“Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq avqustun 15-nə təyin olunub.
Yığıncağın gündəliyinə ASC-nin ləğv edilməsi, direktorunun vəzifəsindən azad edilməsi, təsviyəçinin təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi məsələləri daxil edilib.
Qeyd edək ki, Sabunçu İstesalat Xidməti Bazası 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 389 302 manatdır. Qanuni təmsilçisi isə Məmmədov Mikayıl Kiçikağa oğludur.