“Şimali İraq və Şimali Suriya Türkiyə ərazisinə qatıla bilər” - GƏLİŞMƏ
Tarix: 19-08-2022, 14:35 | Çap et
 Qardaş Türkiyənin son bir neçə ildə dünyada artan nüfuzu dosta sevinc, düşmənə isə göz dağı verir. İndi demək olar ki, bütün beynəlxalq məsələlərə, qaynar nöqtələrdə gedən proseslərə rəsmi Ankaranın sərgilədiyi mövqeyi görmək mümkündür. Bütün bunlarla yanaşı Qardaş Türkiyənin Rusiya-Ukrayna münasibətində oynadığı barışdırıcı rol, İsraillə münasibətlərin nizama salınması istiqamətində atdığı addımlar, həddini aşmaq istəyən Yunanıstana öz yerini göstərməsi, eləcə də ABŞ-la “F-16” qırıcılarının tədarükü ilə bağlı danışıqlara başlaması rəsmi Ankaranın getdikcə artan nüfuzunun bariz göstəricisidir.
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə son 10 ildə regional siyasətini formalaşdırıb və beynəlxalq müstəvidə yeni bir güc olmaq siyasətini həyata keçirir: “Prezident Rəcəb Tayyib Ərdoğan isə “dünya 5-dən artıq deyil” deyimi ilə Türkiyənin qlobal güc yolunda verdiyi mesaji dünyaya çatdırır. Türkiyə ilk növbədə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmağa çalışır. Hazırda rəsmi Ankaranın Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada, həmçinin Orta Şərqdə və Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe, qardaş ölkənin dünya nizamının dəyişməsində oynadığı vacib rolu sübuta yetirir. Bir sözlər Türkiyə artıq beynəlxalq gücə çevrilib. Avropa İttifaqı dövlətləri də bu prosesdə rəsmi Ankaradan çox geridə qalırlar. Türkiyə demək olar ki bütün qaynar nöqtələrdə və kritik məqamlarda masada təmsil olunaraq öz sözünü deyir. Dünyadakı ərzaq böhranı fonunda Ukraynadakı taxıl dəhlizinin açılması bunun ən bariz nümunəsidir. Təbii ki, Türkiyənin beynəlxaq nüfuzunun artması Rusiya-Ukrayna müharibəsindən sonra özünü daha qabarıq formada göstərməyə başlayıb. Türk Dövlətləri Birliyində təmsil olunan ölkələri öz ətrafına çəkməklə rəsmi Ankara artıq Mərkəzi Asiya siyasətini genişləndirib. Bütün bunlar dünyada formalaşan yeni nizamda Türkiyənin əsas rol oynadığını sübuta yetirir”.
Politoloq əlavə edib ki, bütün bu proseslər Türkiyəni BMT Təhlükəsizlik Şurasının daimi üzvünə də çevirə bilər: “ Artıq BMT də, bu məsələdə Ankaraya dəstək verir. Rusiya-Ukrayna müharibəsi də göstərir ki, Türkiyə sülhün tərəfdarı olan, təhlükəsizliyi təmin edən bir ölkədir. Qardaş ölkənin beynəlxalq gücə çevrilməsi isə təbii ki, Azərbaycanın milli maraqlarına cavab verir. Cənubi Qafqazda gedən proseslərdə Türkiyə və Azərbaycan kordinasiyalı fəaliyyət göstərir. Azərbaycana həm şimaldan, həm də İrandan təzyiqlərin olması mümkündür. Lakin Türkiyənin Azərbaycanla kordinasiyalı fəaliyyəti həmin ölkələrin maraqlarının üstündən xətt çəkir. Bu aspektdən yanaşdıqda Türkiyənin beynəlxalq aləmdəki artan nüfuzu Azərbaycanın Cənubi Qafqazda mövqeyini gücləndirir. Həmçinin Mərkəzi Asiya ölkələri ilə sıx siyasi-iqtisadi əlaqələrinə təkan verir. O cümlədən beynəlxalq gücə çevrilməsi Türkiyənin Yunanıstanla problemlərinin həllinə, İsraillə münasibətlərin inkişafına zəmin yaradır”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq Azərbaycan da beynəlxalq müstəvidə Cənubi Qafqaz regionu üzrə aparıcı dövlət statusu qazanıb: “Azərbaycan dünyada və Qərbdə Cənubi Qafqazın cavabdeh ölkəsinə çevrilib. Bir sözlə dünyada formalaşan yeni strategiya fonunda Azərbaycan və Türkiyənin kordinasiyalı fəaliyyəti Cənubi Qafqaz və Mərkəzi Asiyaya sülh və təhlükəsizlik vəd edir. Eyni zamanda Türkiyənin dünyada artan nüfuzu Suriya və İraqda PKK terror təşkilatının sonunu labüd edir. İstisna etmirəm ki, yeni dünya nizamında sərhədlər dəyişərsə, Şimali İraq və Şimali Suriya Türkiyə ərazisinə qatıla bilər. Həmçinin Zəngəzurun da Azərbaycanın ərazisindən keçməsi və tarixi ədalətin bərpa olunması mümkündür. Bütün bunlar isə gələn il qardaş ölkədə keçirilən Prezident seçkilərində indiki hakimyyətin qələbə qazanacağına zəmin yaradır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Bu gün, 18:11 |
|
|
|
• Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Bu gün, 18:07 |
|
|
|
• Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
• Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Bu gün, 15:39 |
|
|
|
• Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Bu gün, 15:33 |
|
|
|
• Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Bu gün, 15:30 |
|
|
|
• Şəhid anası yeni video yaydı - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Bu gün, 15:16 |
|
|
|
• Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Bu gün, 15:03 |
|
|
|
• Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Bu gün, 15:00 |
|
|
|
• İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Bu gün, 13:05 |
|
|
|
• Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Bu gün, 13:03 |
|
|
|
• “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Bu gün, 12:59 |
|
|
|
• “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 12:57 |
|
|
|
• “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Bu gün, 12:47 |
|
|
|
• DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Bu gün, 12:37 |
|
|
|
• Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Bu gün, 12:32 |
|
|
|
• Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Bu gün, 12:24 |
|
|
|
• Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:12 |
|
|
|
• 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Bu gün, 12:09 |
|
|
|
• Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Bu gün, 12:05 |
|
|
|
• İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Bu gün, 12:02 |
|
|
|
• Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Bu gün, 11:58 |
|
|
|
• Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Bu gün, 11:56 |
|
|
|
• “Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Bu gün, 11:52 |
|
|
|
• “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Bu gün, 11:48 |
|
|
|
• TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Bu gün, 11:44 |
|
|
|
• Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Bu gün, 11:39 |
|
|
|
• Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Bu gün, 11:25 |
|
|
|
• Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 11:16 |
|
|
|
• Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Bu gün, 11:12 |
|
|
|
• "Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 11:10 |
|
|
|
• Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09 |
|
|
|
• 5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:07 |
|
|
|
• Pozulmuş əmək hüquqlarının bərpasında... - Ekspert danışır...
Bu gün, 11:04 |
|
|
|
• Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar - “France Inter” radiostansiyası
Bu gün, 10:47 |
|
|
|
• Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət - LƏĞV EDİLİR
Bu gün, 10:38 |
|
|
|
• Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Bu gün, 10:35 |
|
|
|
• “Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” – Mirvari Qəhrəmanlı
Bu gün, 10:24 |
|
|
|
• Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Bu gün, 10:12 |
|
|
|
• Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
Bu gün, 10:09 |
|
|
|
• Nə aptekdə var, nə də depolarda qalıb... – “Varfarin” qıtlığı təhlükəli HAL ALDI
Bu gün, 10:03 |
|
|
|
• Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR - DETALLAR
Bu gün, 09:58 |
|
|
|
• Babək Quliyev vəfat etdi
Bu gün, 09:53 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı - “Hraparak”
Bu gün, 09:50 |
|
|
|
• Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb – Abovyan
Bu gün, 09:46 |
|
|
|
• "Sumqayıt-Aptek-415"-nin səhmdarları toplanır
Bu gün, 09:37 |
|
|
|
|