Azərbaycanda səhiyyə sistemi ÖLÜB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                 

“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Tarix: Bu gün, 00:21 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümünə həsr olunmuş bəyanatında keçmiş Dağlıq Qarabağ ərazisinə iddiaları ifadə edən bu sənədin sovet hakimiyyətinin təqdim etdiyi vətənpərvərlik modelinə əsaslandığını qeyd edib. Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmaları əldə etdikdən və Qarabağa mümkün iddialardan əl çəkəndən sonra yalnız indi real müstəqilliyə nail olub.

Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olan respublikanın adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılıb, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi yaradılıb. Mətndə isə onun SSRİ-dən çıxmasından (1919-cu il dekabrın 19-da Ermənistanın tərkibindən çıxmasından) bəhs edilmir. Mətndə həmçinin “Ermənistan SSR-nin və Dağlıq Qarabağın yenidən birləşməsi” qeyd olunur, baxmayaraq ki, Qarabağ birbaşa “erməni ərazisi” elan olunmur.

Paşinyan deyib ki, Bəyannamənin müddəaları “qəbul edilərkən Ermənistanda siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsi ifadə edilib”.

“Bu hisslər də öz növbəsində, Sovet İttifaqının ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modelinə əsaslanırdı”, - Paşinyan vurğulayıb.

"Bu sənəd müstəqil dövlətçiliyimizin - Ermənistan Respublikasının yaradılması prosesinin əsasını qoydu. Bəyannamə mahiyyət etibarı ilə, qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini əks etdirdi, cəmi iki il əvvəl başlanmış və özünün zirvəsinə çatan “Qarabağ hərəkatı”nın möhürünü daşıdı və yeni müstəqil Ermənistan Respublikasının əsas xüsusiyyətlərini əvvəlcədən müəyyənləşdirdi. Məhz belə oldu. Çünki Bəyannamənin əsas ideoloji müddəaları bir-birinə zidd idi və Sovet İttifaqının 1950-ci illərdən etibarən “Dəmir pərdə”nin qurulması və “Soyuq müharibə”nin başlanması kontekstində yavaş-yavaş, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə edirdi”, - deyə Baş nazir əlavə edib.

Paşinyan qeyd edib ki, SSRİ-nin ermənilər üçün formalaşdırdığı bu vətənpərvərlik modeli İkinci Dünya müharibəsində NATO ilə qarşıdurmaya girmiş qalib dövlətin cənub-qərb istiqamətindəki ambisiyalarını əks etdirirdi: “Digər tərəfdən, bu model Ermənistan SSR daxilində vətənpərvərlik istəklərinin yerli şəkildə reallaşmasının qarşısını almaq, lakin onları xaricə yönəltmək üçün nəzərdə tutulmuşdu. Bu ideologiya onilliklər boyu kitablar, filmlər, tamaşalar, teatr tamaşaları vasitəsilə bizə təlqin edildi və bu şəkildə formalaşan sosial-psixologiyamız “Qarabağ hərəkatı”na gətirib çıxardı. Biz hamımız bu sosial-psixologiyanın daşıyıcısı idik. Sovet İttifaqının yaratdığı bu sosial-psixologiya 1990-cı illərdə Ermənistan Respublikasında formalaşmış nəsillərə ötürülür və bu sosial-psixologiyanın dərin və şüuraltı məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğunun strateji cəhətdən mümkünsüzlüyü idi. Çünki ilkin olaraq müstəqil kontekstdə münaqişəli bir ölkə qurula bilməz”.

Paşinyan bəyan edib ki, o “Qarabağ hərəkatı”nın davam etdirilməsinin ölkə üçün fəlakətli olacağı qənaətinə gəlib: “Biz Ermənistanın müstəqilliyinin qorunub saxlanması və reallığa çevrilməsi strategiyasını seçmişik və bu strategiyanın ifadəsi “Real Ermənistan”ın ideologiyasına çevrilib. Bunun çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma mümkün olub, Türkiyə ilə real dialoq gündəmi mümkün olub, Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərimiz dərinləşir. Və biz dünya üçün real və maraqlı tərəfdaşa çevrilirik”.

Maraqlı məqam odur ki, Paşinyanın müraciətində Rusiyanın adı çəkilmir.

Avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə görüşdə Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizi haqqında saziş imzalayıblar. Nəqliyyat dəhlizi “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” adlandırılacaq.

Görüşdən sonra Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsinin mətni də dərc olunub. Orada Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarından, eləcə də bir-birinə güc tətbiq etməkdən imtina edirlər. Azərbaycan bundan əvvəl də Müstəqillik Bəyannaməsinə istinadların Ermənistan Konstitusiyasından çıxarılmasında israr etmişdi. Paşinyan bəyan edib ki, bu istinadları ehtiva etməyən yeni konstitusiya qəbul olunacaq.

Şərhçilər qeyd edirlər ki, ABŞ-ın sülh prosesində əsas rolu Rusiyanın bu regionda siyasi çəkisinin və təsirinin kəskin şəkildə aşağı düşdüyünü göstərir.

Müəllif: Turan Abdulla

Ayna.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda səhiyyə sistemi ÖLÜB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
23-08-2025, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
23-08-2025, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
23-08-2025, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
23-08-2025, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
23-08-2025, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru