Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                     Rəsmən dilənçilik edirlər... .....                     Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü .....                     Ramin Quluzadəyə itki üz verib .....                     “Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb .....                     Ali təhsil bazarında BAHALAŞMA... .....                     40 ilin işçisinin başına belə oyun açdılar... .....                     Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? .....                     Azərbaycanı Xəzərdən gözləyən təhlükə .....                     “LC Waikiki”-in müştərisi narazılıq edir .....                     Əvvəlcə təmir etdilər, indi də bağlayırlar .....                     İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır .....                     "Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" .....                     Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... .....                     ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir .....                     Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... .....                     Rusiyanın münasibəti artıq düşmənçilikdir .....                     "Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." .....                     Zəngəzurda iki istiqamətdən hücum var .....                     Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... .....                     Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb .....                     HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ .....                     "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" .....                     Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                 

Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Tarix: Bu gün, 08:46 | Çap et

Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Belə ki, “Tibb” ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, “Stomatologiya” ixtisası üçün 6 000 AZN, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib. “Bu il bir çox universitetlərdə təhsil haqları artırılıb. Təhsil haqları artırılarkən əhalinin vəziyyəti nəzərə alınmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. Deputat hesab edir ki, artım mütləq dövlətin qərarı ilə olmalıdır: “Dövlət bu qiymətləri tənzimləməli və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa, bu məbləğdə xeyli maaş alan varsa, vətəndaşlar təhsil haqlarını hansı formada və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi nəzarəti olmalıdır və dövlət prosesə əl qoymalıdır”.

Deputat bildirib ki, təhsil haqlarının bu qədər artırılması ciddi şəkildə araşdırılmalı məsələdir: “Hesab edirəm ki, bu məsələnin universitetlərin ixtiyarına buraxılması düzgün deyil. Universitetlər istədiyi vaxt qiyməti qaldırmalı deyillər. Anlayıram, universitetlərin özlərinin də xərcləri var. Amma bu formada qiymət artımı ona aparacaq ki, gənclər yerli universitetləri deyil, xarici universitetlərdə təhsil almağı seçəcək”.

Ceyhun Məmmədov bu gün iki-üç tələbə oxudan ailələlərdən də söz açıb: “2-3 uşağı təhsil alan ailələr var. Belə ailələrin il ərzində 6-7 min manat təhsil haqqı verməsi kifayət qədər çətin və mürəkkəbdir”.

Bəs görəsən, gənclərin təhsil üçün xaricə üz tutduğu ərəfədə, ölkədə həkim qıtlığı mövcud olan situasiyada bu artım doğru addımdırmı?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ceyhun müəllimin fikirlərində böyük həqiqət var. Ümumiyyətlə, dövlət universitetlərində pullu təhsilin tamamilə əleyhinəyəm. Dövlət universitetləri publik hüquqi şəxs olaraq yalnız ödənişsiz təhsil verməlidir. Dünyada bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur. Əgər konkret olaraq tibb təhsilindən söhbət gedirsə, bu sahə dünyada bahalı təhsil sahəsi hesab olunur. Amma elə ölkələr var ki, orada tələbələrə müxtəlif təqaüdlər təqdim edilir. Universitetlərin özlərinin də təqaüd proqramları mövcuddur. Həmin təqaüdlər hesabına tələbələr müəyyən güzəştlər əldə edərək təhsil ala bilirlər.

Təbii ki, anlayıram ki, dövlət sifarişli yerlərin sayı xeyli artırılıb - bu rəqəm təxminən 50 faiz təşkil edir. Hazırda bu göstəricinin 65 faizə çatdırılması nəzərdə tutulur. Əks arqumentlərdən biri odur ki, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı kifayət qədərdir və yüksək bal toplayanlar pulsuz təhsil imkanı əldə edə bilirlər. Amma təhsil haqlarının artırılması bir çox ailələr üçün ali təhsilin əlçatan olmamasına səbəb olur. Bu halda tələbələrimiz xarici ölkələrin ali təhsil müəssisələrinə üz tuturlar.

Məsələn, öz təcrübəmdən deyə bilərəm: oğlum Almaniyada təhsil alır və bu təhsil tamamilə pulsuzdur. Xarici vətəndaş olmasına baxmayaraq, Almaniya dövləti təhsili pulsuz təqdim edir. Bəzi ölkələrdə isə təhsilə birbaşa biznes kimi yanaşılır. Məncə, təhsil biznes ola bilməz. Biz bu yanaşmanı yalnız əcnəbi ölkələr üçün tətbiq edə bilərik. Amma ölkə daxilində təhsilə biznes kimi yanaşmaq tamamilə yanlışdır. Yaxşı oxuyan tələbələr üçün təqaüdlər təsis olunmalıdır. Aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə və bir ailədə bir neçə tələbə təhsil alırsa, onlara fərqli yanaşma göstərilməli, güzəştlər tətbiq olunmalı, xüsusi proqramlar həyata keçirilməlidir. 5000-6000 manat çox sayda azərbaycanlı ailə üçün böyük rəqəmdir".

Təhsil eksperti Etibar Əliyevin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Səbəbi izah olunmur. Bəlkə universitetə fiziologiya və tibb üzrə Nobel mükafatçıları gətirilib? Xarici ölkələrdə zəhmətləri hesabına yüksək elmi dərəcə və elmi adlar qazanmış alimlərin potensialından nə dərəcədə istifadə olunur? Bəlkə yeni nəsil dərsliklər yazılıb, yaxud tərcümə olunub? Bu addımı dəstəkləyənlər dünyanın hər yerində tibb təhsilinin bahalı olmasını önə çəkirlər. Qardaş Türkiyədə yüksək tibb təhsili verən ali məktəblərin təhsil haqqı ATU-da müəyyənləşdirilən təhsil haqqından azı 10 dəfə ucuzdur. Bu universitetin uğurları haradadır? Kardioloqların tam əksəriyyəti, uroloqlar və qastroentreloqların əksəriyyəti ya Türkiyədə, ya da Rusiyada təhsil almış həkimlərdir. COVİD -19 bütün ölkələrin səhiyyə sistemini imtahana çəkəndə gördük ki, ölkədə infeksionist həkimlər barmaqla sayılacaq qədərdir. Bütün digər universitetlərdə də təhsil haqlarının abituriyentlərin ixtisas seçimi ərəfəsində yüksəldilməsi kasıb təbəqə üçün çox ağırdır.

Dövlət tibb mütəxəssislərinin hazırlığı üçün lazım olanı edir. Məsələn, dövlət babanın qurduğu Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikası modern baxımdan yüksək tələblərə cavab verir. Gömrük Hospitalı da həmçinin. Həmin klinikalar yüksək gəlir də əldə edir. Tələbələrə dövlətin qurduğu klinikalarda tədris prosesini həyata keçirir. Klinikalarda aparılan tədris prosesi də təhsil haqlarının fantastik yüksəldilməsinə zəmin yaratmır. Pasiyentlər klinikalarda Türkiyədə tibb təhsili görmüş həkimlər axtarırlar.

Başqa bir faktı deyim. Tibb Universitetində tam ştatda olan müəllimlərin sayı nə qədərdir? Məndə olan məlumata görə, xeyli müddət əvvəl tam ştatlar yarıya bölünərək xeyli sayda müəllim işə qəbul ediblər. Yəni məqsəd tamamilə başqa olub.

Yaxşı, fərz edək ki, tibb təhsili bahadır. Hüquq təhsili də bahadır? Hüquq təhsili ki, auditoriyalarda həyata keçirilir. 6500 manat da hüquq ixtisasının qiymətidir. Universitetlər gəlir mənbəyini yalnız tələbənin ödədiyi təhsil haqqında tapıblar. Rektorlar gözlərini açıb dünya təcrübəsi ilə tanış olmalı və yeni gəlir mənbələri axtarmalıdırlar.

Doktorantura təhsili də bahalaşıb. Təhsil haqqı 2000 manat artırılaraq 4000 manata çatdırılıb. Bu da elmlə məşğul olmaq istəyənlər üçün “şad” xəbər".

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə ali təhsil ya tamamilə ödənişsizdir, ya da dövlətin ciddi maliyyə dəstəyi ilə təmin olunur. Məsələn, Almaniyada dövlət universitetlərində təhsil yerli və xarici tələbələr üçün pulsuzdur. Tələbələr yalnız simvolik məbləğdə inzibati rüsum ödəyirlər. Bununla yanaşı, müxtəlif sosial təqaüdlər və yaşayış yardımları da mövcuddur ki, bu da təhsilin daha əlçatan olmasını təmin edir. Norveçdə də vəziyyət oxşardır - bütün tələbələr, o cümlədən əcnəbilər üçün ali təhsil pulsuzdur. Hökumət təhsilə tam subsidiya ayırır və tələbələrə yaşayış üçün dəstək göstərilir. Fransa dövlət universitetlərində təhsil haqları olduqca aşağıdır - illik təxminən 200-500 avro təşkil edir. Sosial rifah sistemi çərçivəsində təqaüdlər və yardım mexanizmləri geniş şəkildə tətbiq olunur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10
"Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04
Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - FAKT BUDUR!
Bu gün, 07:00
ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir - Makron
Bu gün, 06:54
Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... - AKTUAL
Bu gün, 06:52
Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA NET DANIŞDI
Bu gün, 06:47
"Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." - Dəlixanaya yerləşdirilən məşhur bəstəkar
Bu gün, 06:39
Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir
Bu gün, 06:35
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Dünən, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Dünən, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Dünən, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Dünən, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Dünən, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Dünən, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Dünən, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Dünən, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Dünən, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Dünən, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Dünən, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Dünən, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Dünən, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Dünən, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Dünən, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Dünən, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Dünən, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Dünən, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru