"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? .....                     "Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" .....                     Bakıda daha bir İran aşiqi həbs edildi .....                     Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır .....                     "Xaricdən maşın sifariş versəm, bundan tez gələr" .....                     "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" .....                     İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... .....                     Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, .....                     Məcnun Məmmədovun unikal kadrları .....                     Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... .....                     Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib .....                     Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                 

Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir... - Sabiq baş həkimə işdən çıxması üçün 2 gün möhlət verildi
Tarix: 27-02-2024, 11:47 | Çap et
Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir...
Ötən ilin iyul ayında ləğv olunaraq Respublika xəstəxanasına calaq edilən keçmiş Naxçıvan MR Kardiologiya Mərkəzinin baş həkimi Ramin Hacıyevə öz xahişi ilə işdən uzaqlaşmaq barəsində ərizə yazmaq möhləti verilib.

Ovqat.com-a bu barədə Naxçıvan kardioloqlarından biri bildirib.

Məlumat qaynağımızın məlumatına görə, onun fevralın 29-na qədər vaxtı var. Bu müddət ərzində özü ərizə yazmasa, baş həkimi şəxsi işinə bir daha heç bir yerdə işləməyəcək dərəcədə ağır maddə yazıb işdən qovacaqlar

Qeyd edək ki, Ramin Hacıyev 1995-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 2002-ci ildə bu ali məktəbi bitirib. Məzun olduqdan sonra Naxçıvana qayıdan Ramin Hacıyev 2010-cu ildə Muxtar Respublikada səhiyyənin vəziyyətini yüksəltmək məqsədi ilə Türkiyəyə uzmanlı təhsili almağa göndərilib. Mütəxəssislərin fikrincə, Vasif Talıbovun 27 illik hakimiyyəti dövründə yeganə müsbət addımı kimi tarixə düşən bu qərarı çərçivəsində həmin il ixtisaslarını artırmaq üçün hər tibb sahəsi üzrə 1 nəfər olmaqla Türkiyəyə göndərilən 5 həkimdən biri də Ramin Hacıyev olub. 6 il Türkiyədə uzmanlıq kursu keçən Ramin həkim daha sonra yenidən Naxçıvana qayıdıb və 2019-cu ildə Muxtar Respublika Kardioloji Mərkəzin baş həkimi vəzifəsinə gətirilib. İşlədiyi dövrdə, təbii ki, “xan” standartlarından çox da kənara çıxa bilməsə belə, bacardığı qədər Kardioloji mərkəzdə müalicə və cərrahiyyə işinin səviyyəsini yüksəltməyə çalışıb.

Maraqlıdır ki, Ramin Hacıyevlə bərabər Türkiyədə təhsil almağa göndərilən 5 nəfərdən 2-si – bir haqqında danışdığımız şəxs, bir də Respublika xəstəxanasının sabiq baş həkimi Zəbur Bağırov, əvvəlcədən planlaşdırılan məqsədə müvafiq olaraq yüksək vəzifəyə gətirilib. Digər 3 uzman həkim müxtəlif basqılara məruz qalaraq Naxçıvanı tərk etmək məcburiyyətində qalıb.

“Xan” rejimi “canişin” rejimi ilə əvəz edildikdən sonra az-çox uzmanlıq təhsili görən bu iki həkim də vəzifədən uzaqlaşdırılıb. Səhiyyədən çox “xan” siyasətinin təbliğinə vaxt ayıran və bu səbəbdən də Naxçıvan MR Ali Məclisinin deputatı mandatını alan Zəbur Bağırov 20 iyun 2023-ci il tarixində işdən azad olunub. Üzərindən bir ay keçəndən sonra isə, yəni 23 iyul 2023-cü ildə Ramin Hacıyevin rəhbərlik etdiyi Kardiologiya Mərkəzi ləğv olunaraq bu tibb ocağı Respublika xəstəxasına birləşdirilib. Naxçıvan MR Ali Məclisinin bu qərarından sonra Ramin Hacıyev avtomatik olaraq baş həkimdən şöbə müdirinə çevrilib.

Kardioloji Mərkəz Respublika xəstəxanasının bir şöbəsinə çevrildikdən sonra bu mərkəzdə işləyən həkimlərin qara günləri başlayıb. Ürək şikayəti ilə xəstəxanaya müraciət edənlərin əməliyyatı keçmiş Kardioloji Mərkəzdə aparılıb, daha sonra onlar təcili yardım maşınlarına mindirilərək Respublika xəstəxanasına gətirilir və müxtəlif şöbələrinin palatalarına yerləşdirilir. Xüsusilə də xəstəxananın Acil şöbəsinə. Beləcə, Respublika xəstəxanasının da əvvəlki iş tempi də pozulub.

Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir...

Amma bu da “nizamsızlıq” da uzun sürməyib. Bir müddətdən sonra Kardioloji Mərkəzdəki tibb aparatları müəmmalı şəkildə xarab olur və nəticədə Naxçıvanda ürək əməliyyatları aparılmaz hala gəlir. Sözsüz ki, bu “islahat”lar Ramin Hacıyevin də etirazlarına yol açır. Nəticədə onun əvvəlki işindən uzaqlaşdırılmasına qərar verilir.

Bəs 2 gündən sonra işdən ya öz xahişi, ya da yarasız fəaliyyəti ittihamı ilə uzaqlaşdırılması gözlənilən Ramin Hacıyevi kim əvəz edə bilər?

İnformasiya mənbəmizin iddialarına inansaq, Ramin Hacıyevin yerinə hazırlanan şəxsin adı indidən bəllidir – Nail Mehbalıyev.

Nail Mehabalıyevin ən böyük üstünlüyü hazırda Naxçıvan Səhiyyə naziri vəzifəsini icra edən Samiq Sadıxovun tələbə yoldaşı olmasıdır. O da Samiq Sadıxov kimi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. İki tələbə yoldaşından biri (Samiq Sadıxov) göz həkimi, digəri (Nail Mehbalıyev) isə pediatr olub. Müxtəlif ixtisas sahiblərinin eyni auditoriyada necə mütəxəssisləşməsinə təəccübləndinizmi? Təəccüblənməyin, türklər demişkən, orası Naxçıvandır. Hətta NDU-nun hüquq fakültəsini bitirib 14 il ombudsmanlıq edən biri birdən-birə ginekoloq kimi Perinatal Mərkəzinə baş direktor vəzifəsinə təyin olunarsa, göz həkimi ilə uşaq həkiminin eyni partada oturub eyni müəllimlərin mühazirələrini dinləməsinə niyə qulp qoyursunuz? Axı onlara dərs deyən müəllimlər də düşündüyünüz kimi, Azərbaycan Tibb Universitetinin hansısa sahədə uzmanlaşmış alimləri də olmayıblar. Bəziləri hətta həşəratlar üzrə elm xadimləridir.

Naxçıvanın səhiyyəsi həkimsizləşdirilir...

Amma necə deyərlər, igidin canını al, haqqını danma. İnsafən, Nail həkim ombudsmanlıqdan birbaşa ginekoloqluğa sıçrayan həmkarlarından fərqli olaraq, Kardiologiya şöbəsinə müdirliyə hazırlaşmaq üçün bir neçə ay kurs alıb. O artıq rahatlıqla Naxçıvan əhalisinin ürəyində öz dəlləkliyini, pardon, həkimliyini sınaqdan çıxar bilər. Necə olsa, əməliyyatlara girən hər kəs ölüm kağızına qol çəkir və başına bir şey gəlsə, öz taleyindən inciyəcək. Təbii ki, əgər sağ qalıb inciməyə macal tapsa.

O da bildirilir ki, Nail həkim hələ təyinatını almadan gələcək vəzifəsində işə başlayıb. Hər gün şöbəyə gəlib işçilərinə bəzi göstərişlər, əmrlər verir. Düz də edir. Koroğlu demişkən, 40 günə əmələ gələn dəyişim 39 günə də baş verə bilər.

Aldığımız məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz digər qaynaqlar da faktı təsdiqlədilər. Naxçıvanda hazırda həkim işləyən mənbələrimizdən biri belə əndrəbadi hadisələrin Muxtar Respublika səhiyyəsi üçün olduqca adi hala çevrildiyini bildirdi. Mənbəmizin iddiasına görə, Muxtar Respublika səhiyyəsində bir pediatrın kardiologiya şöbəsinə müdir təyin olunmasından daha betər hadisələr də var və nədənsə biz media orqanları bunu görmürük. Məsələn, onlardan biri Bakıda işlədiyi müxtəlif vəzifələrdən qovulan Günəş Qədimova adlı birisinin Naxçıvan MR Səhiyyə Nazirliyinə kadrlar şöbəsinə müdir təyin olunmasıdır. Günəş xanımın işgüzar fəaliyyəti Samiq Sadıxovun o qədər xoşuna gedib ki, nazirlikdəki bu vəzifəsindən başqa ona Respublika xəstəxanasının müdir müavinliyini də həvalə ediblər.

“Naxçıvan səhiyyəsində ən çox əzilən kollektiv Respublika xəstəxanasının həkimləridir. İndi də onların başı üstündə bir də “qaranlıq Günəş” peyda olub, başlayıb həkimlərə hədə-qorxu gəlməyə. Maraqlıdır ki, qarşısındakıları əzməyə çalışan bu insan öz keçmişinə niyə dönüb baxmır? Son zamanlar Naxçıvan səhiyyəsində vəzifəyə gətirilən insanlar demək olar ki, dələduzluq üstündə işdən qovulanlardır. Bunlar Bakıdan hansı səbəbə gətirilib görəsən? Yerli həkimlər qat-qat artıq işləyib 1000 manat aldıqları halda, Acildə təkbaşına xəstə baxmağı bacarmayıb yanında iki həkim aparan biri niyə 4000 manat maaş alır? Maraqlı burasıdır ki, səhifədə ayağı amputasiya olan xəstəni, “sağlam evə göndərdim” yazan həkimin yalan paylaşımına niyə irad bildirilmir?

Heç bir uzmanlıq təhsili, iş təcrübəsi olmayan, tək üstünlüyü səhv diaqnoz qoyub ağırlaşmalarla nəticələnən müalicə aparan birinə bu qədər maaş verilməsinin səbəbi nədir? Ayda 4000, 8000, 10000 maaş alanların nə iş gördüyü araşdırılsın, məncə. Bizlər haqqımız olan sığorta pulumuzu almadığımız halda niyə ikili standarta yol verilir?”, - həmsöhbətimiz bildirib.

Onsuz da Naxçıvanda artıq həkim qıtlığının yaşandığını vurğulayan mənbəmiz Samiq Sadıxovun rəhbərliyi altında bu diyarda ümumiyyətlə səhiyyə sisteminin çöküşə sürükləndiyini iddia edir. “Məqsəd yerli təcrübəli həkimləri burdan qaçırmaqdırsa, məncə, buna tezliklə nail olacaqlar”, - deyə həmsöhbətimiz fikrini belə yekunlaşdırdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Bu gün, 08:57
Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:53
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru