Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                 

“2012-Cİ İL XOŞMƏRAMLI DEYİL”…
Tarix: 26-01-2012, 13:24 | Çap et
“2012-Cİ İL XOŞMƏRAMLI DEYİL”…

MƏŞHUR EKSTRASENS NƏDƏN BU İLLƏ BAĞLI EHTİYATLI DANIŞIR?

Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayevin müsahibələri, açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Ekstrasensin ötən ilin dekabrında Azərbaycan mətbuatına verdiyi 2012-ci illə bağlı "qanlı" proqnozlarla dolu olan son müsahibəsi də xüsusilə yaddaqalan oldu. Biz də həmin proqnozlardakı maraqlı məqamları nəzərə alaraq ondan daha ətraflı danışmasını xahiş etdik. Beləliklə, yeni ildə Z.Rzayevin nələrdən danışdığını bilmək istəyirsinizsə, müsahibəni oxumağınız yetər...

- Bu il üçün çox bədbin proqnozlar səsləndirmisiniz. Doğrudanmı, dediyiniz kimi, "2012-ci il qanlı il" olacaq?

- Mən verdiyim proqnozlarla qorxu yaratmaq istəmirəm. Bəzən yanlış yanaşmalara görə ümumiyyətlə proqnoz vermək istəmirəm. Ancaq deməyəndə də haqqımda başqa cür düşünürlər. Bəli, mən yenə də deyirəm ki, bu il o qədər də rahat keçməyəcək, xoşməramlı olmayacaq. Daha başqaları kimi iddia etmirəm ki, "bu il dünyanın sonudur, qiyamət günü olacaq". Əslində, mən həmişə belə iddialara qarşı olmuşam. Mənim konkret gördüyüm, dediyim budur ki, 2012-ci il aqressiv ildir, çoxlu müharibələr, münaqişələr gözlənilir, böyük dağıntılara səbəb olacaq zəlzələlər, təbii fəlakətlər görürəm. Ona görə də bütövlükdə 2012-ci il qanlı il sayıla bilər, əsasən də, Cənubi Amerika, Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliyanı təbii fəlakətlər gözləyir. Şimali Amerikanın cənubunda qasırğa və izahını verə bilmədiyim qırmızı işıq görürəm.

Mənim gördüklərimin əksəriyyəti artıq öz təsdiqini tapır. Məsələn, Yaponiyada böyük fəlakətə səbəb olacaq sunaminin və bu ölkənin şərq hissəsində zəlzələlərin olacağı ilə bağlı verdiyim proqnozlar özünü çox gözlətmədi. Eləcə də proqnozlarımın birində İranın paytaxtında partlayış olacağını gördüyümü demişdim. Məlum olduğu kimi, bu yaxınlarda Tehranda törədilmiş qanlı terror nəticəsində İranın məşhur nüvə alimi Mustafa Əhmədi Rövşən və daha bir nəfər həlak oldu.

Mən bu siyahını uzatmaq istəmirəm, çünki artıq bu barədə mətbuatda dəfələrlə yazılıb. Amma onu bir daha təkrarlamaq istəyirəm ki, Yer kürəsi kosmosdan çox acınacaqlı görünür.

- Ötən il noyabrın 10-da 30 yaşınız tamam oldu. Əgər xatirinizdədirsə, ad günündən bir gün əvvəl sizinlə Moskvada görüşmüşdük. Yubiley münasibətilə sizi təbrik edəndə yarızarafat, yarıciddi dediniz ki, "qanımı qaraldırsınız, ad günlərim mənimçün ən qəmli anlarımdan biridir". Amma bunun niyə belə olduğu barədə sualıma o zaman cavab verməmişdiniz. Bəlkə indi bu barədə danışasınız?

- Doğrudan da, mən öz ad günümü sevmirəm. Amma ötən il yubiley olduğu üçün məni ad günümü keçirməyə dostlarım məcbur elədilər. Mən də onların sözünü yerə salmadım, Moskvanın məşhur klublarının birində Rusiyanın tanınmış şou-biznes nümayəndələri ilə birlikdə və dostlarımın əhatəsində yubileyimi qeyd etdik.

- Eşitdiyimə görə, ad gününüzə 60-a yaxın xarici telejurnalist, KİV nümayəndəsi qatılıb. Onları özünüz dəvət eləmişdiniz, yoxsa özləri xəbər tutub gəlmişdilər?

- Onlar məni öz verilişlərinə dəvət eləmiş şəxslər idi, televiziya işçiləriydi. Yəni məni tanıyanlardı, xəbər tutmuşdular ki, ad günümdür, gəlmişdilər. Həmin gün onların gəlişinə görə içimdə böyük bir həyəcan yaşadım, görəsən, qonaqları yerləşdirə biləcəyəmmi. Şükürlər ilsun ki, hər şey ürəyimcə oldu. Sualınızın əsas mabədinə-ad günümlə bağlı qanımın qaralması məsələsinə gəlincə, bunun səbəbi var. Mən hər günümə, dəqiqəmə qiymət verən, yaşamağı ürəkdən sevən insanam. Həyatda baş verən proseslərə yanaşmada mənim özümün şəxsi fəlsəfəm var: ad günüm məni həm qocaldır, həm də ölümə bir addım yaxınlaşdırır. Ona görə qanım qaralır, sevmirəm ad günümü.

- Deməli, 30 yaşı qocalıq hesab edirsiniz?

- Mənimçün hə, qocalıq saymaq olar.

- Belə qərara gəlməyinizin səbəbi nədir?

- Çətin sualdı. Bu suala cavab vermək istəmirəm.

- Bir vaxtlar uzun yaşamayacağınızı demişdiniz. Bəlkə ad günlərinizdə qəmgin olmağınız bundan dolayıdır?

- Açıq desəm hə, onunla bağlıdı. Ancaq bu barədə danışanda anam həddən artıq narahat olur, ağlayır. Ona görə bunu dilimə gətirmirəm.

- Deməli, siz öz gələcəyinizi görürsünüz?

- "Gələcəyimi görə bilmirəm" demək ekstrasens üçün acizlikdir. O sözü şarlatanlar ortaya atıblar ki, elmin qınağına tuş olmasınlar. Amma əslinə qalsa, Vanqa, Nostradamus və başqaları da öz gələcəklərini bilmişlər. Təbii ki, hər şeyi bilmək mümkün deyil. Bu, Tanrının istədiyi qədər mümkündür.

- Adama öz həyatının sonunu əvvəlcədən görməsi çox dəhşətli gəlir...

- Təbii ki, ağırdır. Amma mən sizə demədim ki, öz həyatımı bütünlüklə görürəm. Bir insanın həyatını tamlığıyla görmək mümkün deyil. Taleyimə aid müəyyən nüanslar var ki, onları görürəm. Bəziləri deyir ki, mən hər şeyi bilirəm: yerin altını da, üstünü də. Bu iddiadır, günahdır, haramdır. Bəyənilməyən bir fikirdir, insanda ikrah hissi doğurur. Ancaq elə şeylər var ki... Məsələn, həkimə demək olmaz ki, o, ölünü dirildir. Həkim hər şeyi edə bilir, amma çox şeyi edə bilmir. Bu nöqteyi nəzərdən yanaşıram. Ona görə də, mən öz taleyimlə bağlı hər şeyi yox, çox şeyi bilirəm.

- Bu mənada bəzən başqalarının da taleyini demək çətin olar, yəqin. Yəni elə şeylər olur ki, onu demək olmur adama...

- Məni fəaliyyətimdə ən çox incidən bu nüanslardır. Bəzən görürsən elə adamlar olur ki, hətta doğru olsa belə, onların barəsindəki ürəkaçmayan fikirləri deyə bilmirəm. Bəzən görürəm ki, insan hazır deyil bu cavabı eşitməyə, məcbur olub onu müxtəlif formalarda çatdırıram.

- Son aylar işlərinizdə, həyatınızda nə kimi dəyişikliklər baş verib?

- Oğlum Ruslanın 2 yaşına adlamasını saymasaq, həyatımda elə bir ciddi dəyişikliklər olmayıb. Ancaq şükür Allahın verdiyinə, ekstrasens kimi kömək elədiyim insanların duaları mənimçün yenilikdi, dəyişiklikdi. Bunlar məni sevindirir. Hər gün daha bir sevindirici xəbər almaq mənimçün xoşdur. İşimdə isə uğurlarım çoxdur...

- Bir ara ekstrasensliklə məşğul olmaq istəmədiyinizi, başqa sahə seçəcəyinizi bildirmişdiniz. Amma hələ də ekstrasens kimi fəaliyyət göstərirsiniz...

- Mənim belə bir iddiam var. İnşallah, müəyyən məqama çatandan sonra fikrim var ki, fəaliyyətimi məhdudlaşdırım. Ancaq tam imtina etmək fikrim yoxdur, fəaliyyətimi 90-95 faiz dayandırmaq istəyirəm. Ekstrasenslik mənimçün çox ağırdı, çətindi, həm mənəvi, həm də maddi cəhətdən. Ona görə də planlarım var, əgər o planları həyata keçirə bilsəm, ekstrasenslik fəaliyyətimi məhdudlaşdıracağam.

- Bəlkə bununla bağlı başqa səbəblər var? Məsələn, tutaq ki, ekstrasenslik eləməyə sizin daha əvvəlki enerjiniz qalmayıb...

- Əksinə, mən əvvəlki vaxtlarla müqayisədə özümü indi daha güclü, daha enerjili hiss edirəm. Əvvəllər çox müraciətlər olurdu, heç kimə imtina eləmirdim, hər yerə gedirdim. Amma indi elə deyil, artıq müəyyən qədər öz fəaliyyətimi qiymətləndirirəm, özümün qayğıma qalıram. Məhz bu baxımdan enerjim, istirahətim yerindədi. Bu da məni sevindirir.

- Demək, məşhur olandan sonra belə qərara gəlmisiniz?

- Deyərdim ki, ağıllanandan sonra belə bir qərara gəlmişəm. Çünki məşhurluq başqa şeydir. Ümumiyyətlə, hesab elədim ki, mənim ailəm var, uşaqlarım var, ona görə də özümü çox xərcləməməliyəm, məhv etməməliyəm. Hər bir şeyin bir həddi-hüdudu olduğu kimi, Zirəddin Rzayevin də özünün işləmə qabiliyyəti var. O saat kimi bütün gecə və gündüzü fasiləsiz işləyə bilməz. Çalışıram ki, gecələri az təmasda olum, insanlarla az-az görüşüm. Amma əvvəllər elə olurdu ki, bəzən istirahət günləri də fəaliyyət göstərirdim, xahişlərə, müraciətlərə görə gecə saat 3-ə, 4-ə kimi işləyirdim. Artıq buna qadağa qoymuşam.

- Sizcə, ektrasenslik elmdi, yoxsa..?

- Ekstrasenslik əslində vergidir. Mənə görə, vergi insanın öz istəyi ilə əldə edə bilmədiyi bacarığa deyilir. Bu, şəxsən Zirəddin Rzayevin vergiyə verdiyi tərifdir. Vergi elm deyil, ancaq elm vergi deməkdir. Məsələn, Məhəmməd peyğəmbərin (s.ə.s) müəllimi, savadı olmamışdı. Ancaq gəlin görək, biz bu gün Peyğəmbəri alim adlandıra bilərikmi?

- Bildiklərinə görə, bəlkə də adlandırmaq olar...

- Təbii, çox məntiqi cavabdır. Peyğəmbərimizin müəllimi, savadı olmaya-olmaya, yetimliklə bu mərtəbəyə çatması, əlbəttə ki, ilahi vergiydi. Elm peyğəmbər deyil, ancaq peyğəmbər elmdir. Ona görə də, mən vergini elmdən kənar və elmin tərkibində məhdudlaşdıra bilmirəm. Fəlsəfi bir mübadilə var, elmlə ektrasensorikanın fəlsəfi mübadiləsi.

- Maraqlıdır, həyatınızın indiki mərhələsindən razısınız?

- Yox, konkret olaraq yox.

- Niyə?

- Çətin sualdı.

- Hər çətin sualın da bir cavabı var axı...

- Doğrudan, çətin sualdı, ümumiyyətlə, həyatımdan razı deyiləm. Məni bu həyata bağlayan, sevdirən təkcə ailəm, balalarımdı. Övladlarımı həyatımda nail olduğum ən böyük uğurlarım hesab edirəm.

- Bəs siz nəyi əldə etmək istəyirdiz ki, onu bu günədək əldə etmədiyinizdən belə narazısınız?

- Fəlsəfi bir cavab verəcəm sizə. Həyatda o zaman rahat olardım ki, indiki zamanədə yaşamazdım, başqa dünyada yaşayardım. Mən bir insan, bir Zirəddin kimi yaşadığımız bu dünyaya adaptasiya ola bilmirəm. Belə yaşamaq mənimçün çətindi.

- Demək istəyirsiniz ki, siz öz əsrinizdən tez doğulmusunuz, əslində 22-ci əsrdə doğulmalı idiniz?

- Nə deyim, bəlkə, doğrudan da belədir. Mən bu barədə daha heç nə demək istəmirəm.

- Sizin qabiliyyətinizə, ektrasenslik fəaliyyətinizə kölgə salan, əks fikirlər səsləndirən, sizə inanmayan, haqqınızda birmənalı düşünməyənlərə nə deyərdiniz?

- Sizə bir nümunə deyim: məsələn, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həm iqtidar, həm də müxalifət var və hər ikisi bir-birinin əksidirlər. Bu, normal haldır. Əgər bir ölkədə təkcə iqtidar olsaydı, müxalifət olmasaydı, yaxud da əksinə, bu, ədalətsizlik olardı. Bu mənada bu gün Zirəddin Rzayevə inananların olub, inanmayanların olmaması da ədalətsizlik, ilahi qanunauyğunluğa zidd olardı. Məni sevənlər də var, sevməyənlər də. Allah hamısının köməyi olsun. Axı, məni hamı ekstrasens kimi qəbul edə bilməz. Allahın özünə də inanmayanlar, inkar edənlər var. Mən həmişə tənqidi normal, təhqiri aqressiya ilə qarşılayıram. Tənqid olmasa inkişaf da olmaz. Həmişə tərif eşitsən, bu səni durğunluğa gətirib çixarar. Ancaq söhbət Zirəddin Rzayevin şəxsiyyətindən, fəaliyyətindən gedirsə, mən məşğul olduğum sahədə öz sözümü demiş və möhürümü vurmuş olsam da, özümə, işimə kifayət qədər tənqidi yanaşan adamam. Hər gün öz-özümə tənqid dolu suallar ünvanlayıb, cavabını verirəm. Bir vaxtlar Lev Tolstoy da oxucularının adından özünə tənqidi məktublar yazarmış...

- Qarşıdakı illər üçün planlarınız nədir?

- Bir neçə ölkədən maraqlı təkliflər almışam, onların üzərində fikirləşirəm. Təkliflərdən biri Amerika şirkətlərindən gəlib. Həmin şirkət istəyir ki, gücümü onlara isbat eləyim, sonra birgə fəaliyyət göstərək. Bu yaxınlarda şirkətin nümayəndələri ilə növbəti dəfə görüşüb yekun qərar qəbul edəcəyəm.

- Maraqlı təklifdi, yəqin ki, təklif ekstrasenslik fəaliyyətinizlə bağlı olar?

- Bəli.

- Bir neçə il öncə sizə Almaniyadan da neftlə bağlı təklif eləmişdilər. Axırı necə oldu?

- Orada işlər çox yaxşı gedirdi, müsbət nəticələr də vardı. Çox təəssüf edirəm ki, 2 şirkət arasında yaranan konflikt bu işimizi axıradək davam etməyə imkan vermədi.

Xanoğlan Əhmədov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa lider böhranı ilə üzləşib - Professor
Bu gün, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Bu gün, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Bu gün, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Bu gün, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Bu gün, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Bu gün, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Bu gün, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Bu gün, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Bu gün, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Bu gün, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Bu gün, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Bu gün, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Bu gün, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Bu gün, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Bu gün, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru