Yeni ABŞ prezidenti Rusiyayla neyləyə bilər?
Tarix: 17-10-2016, 11:20 | Çap et
 В«Rusiya ətrafındakı ölkələri özünün əməliyyat zonası hesab edirВ». Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi Robert D.Kaplan В«The Wall Street JournalВ»da belə yazır.
YAXŞI FÜRSƏT
Müəllif yeni ABŞ prezidentinin Rusiyayla bağlı aparmalı olduğu siyasətin istiqamətlərini cızmağa çalışır. O yazır ki, hazırda Avrasiyadakı iki böyük avtoritar rejimdən ən təhlükəlisi Rusiyadır. Müəllif Çinin də materik ətrafındakı sulara hakim olmaq istədiyini, amma buna tədricən, ABŞ-la müharibəyə girmədən nail olmağa çalışdığını, Çinin В«soyuqВ», ancaq Rusiyanın В«istiВ» təcavüz göstərdiyini deyir. Və müəllifin fikrincə, indi bu В«isti təcavüzkarВ»a çox əlverişli şərait yaranıb. Çünki indiki ABŞ administrasiyası fəal görünmür, yeni prezident hələ gəlməyib, yəni Putin-in müharibə siyasətində tarazlığı istədiyi istiqamətdə dəyişməyə bundan yaxşı fürsət ola bilməz.
Ekspert yazır ki, hazırda Rusiyanın iqtisadi durumu Çininkindən pisdir, bu isə o deməkdir ki, Rusiya liderlərinin millətçiliyi önə çəkməyə daha çox ehtiyacı var. Problem odur ki, qərbdəkilər bunu anlamır və tarixən formalaşmış təhlükə və etimadsızlıq, qorxu hissi rusların təcavüzünü daha kobud, həyasız, qanlı və riskli təcavüzə çevirir. Çin mübahisəli adalarda dəmiryolu çəkib, mübahisəli sulara balıqçı donanmaları göndərdiyi halda, Rusiya Ukraynaya xizəkçi maskası geymiş qatillər, Suriyaya isə kaset bombaları göndərir.
Müəllif Rusiyanın hazırda 4 zonaya –Baltik dənizi, Qara dəniz hövzəsi, Ukrayna və Suriyaya müdaxilə etdiyini, amma bütün bunların Moskvadan ötrü bir anlam daşıdığını vurğulayır. Yəni hamısı В«yaxın sərhədВ»dir, keçmişdə Sovet İttifaqının təsir dairəsi hesab olunub. Və indi, müəllifin fikrincə, Putin bütün bu zonalara müdaxilə ilə ABŞ-ın təzyiqini idarə etməyə çalışır. Məsələn, ABŞ ona Suriyada təzyiq göstərməyə çalışırsa, Putin ABŞ-a Baltikyanı ölkələrdə cavab verir.
​ƏN BÖYÜK SUAL
Robert D.Kaplan yazır ki, əslində indi ABŞ Hələbin vəziyyətini yüngülləşdirə bilər, bunu hərbi mütəxəssislər də təsdiqləyər. Amma bir şeyi unutmaq olmaz; Dəməşqdəki rejimi devirməklə ölkənin şimalında vəhşi təcavüzü önləmək arasında böyük fərq var.
Xarici siyasət məsələsində yeni ABŞ prezidentinin qarşısında dayanacaq ən böyük sual budur: ABŞ Baltik dənizindən Suriya səhralarına qədərki təsir vasitələrini necə quracaq? Yəni Rusiyayla danışıqlarda strateji nəticəyə nail olmaqdan ötrü ABŞ harada dayanmalıdır?
Müəllifin fikrincə, indiki dövlət katibi John Kerry diplomat rolunu oynamır, missiya yerinə yetirir. Robert D.Kaplan yazır ki, Kerry-nin siyahısında Amerika maraqları deyil, sadəcə, danışıqların keçirilmə sırası qeyd olunur. В«Görünür, dövlət katibi xarici siyasətdə maraqların dəyərlərdən öndə olduğunu anlamırВ», - ekspert belə deyir.
В«SİYASƏT GÜCÜ ƏVƏZLƏMİRВ»
Müəllifin fikrincə, Qərbin Suriyaya müdaxiləsi təhlükə yaradırsa, ABŞ əsgərlərinin Avropaya qayıdışı, Fars körfəzinə əlavə qüvvənin yerləşdirilməsi Putin-i Suriyada daha mülayim davranmağa vadar edə bilər. Rusiyaya Şərqi və Mərkəzi Avropada ciddi təzyiq göstərməklə ABŞ Rusiyanı vacib danışıqlar masasına çəkməyə şərait yaratmış olar. Digər tərəfdən, müəllif Suriyanın regional müharibə zonasına çevrildiyini, ona görə də digər region ölkələrinin – Türkiyə, İran, Səudiyyə Ərəbistanının da məsələyə cəlb edilməli olduğunu vurğulayır, deyir ki, siyasət gücü əvəzləmir, amma güclə birgə istifadə edilməlidir.
Rusiyanın ABŞ-a kiber-hücumunun müharibə həddinə çatdığını deyən ekspert yeni prezidentin bu sahədə də ciddi iş görməli olduğunu yazır.
В«Mən realistəm və reallıq budur ki, Rusiyanın yaxın sərhədlərə təcavüzü güc balansını pozub və bu təcavüzə bəzən konkret cavab verilməlidirВ» - Robert D.Kaplan belə yazır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Bu gün, 19:26 |
|
|
|
• Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Bu gün, 19:21 |
|
|
|
• "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Bu gün, 17:42 |
|
|
|
• Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Bu gün, 17:29 |
|
|
|
• Bu da RUS MUNDARLIĞI... - VİDEO
Bu gün, 17:26 |
|
|
|
• Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Bu gün, 17:21 |
|
|
|
• Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19 |
|
|
|
• "İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11 |
|
|
|
• Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09 |
|
|
|
• “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06 |
|
|
|
• Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01 |
|
|
|
• Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48 |
|
|
|
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28 |
|
|
|
• Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26 |
|
|
|
• Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20 |
|
|
|
• Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16 |
|
|
|
• Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01 |
|
|
|
• "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58 |
|
|
|
• Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54 |
|
|
|
• Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49 |
|
|
|
• Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45 |
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
|