Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                     Bakıda şagird dərs zamanı canlı yayım açdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                     Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi .....                     “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib .....                     TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir .....                     Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... .....                     Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? .....                     Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB .....                     "Xəyanəti və nankorluğu bağışlamıram" .....                     Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib .....                     Sahibkar mağazaya borca görə həmyerlisini döydü .....                     “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” .....                     Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır .....                     Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” .....                     İrana gedən Elminin başına gələn ilginc hadisələr .....                     Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi .....                     Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü .....                     Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son .....                     "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək .....                     HƏQİQƏTİN MATRİSASI: .....                     İran Bakıdan sərhədi açmasını istəyir .....                     Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ .....                 

Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Tarix: Bu gün, 06:08 | Çap et

Məlum olduğu kimi, fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə olub. Bildirilir ki, konstitusiya dəyişikliyi barədə hazırlanmış layihə ilk oxunuşda qəbul olunub. İkinci oxunuş 3 aydan sonra baş tutacaq və layihə bu oxunuşdan da keçərsə, hüquqi qüvvəyə minəcək.


Bəs, Naxçıvanın konstitusiyasına edilən dəyişikliklər nə ilə bağlıdır və hansı zərurətdən doğub?


Siyasi şərhçi Heydər Oğuz bildirib ki, Naxçıvan MR Konstitusiyasında dəyişiklik üçün həqiqətən də zərurət vardı: “Hətta deyərdim ki, Naxçıvan Ali Məclisi bu sahədə xeyli gecikib. Çünki 2022-ci ilin sonlarında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa vermiş və Muxtar Respublikaya yeni rəhbər təyin olunmuşdu. Yeni rəhbər Prezidentin sərəncamı ilə səlahiyyətli nümayəndə qismində öz fəaliyyətinə başlamışdı. Halbuki, Naxçıvan MR Konstitusiyasında faktiki olaraq belə bir post nəzərdə tutulmayıb. Azərbaycan Konstitusiyasına görə isə Prezidentin regionlara öz nümayəndələrini təyin etmək, oralarda bəzi struktur dəyişiklikləri aparmaq səlahiyyətləri var. Məntiqlə, Naxçıvandakı real vəziyyətlə Konstitusiyası arasındakı struktur dəyişikliklərindən doğan fərq aradan qaldırılmalı idi.


Üstəlik, Naxçıvanda aparılan struktur dəyişikliyi təkcə səlahiyyətli nümayəndə institutunun yaradılması ilə də məhdudlaşmırdı. Uzun illərdən bəri Azərbaycanda aparılan bir çox dəyişikliklər Naxçıvandan yan keçmiş, bəzi ləğv olunan nazirliklərin paralel strukturları toxunulmadan saxlanılmışdı. Yeni səlahiyyətli nümayəndə təyin olunandan sonra həmin nazirliklərin bir çoxu ləğv olunmuş, bəziləri komitəyə, Azərbaycandakı strukturlara bağlı baş idarəyə çevrilmişdi. Di gəl ki, bütün bu dəyişikliklər Naxçıvan MR Konstitusiyasında öz əksini tapmamışdı. Nəticədə həmin strukturların fəaliyyət dairəsi müəyyənləşdirilməmiş qalırdı. Bu da istər-istəməz Naxçıvanda hakimiyyət orqanlarının effektli fəaliyyətinə mane olurdu. Xüsusilə də səlahiyyətli nümayəndənin səlahiyyət sahəsi və funksiyası qeyri-müəyyən olaraq qalırdı. Beləcə, bəzən hansı qərarı vermək səlahiyyəti onun, hansının Ali Məclis sədrinin, hansının isə Baş nazirin ixtiyarında olduğu bilinmirdi. Təbii ki, bu qarışıqlıq bəzən qərarvermə mexanizminin işləməsinə mane olur, bəzən hətta hakimiyyət bölgüsü sahəsində lazımsız mübahisələr yaranırdı və ya yarana bilərdi. Sözsüz ki, dövlət mexanizminin normal işləməsi üçün bu ziddiyyətli məqamlar ortadan qaldırılmalı, Naxçıvan Konstitusiyasında hər kəsin səlahiyyət bölgüsü və məsuliyyəti aydın şəkildə öz əksini tapmalı idi. Bu baxımdan Naxçıvan Konstitusiyasında dəyişiklik aparılmasını normal qarşılayır, hətta bir az da gecikmiş addım kimi qiymətləndirirəm”.


MR Konstitusiyasında konkret hansı dəyişikliklər edilməsinə gəlincə, Heydər Oğuzun fikrincə, ilk növbədə Naxçıvan Ali Məclis sədrinin səlahiyyətləri məhdudlaşdırılacaq: “Çünki sözügedən Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan MR-nın ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Maraqlıdır ki, ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti səlahiyyətlərinə malik idi. Yəni həm qanunları qəbul edir, həm də o qanunlarda nəzərdə tutulanların icrası ilə məşğul olurdu. Yəni özü yazıb, özü həyata keçirirdi. Bu isə dövlət qanunvericiliyinin qızıl qaydası sayılan hakimiyyət bölgüsü prinsipinə və həm Azərbaycan, həm də elə Naxçıvan Konstitusiyasının bəzi maddələrinə zidd idi. Heç uzağa getməyək, Naxçıvan MR Konstitusiyasının 3-cü maddəsinə görə, “Muxtar Respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:


qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;


icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;


məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir”.


Üstəlik, bu hakimiyyət qolları öz fəaliyyətlərində müstəqildirlər, digər hakimiyyət qollarının təlimat və göstərişlərini yerinə yetirmirlər. Halbuki, həm qanunvericilik, həm də icra hakimiyyətinin eyni adam tərəfindən icra olunması nəticəısində bu iki orqanın fəaliyyətində hansısa göstərişə belə ehtiyac yaranmır. Ali Məclisin sədri istədiyi qanunu və ya qararı çıxarıb özü də onu icra edə bilərdi. Bu da belə bir sual meydana gətirirdi: o zaman Baş nazirə nə ehtiyac var? Ən əsası isə, indiki reallıqda Naxçıvanda bir də Prezidentin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. Bəs onun səlahiyyəti nədən ibarətdir və Naxçıvanın idarə olunmasında hansı haqlara malikdir? Təbii ki, bütün bu suallar aydınlıq gətirilməli, bəzi müddəalar ixtisar olunmalı idi”.


Heydər Oğuza görə, dəyişdirilməsi nəzər tutulan digər maddələr yəqin ki, Naxçıvan MR Nazirlər Kabineti ilə əlaqədar olacaq. Açığını deyim ki, Naxçıvanda xüsusi səlahiyyətli nümayəndə institutu yarandığı halda Nazirlər Kabinetinin və xüsusilə Baş nazirin funksiyalarının nədən ibarət olması şəxsən mənə çatmır. Eyni funksiyanı həyata keçirən iki orqanın mövcudluğu Leninin məşhur “arabanın beşinci təkəri” aforizmin xatırladır. Məncə, əlavə bürokratik əngəllər yaratmamaq, idarəetmə mexanizmini sadələşdirmək üçün ya Baş nazir postu tamamilə ləğv olunmalı, ya da xüsusi nümayəndəlik institute yaradılmamalıdır. Əks halda, bu iki strukturun eyni anda fəaliyyət göstərməsi bürokratik tıxanıqlığa yol aça bilər. Yəqin ki, dəyişdirilmiş Konstitusiyada bu kimi problemlər də öz

həllini tapacaq”.

Ovqat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru