“Caspian Engineering Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin 405 258,05 manat məbləğində vergi borcu mövcuddur.
Şirkətin qanuni təmsilçisi, direktoru Camaləddin Əliyev Ağamirzə oğludur.
Şirkətin rəsmi internet saytında qeyd olunub ki, şirkət Azərbaycanda sənaye sahəsində Yoxlama, Sınaq, Laboratoriya, Təmir, Tikinti, Quraşdırma, Sənaye Təmizliyi və İdarəolunan Təzyiqli Qazma (MPD) xidmətləri üzrə qabaqcıl texniki həllər təqdim edir.