
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədrinə yeni müşavir təyin edilib.
Banker.az xəbər verir ki, Amin Abdullayev 2025-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
O, 2018-2019-cu illərdə “NBCBank”da Risklərin idarə olunması departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2019-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentində mütəxəssis, 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis, 2022-2025-ci illərdə isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.
2016-cı ildə Türkiyənin Marmara Universitetində Sığorta işi ixtisası üzrə bakalavr, 2022-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sığorta işinin təşkili ixtisası üzrə magistr dərəcəsi alıb.