“İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                     ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir .....                     Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb .....                     Yetərsay çatmadı, bir qurumun 2 tenderi .....                     Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır .....                     “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” .....                     Zaman ermənilərin əleyhinə işləyir .....                     Astarada başçıya söykənən ÖZBAŞINALIQ... .....                     Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? .....                     “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI .....                     "İbrahim sazişləri" ilə nə etməli?.. .....                     Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                     Rəsmən dilənçilik edirlər... .....                     Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü .....                     Ramin Quluzadəyə itki üz verib .....                     “Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb .....                     Ali təhsil bazarında BAHALAŞMA... .....                     40 ilin işçisinin başına belə oyun açdılar... .....                     Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? .....                     Azərbaycanı Xəzərdən gözləyən təhlükə .....                     “LC Waikiki”-in müştərisi narazılıq edir .....                     Əvvəlcə təmir etdilər, indi də bağlayırlar .....                     İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır .....                     "Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" .....                 

Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Tarix: Bu gün, 10:25 | Çap et

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazası avqustun 17-dən 18-nə keçən gecə Odessa vilayətində “Şahed” tipli pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. 

Zərbələr nəticəsində irimiqyaslı yanğın baş verib. Bazadakı bütün 17 yanacaq çəni, nasos stansiyası, operator və çəki otaqları, həmçinin texniki tikililər zədələnib.

Bu ilk hücum deyil…

Qeyd edək ki, daha əvvəl avqustun 6-da Rusiya Odessa vilayətində yerləşən “Orlovka” kompressor stansiyasına zərbə endirmişdi. Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu.

Avqustun 7-dən 8-nə keçən gecə isə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib. Hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub. Zərbə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanıb.

Bundan əvvəl də, Rusiya tərəfindən oxşar hücumlar təşkil edilib. Məsələn, iyulun 10-da Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Bütün bunlar isə onu göstərir ki, Rusiya hər fürsətdə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmağa çalışır. Bu isə Kremlin Bakıya qarşı düşmənçilik siyasətinin əyani göstəricisidir.

Rusiyanın azərbaycanlılara qarşı hücumları

Ötən ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasını heç birimiz unutmamışıq. Onu da yaxşı xatırlayırıq ki, Rusiya hələ də bu məsələdə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçırır. Moskva nə öz günahını etiraf edib, nə də bu işdə əli olanları cəzalandırıb.

Bu ilin fevralında Azərbaycanın bəzi media resurslarına yönələn kütləvi kiberhücumun da arxasında Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupunun dayandığı müəyyən edilib.

Bir müddət əvvəl millət vəkili Azər Badamovun Rusiyada başına gətirilənlər də yaddan çıxa bilməz. Rəsmi tədbirdə iştirak üçün Rusiyaya gedən Azər Badamov Moskvada hava limanında saxlanılıb və ölkədən deportasiya olunub.

İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Ümumilikdə, 50-ə yaxın azərbaycanlı həmin əməliyyat çərçivəsində saxlanılıb. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərirdi. Sonrakı həftələrdə Azərbaycan diasporunun bir neçə üzvü də qondarma ittihamlarla tutulub.

Hitlerizmin 21-ci əsr versiyası

Adolf Hitlerin rəhbərliyi altında nasist Almaniyası almanların ari irq olduğu, digər bütün xalqların isə onların köləsi kimi qəbul edildiyi siyasi konsepsiyanı əsas götürürdü. Hazırda Rusiyanın siyasətinə nəzər saldıqda, oxşar tendensiyanı müşahidə edə bilərik.

Belə ki, Rusiyada təzyiqə, hücumlara məruz qalan təkcə azərbaycanlılar deyil. Orta Asiyadan gələn miqrantlar da oxşar hücumların hədəfindədir. Onlarla xalqımızı birləşdirən ortaq nöqtə isə həmin xalqların da türk və müsəlman olmasıdır.

Məlum olduğu kimi, Rusiyada yüzminlərlə qeyri-türk, müsəlman olmayan miqrantlar da var. Amma onlara “gözün üstə qaşın var” deyən yoxdur. Əgər olsa idi, hazırda baş verənlərə ümumi anti-miqrasiya siyasəti donu geydirmək olardı. Lakin real vəziyyət göz önündədir.

Yəni, Moskvanın gözündə ruslar “ari xalq”, türk-müsəlmanlar isə onların əmrinə müntəzir olan “qullar”dır. Bu isə Hitlerin xəstə ideyalarından heç nəyi ilə fərqlənmir. Hitlerin gözündə yəhudilər nə idisə, Rusiyanın gözündə türk-müsəlman miqrantlar da odur…

Diplomatik məğlubiyyətin qisası?

Göründüyü kimi, Rusiyada türk-müsəlmanlara qarşı sistemli hücumlar reallaşdırılır. Bu isə siyasi sifarişin Kremldən gəldiyinin, daha doğrusu, Moskvanın islomofob, türkofob siyasətinin göstəricisidir.

Bu cür siyasi xəttin açıq şəkildə özünü büruzə verməsi isə Rusiyanın beynəlxalq arenada düşdüyü durumla birbaşa əlaqəlidir. Belə ki, 2022-ci ildə 3 günə Kiyevi alıb, Ukraynada iqtidarın faktiki sahibi olmaq istəyən Rusiya 3 il yarımdır savaşsa da, istədiyi heç bir nəticəyə nail olmayıb. Ötən həftə Putin nəhayət Alyaksa görüşündə ciddi nəticə qazanmağı düşünürdü ki, bu ümidlər də puça çıxdı. Alyaska səmasında Putini qarşılayan “B2”lər hələlik Moskvaya bomba yağdırmasalar da, Rusiyanın nüfuzuna nüvə zərbəsi vurdular.

Beynəlxalq arenada “offside”a düşmüş, sanksiyaların girovuna çevrilmiş Rusiya sanki düşdüyü bataqlıqdan çıxa bilməməyin intiqamını dinc miqrantlardan alır.

Çünki nə NATO-ya güc göstərə, nə də Ukraynanı məğlub edə bilirlər. Rusiyanın gücü ancaq dinc insanlara, miqrantlara çatır. Azərbaycana qarşı düşmənçilik siyasəti apardıqları üçün də soydaşlarımızı daha çox hədəf alırlar.

Ancaq bu heç bir halda Rusiyaya fayda gətirməyəcək. Ona görə də Moskva Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkib, ən qısa zamanda münasibətlərin normallaşdırılmasına çalışmalıdır…

Bizim.Media











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10
"Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04
Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - FAKT BUDUR!
Bu gün, 07:00
ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir - Makron
Bu gün, 06:54
Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... - AKTUAL
Bu gün, 06:52
Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA NET DANIŞDI
Bu gün, 06:47
"Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." - Dəlixanaya yerləşdirilən məşhur bəstəkar
Bu gün, 06:39
Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir
Bu gün, 06:35
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru