DİA-AZ-da TEXNİKİ FASİLƏ... .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                     Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi .....                     “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib .....                     TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir .....                     Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... .....                     Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? .....                     Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB .....                     "Xəyanəti və nankorluğu bağışlamıram" .....                     Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib .....                     Sahibkar mağazaya borca görə həmyerlisini döydü .....                     “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” .....                     Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır .....                     Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” .....                     İrana gedən Elminin başına gələn ilginc hadisələr .....                     Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi .....                     Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü .....                     Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son .....                     "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək .....                     HƏQİQƏTİN MATRİSASI: .....                     İran Bakıdan sərhədi açmasını istəyir .....                     Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ .....                     16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... .....                     Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... .....                     Tramp Avropa liderlərini yenə aldatdı .....                     Rusiya onu 11 ildir AXTARIRDI .....                     Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... .....                     İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR .....                 

Putinin hədələri zəifliyini pərdələmək üçündür – Qərb mediası
Tarix: 11-01-2022, 08:09 | Çap et
Putinin hədələri zəifliyini pərdələmək üçündür
DİA.AZ: - “Rusiya dörd bir yandan mühasirədədir. Ölkənin düşmənləri sərhədlərə doğru irəliləyirlər. Düşmən NATO alyansı Rusiyanın tarixən və ruhən bir hissəsi olan Ukraynanı özünə qatmaqla hədələyir. Bütün bunları dəf etmək vəzifəsi isə Böyük Pyotrun, Birinci Aleksandrın və İosif Stalinin varisi olan Vladimir Putinin üzərinə düşüb”.

DİA.AZ-ın məlumatına görə, The Financial Times (FT) qəzetində Britaniya jurnalisti Gideon Rakman yazır ki, Rusiya hökumətinin Qərblə mühüm danışıqlar ərəfəsində apardığı təbliğatın ana xətti məhz belədir.

Rusiya Ukrayna ilə sərhədinə böyük qoşun toplayıb, qonşusunu müdaxilə ilə hədələyir, amma iddia edir ki, bu, onun NATO-nun genişlənməsinə müdafiə tipli reaksiyasıdır.

Moskvadakı Carnegie Mərkəzinin direktoru Dmitri Trenin izah edir ki, “Ukrayna Putinin son istinadgahıdır”.

FT yazır ki, Kremlin versiyası cəfəngiyyatdır. NATO-nun Rusiyaya hücum etməsi riski yoxdur. 1990-cı illərdə bu qədər çox ölkənin NATO-ya qoşulmasının isə bircə səbəbi var: Onlar Rusiya təcavüzündən qorxurlar. Ukraynanın isə hazırda NATO-ya üzv olması üçün real perspektiv yoxdur.

Məqalədə deyilir ki, məhz bu səbəbdən də bu həftə aparılan danışıqlarda istənilən nəticə, istənilən güzəşt Putinin təhlükəsizlik problemini həll etməyəcək. Çünki Rusiya liderinə başlıca təhlükə ölkənin xaricində yox, daxilindədir.

FT yazır ki, keçən il bu vaxtlar müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları bütün Rusiyanı bürümüşdü.

Onun hazırladığı videolar Putin və onun yaxın dostlarının dəbdəbəli həyatını faş edirdi. Məhz buna görə də Kreml ölkə daxilindəki opponentləri “xarici agent” adı ilə damğalayır. Əslində isə bunlar adi rusiyalılardır. Onlar hökuməti xoşlamır və bilirlər ki, saxta seçkilər heç bir dəyişiklik gətirməyəcək.

Məqalədə deyilir ki, Navalnı Putin üçün NATO-dan da böyük hədə olaraq qalır.

Ozünü rus millətçiliyinin təcəssümü kimi təqdim edən Putin öz hakimiyyətinə olan hədələrlə ölkəyə olan hədələri qarışdırıb. Halbuki Putinin şəxsi təhlükəsizliyi ilə ölkənin milli təhlükəsizliyi eyni şey deyil.

Amma bütün bunlara baxmayaraq Putinin ölkə daxilindəki problemləri ilə onun xarici təcavüzləri arasında əlaqə var. Hər hansı müharibə Rusiya lideri üçün millətçi dəstək dalğası yarada bilər.

Ən əsası isə budur ki, Putin Rusiya sərhədlərində yalnız kremlsayağı rejimə uyğun korrupsiyalı avtorkartiyalara dözə bilər. Əsl demokratiya alternativ model kimi Rusiya müxalifətini ürəkləndirə bilərdi. Azad ölkənin Kremlin qucağından qaçıb Qərbə sığınacağına daha böyük ehtimal var.

Financial Times yazır ki, məhz bu səbəbdən də Amerika Putinə onun tələb etdiyi “nüfuz dairəsini” vermək qabiliyyətində deyil.

Kremlin Rusiyanın sərhədlərində üstünlük verdiyi korrupsiyalı avtokratiyalar özlərinin yaratdıqları sosial müqavimətə görə qaçılmaz şəkildə qeyri-sabitdirlər.

2013-2014-cü illərdə Ukrayna üsyanı məhz rusiyayönlü korrupsiyalı hakimiyyətə son qoyub.

FT yazır ki, ABŞ-Rusiya danışıqlarının ərəfəsində qonşu Qazaxıstandakı etirazları yatırtmaq üçün ora qoşun göndərmək Kreml üçün narahatlıq yaradıb.

Orta əməkhaqqının aya 570 dollar olduğu bu ölkədə 1991-2019-cu illərdə prezident olmuş Nursultan Nazarbayevin ailəsinin təkcə xaricdə sahibləndiyi mülklərin dəyəri azı 785 milyon dollardır.

Məqalədə deyilir ki, Qazaxıstandakı çaxnaşma hakim dairələr arasındakı çəkişmə ilə bağlı ola bilər, amma bu sayaq problemlər adətən korrupsiyalı avtorkratiyalarda baş qaldırır. Sərvət xarici sistemin bir hissəsi kimi bölüşdürüləndə hakimiyyətdəki istənilən dəyişiklik sabitsizlik yaradır. Bu dilemma Putinə tanış ola bilər.

FT yazır ki, Qazaxıstan Rusiyanın yaxın qonşuluğunda təlatüm içində olan yeganə ölkə deyil. Belarusda 2020-ci ilin seçkisi oğurlanandan bəri yerli diktator Alyaksandr Lukaşenka daxili müxalifəti amansızlıqla əzib.

Məqalədə deyilir ki, müasir Rusiya Sovet İttifaqındakı vəziyyətə təhlükəli şəkildə yaxındır. Sovet İttifaqı da qonşuları özünə “dost” saxlamaq üçün onları müdaxilə ilə təhdid edirdi.

FT yazır ki, qısa, müzəffər müharibə Putini müvəqqəti gücləndirə bilər. Lakin 2022-ci ildə Ukraynaya müdaxilə Putin sisteminin sağ qalmasını təmin etməyəcək. 1968-ci ildə Çexoslovakiyaya müdaxilə Sovet İttifaqını xilas etmədiyi kimi. Son nəticədə Putinin vəziyyəti daha da zəifləyəcək. Əgər müharibə uzansa, Rusiya qurbanlar verəcək, iqtisadiyyatı tükənəcək və ölkə daha da təklənəcək.

Ukraynaya hücum NATO-nun varlığına yeni bir məna verəcək və onun genişlənməsinə yol açacaq. Hazırda Rusiyanın hədəli ritorikasından xofa düşən Finlandiya və İsveç şimal alyansına qoşulmaq məsələsini müzakirə edirlər.

Əgər lap Rusiyaya Kiyevdə oyuncaq rejim yaratmaq müyəssər olsa da, Moskvanın təcavüzü Ukrayna millətçiliyinə təkan verəcək. Özlüyündə bu, Kreml üçün çox qəribə bir qələbə olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA-AZ-da TEXNİKİ FASİLƏ... - DİQQƏT!
Bu gün, 11:38
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru