Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                 

Türkiyə ilə Rusiya arasında yeni gərginlik mərhələsi - TƏHLİL
Tarix: 22-09-2021, 08:06 | Çap et
Türkiyə ilə Rusiya arasında yeni gərginlik mərhələsi
Ankaranın Krımdakı Duma seçkilərini tanımaması Moskvada ciddi narazlığa səbəb oldu; Türkiyənin Azərbaycan və Ukrayna ilə hərbi əməkdaşlığı dərinləşdirməsi Rusiyada narahatlıqla izlənir; Suriyada – İdlib ətrafında da hərarət yüksəlir…

Son illər Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan qeyri-sabit, enişli-yoxuşlu inkişaf tendensiyası bu gün də davam edir. Bu dövlətlərin maraqları əksər regional məsələlərdə toqquşsa da, liderlərin – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin təmkinli və praqmatik yanaşmaları fərqli maraqların və ziddiyyətlərin qarşıdurmaya çevrilməsini əngəlləyir. Başda Suriya məsələsi olmaqla, bir çox istiqamət üzrə tərəflər arasında örtülü gərginlik idarəolunmaz səviyyəyə çatdıqda prezidentlərin görüşü təşkil olunur və bu görüşdə problemlər həllini tapmasa belə, ən azından ya təxirə salınır, ya da müəyyən qarşılıqlı anlayışa nail olunur. Hazırda yenə iki ölkənin toqquşan maraqlarının münasibətlərdə gərginliyi artırmağa başladığı bir dönəmdəyik.

Türkiyənin postsovet məkanına müdaxiləsi, konkret desək, Azərbaycan və Ukrayna ilə əməkdaşlığın siyasi və iqtisadi istiqamətləri ilə yanaşı, hərbi aspektini də son aylarda sürətlə dərinləşdirməsi Moskvada narahatlıqla izlənir. Bu günlərdə Azərbaycanın müxtəlif ərazilərində Türkiyə ilə bərabər keçirilən hərbi təlimlərlə bağlı Moskva öz mövqeyini Bakıya çatdırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə açıqlama versə də, mövqelərinin nədən ibarət olduğunu söyləməyib. Böyük ehtimalla söhbət Laçın dəhlizində, yəni Rusiya sülhməramlı qüvvələrinin postlarının çox yaxınlığında, eləcə də Xəzərdə təşki olunan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən gedir. Rusiyanın bu təlimlərdən narazı qaldığını sezmək mümkündür. Məlum olduğu kimi, İran XİN Xəzərdə türk əsgərlərinin iştirakı ilə keçirilən təlimlərin su hövzəsinin hüquqi statusuna dair Konvensiyaya zidd olduğunu bəyan edib. Rusiya tərəfi də yəqin ki, İranın bu narahatlığını bölüşür.

Türkiyə-Ukrayna strateji tərəfdaşlığının inkişafı da Moskvada narazılıqla qarşılanır. Məlum olduğu kimi, Ukrayna Türkiyədən “Bayraktar TB2” zərbə dronlarının yeni partiyasını almağa hazırlaşır. Türkiyədə ukraynalı hərbçilərə bu dronlardan istifadə qaydaları öyrədilir. Yaxın vaxtlarda Türkiyə Ukrayna ərazisində təlim mərkəzi açacaq və Ukrayna hərbçiləri öz ölkələrində dron texnologiyasının sirlərini türk mütəxəssilərdən öyrənməyə davam edəcəklər. Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 ədəd “Ada” tipli korvetin tikintisi də plan üzrə gedir. İki ölkə arasında azad ticarət zonasına dair müqavilənin hazırlanması da yekun mərhələdədir. Bu dövlətlərarası müqavilə ilə Türkiyə-Ukrayna tərəfdaşlığı yeni səviyyəyə yüksələcək. Krımın ilhaqı məsələsində də Ankaranın mövbeyi birmənalıdır. Türkiyə avqust ayında Kiyevdə keçirilən Krım Platformasının təsis toplantısında xarici işlər naziri səviyyəsində təmsil olundu və bu qurumun həmtəsisçilərindən biridir. Son olaraq, Ankaranın 17-19 sentyabr tarixlərində Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tanımadığını bəyan etməsi Moskvada ciddi narazılıqla qarşılanıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova və prezidentin mətbuat katibi Dmitri Peskov bu gün ard-arda bu məsələ ilə bağlı açıqlama veriblər. Zaxarova bildirib ki, Rusiya Türkiyənin bəyanatını diqqətdən kənar qoymayacaq:

“Türkiyə gözəl bilir ki, Krım Rusiya Federasiyasının suveren tərkib hissəsidir və onu da əla bilir ki, biz heç vaxt bu cür bəyanatları diqqətdən kənarda qoymuruq. Biz müvafiq nəticələr çıxarırıq, bu isə qətiyyən ikitərəfli əlaqələrin xeyrinə olmur”.

D.Peskov da Ankaranın Krımdakı seçkiləri qeyri-legitim saymasının qəbuledilməz olduğunu deyib:

“Biz bu cür bəyanatları qəbul etmirik və türk həmkarlarımıza bunu açıq deyirik. Krım bizim mövqelərimizin diametral ayrıldığı bir mövzudur. Biz Türkiyənin bu mövqeyindən təəssüflənirik, ümid edirik ki, zamanla Türkiyə siyasi iradə göstərərək bu barədə mövqeyini dəyişəcək və sadəcə olaraq, həqiqətə, reallığa hörmət göstərəcək”.

Jurnalistlərdən biri Peskova belə bir sual ünvanlayıb ki, Türkiyə Rusiyanın sərhədlərini tanımırsa, onu dost ölkə saymaq olarmı? Peskov cavabında bildirib ki, Türkiyə Rusiyanın tərəfdaşıdır və fikir ayrılıqlarının olması ikitərəfli əlaqələrin inkişafına və bir sıra regional məsələlər üzrə qarşılıqlı fəaliyyətə mane olmur: “Bu qarşılıqlı fəaliyyət davam etməlidir. Fikir ayrılığına səbəb olan məsələlər üzrə biz Türkiyə tərəfi ilə işləyib, mövqeyimizi izah edərək gez-tez mövqeləri yaxınlaşdırmağa nail olacağımıza ümid edirik”.

Hazırda Suriyada – İdlib bölgəsində hərarətin artması müşahidə olunur. Son günlər Rusiya hərbi aviasiyası orada Türkiyəyə yaxlın silahlı qruplara ardıcıl zərbələr endirir. Bombardmanlar Türkiyə sərhədlərinin, eləcə də Suriyadakı türk hərbi kontingentinin yerləşdiyi məntəqələrin çox yaxınlığında həyata keçirilir. Əsəd rejiminin İdlibi geri almaq üçün hərbi əməliyyata hazırlaşdığı sirr deyil. Bəşər Əsədin ötən həftə Moskvaya qəfil səfəri və Putinlə görüşünün bununla əlaqədar olduğu bildirilir. Putin həmin görüşdə bəzi ölkələrin Suriya ərazisində qanunsuz hərbi mövcudluğunu əsas problem kimi qeyd etdi. Onun ABŞ və Türkiyəni nəzərdə tutduğu sirr deyil.

Ankara bu proseslərdən ciddi narahatdır. Çünki İdlib əməliyyatı Türkiyəyə doğru növbəti qaçqın axını yaradacaq, bu isə ölkə daxilində qaçqınlarla bağlı mövcud olan narazılığı partlayış həddinə çatdıra bilər. İdlibdə təxminən 3 milyon adam məskunlaşıb. Bu sayda adamın Türkiyəyə axını prezident Ərdoğan və Ak Parti hökumətinin onsuz da aşağı düşən reytinqini tamamilə məhv edə bilər. Bundan başqa, əməliyyat İdlibdəki türk əsgərlərinin həyatını da təhlükəyə atacaq və ölkə rəhbərliyi güman ki, onların geri – ölkəyə qayıtması barədə göstəriş vermək məcburiyyətində qalacaq. Bu da prezident Ərdoğanın nüfuzuna növbəti zərbə ola bilər. Bu səbəblərdən Ankara Əsəd rejimi qüvvələrinin İdlibə hücumunu yolverilməz sayır. Yeni qaçqın dalğasından qorxan Avropa Buirliyi də bu məsələdə Türkiyə ilə paralel düşüncəyə sahibdir.

Bütün bu məsələlərin yaxın günlərdə Putin və Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə olunacağı gözlənilir. Necə deyərlər, görüş yetişib.

Müəllif: Şahin Cəfərli
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01
Simonyan arvadından boşandı
Bu gün, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru