
Astrologiya və bürclər mövzusu cəmiyyətdə geniş maraq doğuran mövzulardan biridir. Xüsusilə mediada bu tip xəbərlər çox oxunur və izlənir. İnsanlar gündəlik və ya həftəlik bürclərini oxuyaraq gələcəklə bağlı ipucları axtarırlar. Halbuki bu, elmi əsaslara dayanmayan bir sahədir və İslam dini baxımından da bu mövzu mübahisəlidir. Bəs astrologiyaya və bürclərə inanmaq İslam dini baxımından nə dərəcədə düzgündür? İnsanların gündəlik bürc proqnozlarını izləməsi və həyatlarını buna əsasən yönləndirməsi nə dərəcədə doğrudur?
Bu barədə Moderator.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, gələcəklə bağlı xəbər verdiyini iddia edənlər şarlatan, onlara inananlar isə zavallılardır:
“Allah yaratdığı ulduzları onlara inanmağımız və ya inkar etməyimiz üçün yaratmayıb. Ağıllı insanlar heç vaxt bürclərə görə qərar verməz, həyatlarını buna uyğun tənzimləməzlər”.
İlahiyyatçı qeyd edib ki, Quranın 85-ci surəsinin adı BURUC-dur, yəni bürclər. Lakin bu gələcəklə əlaqəli xəbər vermək üçün istifadə edildiyi iddia edilən bürclər mənasında deyil.