"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" .....                     AHİK qiymətlərlə "oynayır"? .....                     Astara rəsmən ÖZBAŞINA QALIB .....                     Araz Paşayev kimin maraqlarını güdür? .....                     Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? .....                     "Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" .....                     Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır .....                     "Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" .....                     İranın Turan QORXUSU .....                     Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü .....                     Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi .....                     İran, Rusiya, Ermənistan üçbucağı çat verib .....                     "Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" .....                     Putin Trampa bu “güzəşt”i təklif edəcək .....                     ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq .....                     “İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” .....                     Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib .....                     Gözdən əlil şəxsin şikayəti təmin olunmadı .....                     “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu .....                     Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib .....                     Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” .....                     AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı .....                     Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? .....                     4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ .....                     Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: .....                     Bakı və Ankara koordinasiyanı gücləndirir .....                     “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb .....                     Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir .....                     Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                     Məhur aparıcıdan şok ETİRAF .....                     Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib .....                     Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib .....                     Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin .....                     “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” .....                     Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək .....                     “Xalq Həyat”da təyinat olub .....                 

General Haftər daha bir şəhəri ələ keçirdi – Türkiyə-Liviya müharibəsi başlayacaqmı?
Tarix: 8-02-2020, 08:27 | Çap et
General Haftər daha bir şəhəri ələ keçirdi
Türkiyə prezidenti R.T.Ərdoğanın kəskin qarşı çıxdığı, Rusiya və ərəb dövlətləri tərəfindən dəstəklənən general Xəlifə Haftər Liviyada daha bir şəhəri ələ keçirib.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Haftərin ələ keçirdiyi Sirtə şəhəri paytaxt Tripolidən 400 km uzaqda yerləşir.

Paytaxt Tripolidəki Milli Sövdələşmə Hökuməti Sirtə şəhərində dinc sakinlərin atəşə məruz qaldıqlarını bəyan edib.

Qeyd edək ki, bu ayın əvvəlində Liviyanın böyük bir hissəsini nəzarətdə saxlayan general xəlifə Haftər Misirə səfər etmiş və bu ölkənin prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşmüşdü. İki gün davam edən səfər zamanı Liviya diktatorunun öz həmkarından hərbi dəstək istədiyi bildirilmişdi. Məlumata görə, Haftər öz istəyini Türkiyənin Liviyaya əsgər göndərməsi ehtimalı ilə əsaslandıraraq demişdi: “Bizə lazımi hərbi dəstək versəniz, Türk əsgəri Liviyaya gələnə qədər bütün ölkəni öz nəzarətim altına alaram. Türkiyə ordusu sərhədlərimizə çatanda müharibə bitmiş olar”.

General Haftər həmçinin, Misir liderindən Türk hərbi birliklərinin Liviyaya müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq burumları səfərbər etməsini və rəsmi Ankaraya siyasi təzyiqlər göstərməsini istəmişdi.

Sual oluna bilər: Liviya generalının Türkiyədən nə alıb-verə bilmədiyi var?

Türkiyə ilə Liviyanın böyük hissəsinə nəzarət edən general Haftər hakimiyyəti arasında ziddiyyətlər əslində bu iki ölkənin heç birinə çox da aid olmayan səbəbdən qaynaqlanır. Bildiyimiz kimi, bir neçə il bundan əvvəl Şərqi Aralıq dənizində zəngin qaz və neft yataqları kəşf olunmuşdu. İsrail, Misir, Yunanıstan və Cənubi Kipr Rum şirkətlərinin həmin ərazidə birgə başladığı qazma-kəşfiyyat fəaliyyətləri Türkiyənin sərt təpkisnə yol açmışdı. Rəsmi Ankara bu ərazilərin bir hissəsini Şimali Kiprin su sərhədlərinə daxil olduğunu vurğulayır, ya onun da haqqının verilməsini, ya da bu kəşfiyyat işlərinin dayandırılmasını istəyirdi. Kəşfiyyat aparan şirkətlər isə bu iddianı qəbul etmirdilər.

Müzakirələrin getdikcə qızışdığı bir şəraitdə rəsmi Ankaraya Liviyadan gözləmədiyi bir təklif gəldi. İkiyə bölünmüş ölkənin əzəli paytaxtını əlində tutan Milli Sövdələşmə Hökumətinin baş naziri Fəyyaz əl-Sərrac Türkiyədən hərbi yardım istəyir, bunun müqabilində isə Şərqi Aralıq dənizində enerji hasilatı müqavilələri bağlayacağını vəd edirdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dəvətilə ötən il 27 noyabrda İstanbula gələn Fəyyaz əl-Sərrac ilə “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılması” müqaviləsi imzalandı və Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat-qazma işləri aparmaq hüququnu sənədləşdirdi. Qeyd edək ki, Şərqi Aralıq dənizindəki qaz sahəsi ən geniş sərhəddə sahib olan ölkə kimi Liviyanın su ərazilərinə yaxın bölgədə yerləşir. Beynəlxalq qanunlara əsasən, neytral sularda yaxın ərazilərdə yerləşən ölkələr hər kəsdən daha çox qazma-kəşfiyyat işləri aparmaq haqqına malikdirlər. Başqa dövlətlər burada fəaliyyətlərini davam etdirmək üçün həmin ölkələrlə razılaşmalıdırlar. Fəyyaz əl-Sərracın bu təklifi Türkiyəyə qaz sövdələşməsində ciddi üstünlük qazandırırdı.

Amma ortada başqa problemlər var. Əvvəla, imzalanan bu saziş mübahisəyə açıqdır. Yunanıstan və Cənubi Kirp Türkiyə-Liviya razılaşmasının 1982-ci il tarixli Beynəlxalq Dəniz Konvensiyasının zidd olduğunu, bölgədə yerləşən Girit, Rodos, Kerpe və Meis adalarının dəniz sahələrini və suverenlik hüquqlarının gözardı edildiyini düşünürlər. Ankara isə bu fikirlər razılaşmır. Türkiyənin fikrincə, beynəlxalq hüququn su sahəsinə yanaşması mürəkkəbdir və müqavilə imzalanarkən bir çox amillər göz önünə alınıb. Belə ki, su sərhədləri müəyyənləşdiriləndə adaların xüsusi mövqelərinə, sahil uzunluqlarına, yerləşdikləri coğrafiyaya baxılmalıdır və beynəlxalq qanunvericiliyə görə, ikitərəfli müqavilələrdə adalara heç bir dəniz sahəsi verilmir. Tərəflər arasındakı bu mübahisələrin beynəlxalq məhkəmələrə qədər daşıması ehtimalı var və Şimali Kipr bu niyyətdə olduğunu gizlətmir. Bu da istər-istəməz məhkəmə qərarı çıxanadək Türkiyəni ləngidə bilər.

İkincisi, Liviya bütöv deyildi və ölkənin şərqi bir çox dünya dövlətləri tərəfindən tanınan xəlifə Haftərin nəzarəti altında idi. Üstəlik, Haftər Liviyanın bütün ərazilərini ələ keçirmək üçün vətəndaş müharibəsinə start vermişdi. Dolayısıyla, Milli Sövdələşmə Hökuməti ilə bağlanan bu müqavilənin qüvvədə qalması üçün ilk öncə Fəyyaz əl-Sərrac hökuməti öz mövcudluğunu qorumalıdır. Türkiyə bu məqsədlə də açıq şəkildə Milli Sövdələşmə Hökumətini dəstəklədi. Bu addım Haftərin narazılığına səbəb oldu və Liviya Milli Ordusunun (Haftərə bağlıdır) sözçüsü Əhməd Mismari Türkiyəyə qarşı müharibə elan etdi. Əhməd Mismarının bu bəyanatı Türkiyədə də ciddi rezonans yaratdı. Ötən ayın 2-də toplanan Türkiyə Böyük Millət Məclisi Türk ordusunun Liviyaya girməsinə icazə verən qərar çıxardı. Bu da dünyanın bir çox dövlətlərinin narahatlığına səbəb oldu, xüsusilə də Rusiyanın.

Şərqi Aralıq dənizində ziddiyyətlərin müharibəyə çevrilməsi nəticəsində isti dənizlərə yeganə çıxış qapısı olan (Qara dəniz-Aralıq xəttində) İstanbul boğazının bağlanacağından ehtiyatlanan və əslində bütün çanaqların onun başında çatlaması üçün planlaşdırıldığını düşünən Rusiya münaqişənin həllinə girişdi. Yanvarın 8-də Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqlarda tərəfləri barışdırmaq üçün razılıq əldə olundu. Hər iki prezidentin atəşkəs çağırışına ilk müsbət cavab elə həmin gün Fəyyaz Sərrafdan gəldi. Atəşkəs çağırışlarına əvvəl əhəmiyyət verməyən Haftər də Rusiyanın təzyiqilə yanvarın 12-də bu təklifi qəbul etməli oldu və bir gün sonra tərəflər Moskvada görüşdülər. Türkiyə və Rusiya rəsmilərinin də iştirak etdiyi görüşlər nəticəsiz başa çatdı. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın açıqlamasına görə, oyunu pozan Haftər olmuşdu: “O, əvvəl irəli sürülən təkliflərlə razılaşmış, amma sonra Moskvadan qaçmışdı”.

Beləcə, hər şey “sıfır nöqtəsinə” qayıtmış və yanvarın 15-də general Haftər atəşkəs müddətinin bitdiyini elan etmişdi. Üzərindən iki həftə keçəndən sonra ərəb və İsrail mediasında onun Misirə getdiyi və Susi ilə hərbi yardım danışıqları apardığı yayılmışdı. Üzərindən cəmi 5 gün keçdikdən sonra isə Tripolinin 400 kilometrliyindəki Şirtə şəhərinin Haftərə bağlı Liviya Milli ordusu tərəfindən alındığı bildirilmişdi.

İlk baxışdan 400 km. xeyli çox görünsə də, ərazisi Türkiyədən 3 dəfə böyük və 80%-i heç bir canlının yaşamadığı səhralıqdan ibarət olan Liviyada üçün bu, o qədər də uzaq məsafə hesab edilmir. Bu mənada Haftərin son hədəf hesab olunan Tripolinin tam burnunun ucunda dayandığını bəllidir. Zatən Misir prezidenti Susi ilə görüşündə də general Hafter yetərli hərbi yardım alacağı təqdirdə 2 günə Tripolini ala biləcəyini bildirmişdi. Belə görünür ki, o yardım alınıb və Türkiyə tərəfindən dəstəklənən Fəyyaz əl-Sərraf hakimiyyətini sayılı günləri qalıb. Türkiyə bir az da ləngisə, həqiqətən, ordusu Liviya sərhədlərinə gələnədək müdafiə edəcəyi kimsə qalmayacaq.

Bəs, Türkiyə prezidenti bu addımı atacaqmı?

R.T.Ərdoğanın Moskvadakı məlum sülh danışıqlarından sonra dilə gətirdiyi fikirlər onun bu məsələdə xeyli ciddi olduğunu göstərir. Üstəlik, Şərqi Aralıq dənizinə hərbi dəniz donanmalarını göndərmək və Rusiyanın isti dənizlərə açılan qapısını bağlamaq üçün ABŞ-a da bu bəhanə lazımdır.

Qeyd edək ki, bu yazı dərcə hazırlandığı sırada Liviyadan gələn xəbərlərdə Hafter ordusunun artıq Tripolidənin dünyaya açılan qapısı sayılan Mitiga aeroportunu bombalamağa başladığı bildirilirdi.

Heydər Oğuz

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58
AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56
Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52
Araz Paşayev kimin maraqlarını güdür? - Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir
Bu gün, 06:47
Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Bu gün, 06:42
"Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH
Bu gün, 06:40
Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır - elə bilir ki, Gəncə də ən böyük kənddir...
Bu gün, 06:35
"Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
İranın Turan QORXUSU - Görünəni odur ki...
Bu gün, 06:23
Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü - ADLAR
Bu gün, 06:19
Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24
İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22
"Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18
Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16
ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Dünən, 18:01
Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Dünən, 17:55
Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:50
AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Dünən, 17:44
Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Dünən, 17:42
4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Dünən, 17:38
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Dünən, 17:30
Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Dünən, 17:26
“Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Dünən, 17:05
Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Dünən, 16:57
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Dünən, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Dünən, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Dünən, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Dünən, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Dünən, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Dünən, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Dünən, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Dünən, 15:40
“Xalq Həyat”da təyinat olub
Dünən, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Dünən, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Dünən, 15:28
“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Dünən, 15:21
“Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Dünən, 15:14
Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Dünən, 15:06
Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Dünən, 14:59
Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Dünən, 14:57
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Dünən, 14:50
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Dünən, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru