Ramiz Mehdiyev həbs edildi .....                     DOST Agentliyində yeni təyinat həyata keçirilib .....                     "Xalq Bank"ın xalis mənfəəti 5 %-ə yaxın azalıb .....                     Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifət cəbhəsi parçalayır .....                     Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək .....                     Əliyev-Makron görüşündə ilginc detal: .....                     ATƏT sədri sülhə görə Nikol Paşinyanı təbrik etdi .....                     İlin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür .....                     "Domino's Pizza"nın qazancı azaldı .....                     Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb .....                     374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub .....                     İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər” .....                     Rusiyanın Qafqazda məğlubiyyətinin səbəbləri .....                     DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı .....                     Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı .....                     Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı .....                     40 min ölüm, 64 min doğum, 2152 əkiz, 78 üçəm... .....                     “Eşidir, görür, amma danışa bilmir” .....                     Məktəbdə döyülən şagirdin atası danışdı .....                     Guya ATƏT var idi ki? .....                     “Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” .....                     Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. .....                     Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” .....                     Əhali dərmana niyə 1 milyard manat xərcləyib? .....                     "Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" .....                     TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı .....                     Rusiyanı NATO-suz da uda bilərik .....                     “Premium Bank”da yeni təyinat .....                     RabitəBank İFLAS HƏDDİNDƏ... .....                     “Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb .....                     «Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB .....                     Ruslar məşhur azərbaycanlı kəşfiyyatçını öldürdü .....                     ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb, .....                     Aparıcı "Kontakt Home"u rüsvay etdi .....                     Paşinyanın ƏSAS rəqibi azərbaycanlı olacaq? .....                     Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir... .....                     Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir? .....                     Əliyevlə mühüm razılaşma: .....                     Putin Tokayevlə telefon danışığı aparıb .....                     Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” .....                 

AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA
Tarix: 6-02-2012, 11:51 | Çap et
AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA

“ÖLKƏMİZİ MƏZHƏB SAVAŞINA SÜRÜKLƏMƏK İSTƏYİRLƏR”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bölgədəki son hadisələr fonunda məzhəb ayrı-seçkiliyinin artdığını və Azərbaycanı da bu qovğanın içinə sürükləmək cəhdlərinin olduğunu bildirib.

Elxan Şahinoğlu “Media forum” saytına açıqlamasında bu işin başında İranın dayandığını deyib: “Tehran Suriyadakı rejimi ona görə müdafiə edir ki, Əsəd ailəsi ələvidir. Belə çıxır ki, Əsəd Suriyadakı çoxluqdan, sünnilərdən olsaydı, Tehran onu müdafiə etməyəcəkdi. Tehran sözdə islam həmrəyliyindən danışır, ancaq Suriyada günahsız insanların qırılmasına göz yumur. Halbuki Tehran Tunis, Misir və Liviyadakı olayları təqdir etdiyini bildirir, bununla avtoritar rejimlərin çökdüyünü vurğulayır. Ancaq söhbət Suriyadakı qarşıdurmaya çatdıqda Tehran bunun arxasında Qərbdəki imperialist qüvvələrin, sünni əhalisi olan dövlətlərin – Qətər, Türkiyə və digərlərinin dayandığını iddia edir.

İran İraqda da eyni siyasəti yürüdür. Baş nazir Əl-Malikini sadəcə şiələrin təmsilçisi olduğu üçün müdafiə edir, onu tənqid edənləri isə görməzliyə vurur. Tehranın bu siyasəti bircə Azərbaycana münasibətdə fərqlidir. O, torpaqları işğal altında olan Azərbaycan dövlətini müdafiə etməkdənsə işğalçı Ermənistana dəstəyini əsirgəmir. Yəni işinə yaradığı təqdirdə Tehran “şiə təəssübkeşliyindən” kənara çıxaraq müsəlman torpaqlarını işğal edən xristian dövlətə qucaq açmağa da hazırdır”.

İraq və Suriyadakı proseslərin sünni-şiə qarşıdurmasını bir az daha dərinləşdirdiyini deyən analitik təhlükənin miqyasının getdikcə atdığına diqqət çəkib: “İraqın şiə baş naziri ölkə prezidentinin müavini, sünni məzhəbinə bağlı Tarik Haşiminin həbsinə qərar verməsi ilə vəziyyəti bir az daha qəlizləşdirdi. Doğrudur, Haşimi həbs olunmayıb, ancaq onun ölkənin şimalında, kürdlərin nəzarəti altındakı Süyemaniyyədə qərar tutması da İraqa yaxşı heç nə vəd etmir. Tarik Haşimini Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan da müdafiə edir. Haşimi Bağdaddın ona qarşı irəli sürdüyü terrora dəstək ittihamını rədd edərək Kərkükdə mühakimə olunmasını istəyir.

Suriyada ələvi rejimin ölkənin əsas narazı vətəndaşları olan sünniləri hədəfə alması və qətliamların miqyasını artırması bölgədə məzhəb ayrı-seçkiliyini daha da dərinləşdirir. Aydındır ki, Suriyadakı sünnilərin qətliamına nə Türkiyə, nə də ərəb ölkələri seyrçi qala bilər”.

Elxan Şahinoğlu məzhəb mənsubiyyətinə görə bəzən yanlış şərhlərin verildiyini də söyləyib: “Türkiyədə nəşr olunan “Habertürk” qəzetinin yazarı Fateh Altaylı son yazılarının birində qeyd edib ki, Azərbaycan şiə dövləti olduğuna görə Azərbaycan məzhəb savaşında Türkiyəyə qarşı İranın yanında olacaq. Müəllif Türkiyədə peşəkar köşə yazarı və televizyonçu kimi tanınsa da, görünür, Azərbaycanı, Azərbaycan-İran münasibətlərini və İrandakı mövcud durumu yaxından izləmir. Yazar gerçək vəziyyətlə tanış olsaydı, Azərbaycanın Türkiyənin yanında yer almayacağını yazmazdı.

Fransanın Türkiyəyə qarşı siyasətində rəsmi Bakının Ankaraya gözlənilən dəstək vermədiyini biz də tənqid edirik, ancaq bu amil iki strateji müttəfiqin fərqli cəbhələrdə yer almasına da dəlalət etmir. Rəsmi Bakı Ankara ilə münasibətlərdə məsafə saxlaya bilər və bu, yanlış siyasətdir. Ancaq bu o demək deyil ki, rəsmi Bakının alternativ seçimi İrandır. Azərbaycan prezidenti hansı məzhəbdən olursa olsun onun İrandakı indiki rejimi və onun planlarını dəstəkləməsi nə obyektiv, nə də subyektiv səbəblərdən mümkündür. Türk millətinin sünnisi var, şiəsi də, xristianı da. Ancaq bu o anlama gəlmir ki, sunni türklər ərəblərə, şiə türklər İrana, xristian türklər isə mütləq Qərb dünyasına bağlı olmalıdırlar.

Bu gün Azərbaycanın tək müttəfiqi var, o da Türkiyədir. Azərbaycan xalqı da Türkiyənin əleyhinə formalaşan və ya formalaşa biləcək heç bir qrupda, ittifaqda yer almaz. Əks halda Azərbaycan dövlətinin varlığı sual altında qalar. Azərbaycan orta əsrlərə qayıdası deyil ki, kiminləsə ittifaq və ya strateji müttəfiqliyi məzhəb əsasında seçsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev həbs edildi - Bu MADDƏ İLƏ....
Bu gün, 22:19
DOST Agentliyində yeni təyinat həyata keçirilib - ƏMR
Bu gün, 22:17
"Xalq Bank"ın xalis mənfəəti 5 %-ə yaxın azalıb
Bu gün, 18:07
Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifət cəbhəsi parçalayır -AÇIQLAMA
Bu gün, 18:01
Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:56
Əliyev-Makron görüşündə ilginc detal: - Bakı əsas “silah”ından imtina edir?
Bu gün, 17:52
ATƏT sədri sülhə görə Nikol Paşinyanı təbrik etdi
Bu gün, 17:47
İlin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür - GƏLİŞMƏ
Bu gün, 17:42
"Domino's Pizza"nın qazancı azaldı
Bu gün, 17:38
Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb - TƏFƏRRÜAT
Bu gün, 17:36
374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub
Bu gün, 17:26
İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər” - TƏFƏRRÜAT
Bu gün, 17:15
Rusiyanın Qafqazda məğlubiyyətinin səbəbləri - Kreml ideoloqu Burenkovun açıqlamaları
Bu gün, 17:11
DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı - QƏRAR
Bu gün, 17:01
Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı - Sərəncam
Bu gün, 16:59
Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı – “Stadion xəstəlik və təhlükə mənbəyinə çevrilib...” (FOTO)
Bu gün, 16:50
40 min ölüm, 64 min doğum, 2152 əkiz, 78 üçəm... - Bu ilin statistikası
Bu gün, 16:36
“Eşidir, görür, amma danışa bilmir” – 6 ildir komadan çıxmayan Oqtay Gülalıyevin SON DURUMU
Bu gün, 16:29
Məktəbdə döyülən şagirdin atası danışdı - “Huşu başından çıxana qədər döyüb, sonra da...”
Bu gün, 16:27
Guya ATƏT var idi ki? - REAKSİYA
Bu gün, 16:18
“Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” - AÇIQLAMA
Bu gün, 16:17
Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. - Dövlət Gömrük Komitəsində kürsü savaşı
Bu gün, 16:11
Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” - İLGİNC
Bu gün, 16:06
Əhali dərmana niyə 1 milyard manat xərcləyib? - AKTUAL
Bu gün, 15:56
"Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" - deputat
Bu gün, 15:54
TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı - TƏFƏRRÜAT
Bu gün, 15:46
Rusiyanı NATO-suz da uda bilərik - Poroşenko
Bu gün, 15:43
“Premium Bank”da yeni təyinat - bu vəzifəyə...
Bu gün, 15:41
RabitəBank İFLAS HƏDDİNDƏ... - Mənfəət yox... ZİYAN ARTIR...
Bu gün, 15:38
“Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb
Bu gün, 15:35
«Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB - BUNDAN SONRA...
Bu gün, 15:33
Ruslar məşhur azərbaycanlı kəşfiyyatçını öldürdü - VİDEO
Bu gün, 15:29
ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb, yeni tarix üzərində iş aparılır
Bu gün, 15:26
Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı
Bu gün, 15:23
Paşinyanın ƏSAS rəqibi azərbaycanlı olacaq? – Rusiya onu qabağa versə...
Bu gün, 15:16
Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir... - ONA GÖRƏ DƏ...
Bu gün, 15:11
Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir? - GÜNÜN SUALI...
Bu gün, 15:07
Əliyevlə mühüm razılaşma: - Paşinyan Ermənistanda bu məsələyə nöqtə qoydu
Bu gün, 15:05
Putin Tokayevlə telefon danışığı aparıb
Bu gün, 13:08
Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” – Onlar niyə vuruşur?
Bu gün, 13:02
Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb - Ermənistan xarici işlər naziri
Bu gün, 12:52
Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək
Bu gün, 12:51
Putindən ermənilərə mesaj - Paşinyanın “sirri” ifşa edildi
Bu gün, 12:44
Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq - ATƏT sədri
Bu gün, 12:40
“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:35
Dövlət qurumu 40 milyon manata nələr alıb? - SİYAHI
Bu gün, 12:34
İrəvanın yeni cığallığı: - 42 kilometri də biz tikəcəyiksə...
Bu gün, 12:26
Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:23
"Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" - deputat
Bu gün, 12:16
Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru