“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Tarix: 15-05-2025, 15:08 | Çap et
 Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.
Musavat.com bildirir ki, sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub.
Mayın 14-də Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim edib.
Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb.
Arif Babayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin adını daşıyan bu ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Sənətkar bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib:
"Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, "Qarabağ şikəstəsi"nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz, Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz, muğamımız da o torpaqlara qaytarılır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq. Ağdamdakı Muğam Mərkəzi bu sahədə böyük rol oynayacaq.
Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünya şöhrəti qazanmasına davamlı dəstək verən Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm".
"Yeni Müsavat" olaraq böyük sənətkarımıza zəng edərək təbriklərimizi çatdırdıq. Səhhəti ilə maraqlandıqda "şükür Allaha, yaxşıyam indi", deyən Xalq artisti Prezident İlham Əliyevə və Birinci xanıma təşəkkürlərini çatdırdı:
"Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun".
Qarabağın işğalda olduğu illərdə Qarabağ, Ağdam niskilli söhbətlərimiz olan və ən böyük arzusunun Qarabağla bağlı olduğunu söyləyən sevimli sənətkarımız Ağdamda qurulan böyük büsata və ona göstərilən diqqətə görə də minnətdarlığını ifadə etdi.
Eyni zamanda bizlərə də xoş sözlərini əsirgəmədi:
"Sizdən də çox razıyam. Hər zaman diqqət göstərirsiniz".
Arif müəllimə ötən həftə Prezidentin və Birinci xanımın iştirakı ilə Ağdamda keçirilən möhtəşəm tədbirlər, Ağdam Muğam Mərkəzindəki konsertdə yerinin göründüyünü də söylədik. Bildirdi ki, Prezidentin kövrəldiyi həmin tədbirləri də efirdən izləyib:
"Allah qoysa, bir yerdə Ağdama gedərik. Sizə də çox sağ olun deyirəm, var olasınız!"
Böyük Sənətkarımıza Uca Yaradandan sağlam ömür diləyirik və Prezidentin Sərəncamı ilə layiq görüldüyü Heydər Əliyev Mükafatı münasibətilə bir daha səmimiyyətlə təbrik edirik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53 |
|
|
|
• İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37 |
|
|
|
• "Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35 |
|
|
|
• Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32 |
|
|
|
• Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23 |
|
|
|
• “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15 |
|
|
|
• Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12 |
|
|
|
• Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10 |
|
|
|
• Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08 |
|
|
|
• Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02 |
|
|
|
• Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00 |
|
|
|
• Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58 |
|
|
|
• SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54 |
|
|
|
• “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34 |
|
|
|
• “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27 |
|
|
|
• Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24 |
|
|
|
• Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19 |
|
|
|
• Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44 |
|
|
|
• O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33 |
|
|
|
• Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28 |
|
|
|
• Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15 |
|
|
|
• "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04 |
|
|
|
• Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01 |
|
|
|
• Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46 |
|
|
|
• Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21 |
|
|
|
• İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10 |
|
|
|
• Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01 |
|
|
|
• Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59 |
|
|
|
• Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55 |
|
|
|
• Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49 |
|
|
|
• Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46 |
|
|
|
• “Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57 |
|
|
|
• 2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49 |
|
|
|
• DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39 |
|
|
|
• Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35 |
|
|
|
• Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35 |
|
|
|
• Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19 |
|
|
|
• Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18 |
|
|
|
• Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16 |
|
|
|
• Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11 |
|
|
|
• Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09 |
|
|
|
• Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06 |
|
|
|
• “Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56 |
|
|
|
• “Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54 |
|
|
|
• Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53 |
|
|
|
|