DİNİ KOMİTƏDƏN İRANA AÇIQ İTTİHAM
Tarix: 31-01-2012, 14:34 | Çap et
“BU ÖLKƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİNƏ ZİDD FƏALİYYƏTLƏ MƏŞĞULDUR”
Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzində - Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyi İran tərəfindən kobud şəkildə pozulur. APA-nın məlumatına görə, burada əhalinin - “Hüseyniyyə” məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad tərəfindən moizələr oxunur. Əslində, bu yer İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. APA-nın əməkdaşının apardığı müşahidələr nəticəsində məlum olub ki, Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir.
APA-nın əməkdaşı “Hüseyniyyə”-də çəkiliş aparmaq istəsə də, buranın yetkililəri sayılan İran vətəndaşları çəkilişə icazə verməyərək, bunun üçün İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejaddan icazə alınmasını məsləhət görüblər. Lakin ərazidə olan Seyid Əli Əkbər Ocaqnejad çəkilişə icazə verməyib, üstəlik jurnalistin suallarını cavablandırmaqdan imtina edib.
APA “Hüseyniyyə”-nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu göndərib. DQİDK-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Hüseyniyyə” xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. “Hüseyniyyə”-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyyə” namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanuna görə QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: “Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyi üçün ora təyinat da olmayıb”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ramiz Mehdiyev həbs edildi - Bu MADDƏ İLƏ....
Bu gün, 22:19 |
|
|
|
• DOST Agentliyində yeni təyinat həyata keçirilib - ƏMR
Bu gün, 22:17 |
|
|
|
• "Xalq Bank"ın xalis mənfəəti 5 %-ə yaxın azalıb
Bu gün, 18:07 |
|
|
|
• Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifət cəbhəsi parçalayır -AÇIQLAMA
Bu gün, 18:01 |
|
|
|
• Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:56 |
|
|
|
• Əliyev-Makron görüşündə ilginc detal: - Bakı əsas “silah”ından imtina edir?
Bu gün, 17:52 |
|
|
|
• ATƏT sədri sülhə görə Nikol Paşinyanı təbrik etdi
Bu gün, 17:47 |
|
|
|
• İlin sonuna qədər sülh razılaşmasının imzalanması tamamilə real görünür - GƏLİŞMƏ
Bu gün, 17:42 |
|
|
|
• "Domino's Pizza"nın qazancı azaldı
Bu gün, 17:38 |
|
|
|
• Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb - TƏFƏRRÜAT
Bu gün, 17:36 |
|
|
|
• 374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub
Bu gün, 17:26 |
|
|
|
• İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər” - TƏFƏRRÜAT
Bu gün, 17:15 |
|
|
|
• Rusiyanın Qafqazda məğlubiyyətinin səbəbləri - Kreml ideoloqu Burenkovun açıqlamaları
Bu gün, 17:11 |
|
|
|
• DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı - QƏRAR
Bu gün, 17:01 |
|
|
|
• Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı - Sərəncam
Bu gün, 16:59 |
|
|
|
• Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı – “Stadion xəstəlik və təhlükə mənbəyinə çevrilib...” (FOTO)
Bu gün, 16:50 |
|
|
|
• 40 min ölüm, 64 min doğum, 2152 əkiz, 78 üçəm... - Bu ilin statistikası
Bu gün, 16:36 |
|
|
|
• “Eşidir, görür, amma danışa bilmir” – 6 ildir komadan çıxmayan Oqtay Gülalıyevin SON DURUMU
Bu gün, 16:29 |
|
|
|
• Məktəbdə döyülən şagirdin atası danışdı - “Huşu başından çıxana qədər döyüb, sonra da...”
Bu gün, 16:27 |
|
|
|
• Guya ATƏT var idi ki? - REAKSİYA
Bu gün, 16:18 |
|
|
|
• “Kitabımı oxumayıb mənimlə şəkil çəkdirirlər, belə getsə kitab oğurlayacam” - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib?.. - Dövlət Gömrük Komitəsində kürsü savaşı
Bu gün, 16:11 |
|
|
|
• Nazirin adamına sərt sual: “Kababa gəlmişdiz?” - İLGİNC
Bu gün, 16:06 |
|
|
|
• Əhali dərmana niyə 1 milyard manat xərcləyib? - AKTUAL
Bu gün, 15:56 |
|
|
|
• "Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi" - deputat
Bu gün, 15:54 |
|
|
|
• TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı - TƏFƏRRÜAT
Bu gün, 15:46 |
|
|
|
• Rusiyanı NATO-suz da uda bilərik - Poroşenko
Bu gün, 15:43 |
|
|
|
• “Premium Bank”da yeni təyinat - bu vəzifəyə...
Bu gün, 15:41 |
|
|
|
• RabitəBank İFLAS HƏDDİNDƏ... - Mənfəət yox... ZİYAN ARTIR...
Bu gün, 15:38 |
|
|
|
• “Azər-Türk Bank”ın sədrinin səlahiyyət müddəti başa çatıb
Bu gün, 15:35 |
|
|
|
• «Azər Türk Bank»a yeni Baş risk inzibatçısı TƏYİN EDİLİB - BUNDAN SONRA...
Bu gün, 15:33 |
|
|
|
• Ruslar məşhur azərbaycanlı kəşfiyyatçını öldürdü - VİDEO
Bu gün, 15:29 |
|
|
|
• ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb, yeni tarix üzərində iş aparılır
Bu gün, 15:26 |
|
|
|
• Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı
Bu gün, 15:23 |
|
|
|
• Paşinyanın ƏSAS rəqibi azərbaycanlı olacaq? – Rusiya onu qabağa versə...
Bu gün, 15:16 |
|
|
|
• Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir... - ONA GÖRƏ DƏ...
Bu gün, 15:11 |
|
|
|
• Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir? - GÜNÜN SUALI...
Bu gün, 15:07 |
|
|
|
• Əliyevlə mühüm razılaşma: - Paşinyan Ermənistanda bu məsələyə nöqtə qoydu
Bu gün, 15:05 |
|
|
|
• Putin Tokayevlə telefon danışığı aparıb
Bu gün, 13:08 |
|
|
|
• Pakistanı “Taliban”la savaşa təhrik edən “Təhrik-e Taliban” – Onlar niyə vuruşur?
Bu gün, 13:02 |
|
|
|
• Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb - Ermənistan xarici işlər naziri
Bu gün, 12:52 |
|
|
|
• Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək
Bu gün, 12:51 |
|
|
|
• Putindən ermənilərə mesaj - Paşinyanın “sirri” ifşa edildi
Bu gün, 12:44 |
|
|
|
• Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq - ATƏT sədri
Bu gün, 12:40 |
|
|
|
• “Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:35 |
|
|
|
• Dövlət qurumu 40 milyon manata nələr alıb? - SİYAHI
Bu gün, 12:34 |
|
|
|
• İrəvanın yeni cığallığı: - 42 kilometri də biz tikəcəyiksə...
Bu gün, 12:26 |
|
|
|
• Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:23 |
|
|
|
• "Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" - deputat
Bu gün, 12:16 |
|
|
|
• Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:14 |
|
|
|
|