"Sənət adamlarından heç kimlə dostluq etmirəm. Hamı ilə yalnız yoldaşlıq edirəm. Dostum ailəmdir. İllərin sınağından keçən sonra qərara gəldim ki, ailəmdən başqa dostum ola bilməz. Dost elə bir anlamdır ki, qardaş, güvən deməkdir. Bunlar yoxdursa, o dostu mən nə edirəm? Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin. Sabah mən dünənki Nadir olmaya bilərəm, deməli, mənim dostum olmayacaq?". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Elgizlə izlə" verilişində deyib. O, sənətçilərlə yaxın münasibətin sonradan problemlərə səbəb olduğunu bildirib:
"Əməkdar artist Nüşabə Ələsgərli ilə münasibətimiz var. Bir-birimizin lazım olanda yanındayıq. Amma çox yaxın deyilik. Aramızda pərdə var. Çox yaxın olanda da problemlər çıxır. Elə hamı ilə uzaqdan münasibət qurmaq yaxşıdır. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Xatirə İslam, Kərim Abasovla münasibətlərimiz yaxşıdır. Röya Ayxan mənimlə indiyə qədər "siz"lə danışır. O demək deyil ki, aramızda münasibət yoxdur. Sadəcə olaraq o pərdəni qoruyur.
Əziz cavanlar, böyüklərlə "siz"lə danışmaq lazımdır. Oğlum mənimlə hələ də "siz"lə danışır. Qayınanam, qayınatamla 32 ildir ki, "siz"lə danışıram. Ona görə yox ki, yadıq, böyük-kiçik var. Danışıq mədəniyyəti var. Ola bilər ki, evdə valideyn deməsin. Amma bunu sizə məktəbdə mütləq müəllimlər deməlidir".