
“Sumqayıt Aşqarlar” ASC-nin Rəhbərliyi bildirir ki, 29 iyun 2025-ci il tarixində, saat 10:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “Sumqayıt Aşqarlar” ASC-nin inzibati binasında Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə illik hesabat
2. “Sumqayıt Aşqarlar” ASC-nin Nizamnaməsinə əlavə və dəyişiklik edilməsi barədə
3. “Sumqayıt Aşqarlar” ASC-nin Direktorlar Şurasının Sədrinin və üzvlərinin seçilməsi
4. Təftiş komissiyası üzvlərinin seçilməsi
Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır. Yığıncaq saat 10:00-da başlanır. Qeydiyyat üçün pasport və ya şəxsiyyətinizi təsdiq edən digər sənəd təqdim olunmalıdır.