İran Rusiya təbii qazının Azərbaycan vasitəsilə tədarükünün yaxın müddətdə başlanacağına ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib.
"Ümid edirik ki, bu, yaxın müddətdə baş tutacaq. Hazırda "Qazprom"la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Lakin qiymətlə bağlı ortaq məxrəc tapmaq lazımdır. Əgər bu məsələ də həll olunarsa, hər şey işə düşəcək", - o qeyd edib.