Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda .....                     Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? .....                     Bank kartı olanlar oxusun .....                     AYNA auditor seçdi .....                     Daha bir vəzifəli şəxsin milyonluq obyekti .....                     "Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" .....                     ETSN bu dəhşətə niyə göz yumur? .....                     AAAF Park-da daha bir özbaşınalıq .....                     “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ .....                     Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                     "Bu şoular ailə dəyərlərini məhv edir" .....                     "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib .....                     “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                     “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub .....                     Erməni lobbisi dinc dayanmır: .....                     “Çakır” Milli Məclis deputatı ola bilər? .....                     Sülh istəyirsənsə, müharibəyə hazırlaş .....                     Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                 

Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Tarix: Bu gün, 00:12 | Çap et

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın mümkün görüşü barədə danışıb. Bu barədə o, Ermənistan Milli Məclisində jurnalistlərə bildirib.

Simonyanın sözlərinə görə, dövlət başçılarının görüşü yaxın vaxtlarda baş tuta bilər. O əlavə edib ki, ölkə rəhbərləri sülh sazişinin imzalanma tarixini müzakirə edəcəklər.

Spiker qeyd edib ki, hazırda İrəvan və Bakı arasında müzakirələr davam edir. Onun sözlərinə görə, bu proseslər sazişin imzalanma vaxtı və yerinin müəyyənləşdirilməsinə yönəlib. Simonyan bildirib ki, tərəflər prosesin davam etdirilməsi barədə razılığa gəliblər.

“İstisna etmirəm ki, yaxın vaxtlarda bu müzakirələr dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində davam edəcək”, – deyə Alen Simonyan vurğulayıb.

Ermənistan parlamentinin spikeri əlavə edib ki, Ermənistan tərəfi və çoxsaylı beynəlxalq tərəfdaşlar sülh sazişinin nəhayət reallığa çevrilməsi üçün zəruri işlər aparırlar.

Maraqlıdır ki, elə həmin gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini açıqlayıb. Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a məlumat verib.

“Cənubi Qafqazda müəyyən müsbət dinamika müşahidə olunur. Bu, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında danışıqların başa çatması və iki dövlət arasında hökumətlərarası sənədin mətni üzrə razılığın əldə olunması barədə bəyanatdır”, – deyə o, KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib. – “Biz sənədin tezliklə imzalanacağına və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə etibarlı yol açacağına ümid edirik”.

KTMT PA Şurasının iclası quruma 2025-ci ildə sədrlik edən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib. İclasa Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin rəhbərlik edib. O, həmçinin KTMT PA-ya da sədrlik edir.

Bəs Simonyanın bu açıqlaması nəyi ifadə edir? Bakı və İrəvanın sülh sazişinin imzalanmasına doğrudan da yaxınlaşdığını göstərən hansısa əlamətlər varmı? Belədirsə, bəs Azərbaycan rəhbərliyinin Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı şərti necə olacaq? Axı bu, qısa müddətdə həll olunan məsələ deyil. Və nə üçün birdən-birə KTMT “Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanması” ilə bağlı narahatlıq ifadə edir?

Pressklub.az-ın suallarına politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu cavab verib.

“Açığı, mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması ehtimalı ilə bağlı o qədər də optimist deyiləm. Çünki bu cür nikbin bəyanatları dəfələrlə eşitmişik. Mesajlar olub, iddialar səslənib ki, artıq hər şey başlayır, guya bütün məsələlər demək olar ki, razılaşdırılıb.

Sonra isə hansısa başqa məqamlar, yeni tələblər, yeni şərtlər ortaya çıxıb. Ona görə də bu prosesin tezliklə baş tutacağına çox skeptik yanaşıram.

Burada sual da çox doğru qoyulub: bəs Azərbaycan rəhbərliyinin Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı tələbini nə edəcəklər? Ermənistan buna gedəcəkmi? Əlbəttə ki, getməyəcək. Hətta əgər referendum keçirilsə belə, bu dəyişikliklərin ümumxalq səsverməsi ilə təsdiqlənməsi də çətin görünür.

Bəs belə olan halda nə olacaq? Heç nə – deməli, sülh sazişi də olmayacaq.

Yaxşı, bəs əgər Azərbaycan rəhbərliyi hansısa səbəbdən bu tələbindən birdən imtina edərsə? Baxın, görün nə qədər sual var”, – tədqiqatçı bildirib.

O deyir ki, bütün bu suallar aydınlaşmayınca, sülh sazişinin imzalanması üçün siyasi iradə də ortada yoxdur və bu baş verməyəcək. “Mən belə düşünürəm. Allah eləsin, yanılım.

Amma Ermənistan parlamentinin spikerinin bəyanatı ilə eyni vaxtda KTMT-nin baş katibinin də belə bir açıqlama verməsi müəyyən narahatlıq doğurur. Ən azı ona görə ki, Rusiya tərəfindən Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına çağırış ediləndə biz heç vaxt real, pozitiv dinamika görməmişik. Və düşünürəm ki, bu dəfə də belə olacaq.

Adətən Moskva belə bəyanatları ya Xarici İşlər Nazirliyi, ya da başqa dövlət institutları səviyyəsində verir. Bu dəfə isə KTMT səviyyəsində səsləndirilir. Bu isə ən yaxşı halda, Rusiyanın sülh sazişinin imzalanmasında vasitəçilik iddiasını nümayiş etdirmək cəhdidir. Yəni Rusiyanın şərtləri çərçivəsində, daha dəqiq desək, Rusiyanın maraqları çərçivəsində.

Bu isə Ermənistana və ya Azərbaycana lazımdırmı? Məncə, yox. Hətta əgər Azərbaycan razılıq versə belə, Ermənistan razılıq verməyəcək, ya da əksinə.

Ona görə də mən sülh sazişinin yaxın vaxtlarda imzalanacağını gözləmirəm. Bu müzakirələr, bəzən neqativ, bəzən pozitiv bəyanatlar, təhdidlər, tələblər – bunların hamısı hələ davam edəcək. Mən prosesi belə görürəm”, – Ərəstun Oruclu vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Dünən, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Dünən, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Dünən, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Dünən, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Dünən, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru