürüdür və bu dövlətləri öz nəzarətindən kənar təsəvvür etmək istəmir. Kim ki, onun iradəsinə qarşı çıxır, həmin bölgələrdə münaqişə ocaqları yaradırlar”.

“Ukrayna bu müharibədə qalib gələrsə, bu, artıq Rusiyanın qeyd olunan regionlara nəzarəti itirməsi demək olacaq. Bu, dünyada yeni nizam yaradacaq və bundan milyonlar, bəlkə də milyardlarla insan üçün ümid işığı doğacaq”, - deyə analitik vurğulayıb.

Müsahibimiz əmindir ki, əgər müharibə Rusiyanın qələbəsi ilə yekunlaşarsa, region üçün təhlükəli vəziyyət yaranacaq: “Təsəvvür edin ki, bundan sonra MDB məkanı Rusiyanın imperiya siyasətinin tərkib hissəsinə çevrilə bilər. Onsuz da müharibədən qabaq Moskvanın planı da elə bu idi. Rusiya Ukraynada qalib gələrsə, dayanmayacaq. Digər MDB ölkələrini də bu və ya digər şəkildə tam nəzarət altına almaq istəyəcək və mümkündür ki, buna nail olsun. Bunun isə hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək belə, dəhşətlidir”.

“Lakin hesab edirəm ki, bu, artıq mümkün deyil. Çünki Rusiya kifayət qədər zəifləyib. Əvvəlki qüdrəti yoxdur. Ukrayna da güclənib. Qərb dairələri Ukraynaya dəstək nümayiş etdirir. Bu dəstəyi azaldaraq, özlərini yenidən 30-40 il arxaya atmazlar. Bu müharibə uzun çəkə bilər. Yəni, bir neçə aya, yaxud da bir neçə ilə başa çatmaya bilər. Amma bu müharibənin yekunda qalibi Ukrayna olacaq. Əsas məsələ hansı şərtlərlə qalib olmasıdır. Rusiya bu müharibədə tam şəkildə məğlub olsa, bu, regionun qələbəsi olacaq”, - deyə Hüseynli fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Dünən, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Dünən, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Dünən, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Dünən, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Dünən, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Dünən, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Dünən, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Dünən, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Dünən, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Dünən, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Dünən, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Dünən, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Dünən, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Dünən, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Dünən, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
18-07-2025, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
18-07-2025, 23:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru