Təsəvvür edin... Bir Azərbaycan vətəndaşı həmin o Səudiyyə Ərəbistanına gedir və onların müqəddəs bildiyi bir məkanı ələ salaraq video çəkib paylaşır... Ərəblər də bizim qaydada reaksiya verirlər və polis həbs edir... SİZCƏ: Ərəbistanda kimsə soydaşlarımızın müdafiəsinə qalxaraq "onlar da müsəlmandır" və yaxud da "onlara görə bütün Azərbaycan vətəndaşlarını dışlamayın" deyib sinəsini önə verəcəkmi?
TƏBİİ Kİ YOX!!! VƏ BU QƏNAƏT QƏTİ OLDUĞUNDAN NƏDƏN, bəzilərimiz ÖZLƏRİNİ CIRIR?
Adamlar... hər şeyi qoyun kənara bu vətəni və milləti hansısa qatqı olmadan sevməyə çalışın... İçinizdəki digər zadlar - sonradan qazandığınız ideoligiya və yaxud da inanc kimi qəbul etdiyiniz fikirlərə söykənən qənaətlərinizi bir kənara atın.... Evdəki ATA VƏ ANANIZI - ayaqlarınız altına sərilən TORPAĞINIZI, sizi əhatə edən VƏTƏN, MİLLƏT AURAINIZI olduğu kimi - bir hava kimi içinizə çəkməyə çalışın... O qədər rahat olacaqsınız... su kimi gedəcək... üstündən hansısa dəyər və yaxud da dəyərsizliyi "zakuska" kimi tələb etməyəcəksiniz... ANA-ATA sevgisinə XÜLASƏ tələb olunmur axı... VƏTƏN ANA - MİLLƏT ATA deyilmi?
Nə isə... hər dəfə bu kimi eybəcərlikləri gördükdə üzülürük... amma həm də sevinirik ki, çox azsınız... lap elə YOX QƏDƏRİNDƏ!
Məhəmməd ƏRSOY - "DİA-AZ"