Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib .....                     Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                 

Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Tarix: Bu gün, 06:44 | Çap et

Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatın və korrupsiyanın strukturlaşmış formalarından biri sayılan saxta şirkətlərin fəaliyyəti, artıq təkcə iqtisadi deyil, sosial və mənəvi təhlükə kimi qiymətləndirilməlidir.

Son aylarda üzə çıxan faktlar, bu qanunsuzluqların yeni, daha amansız bir mərhələyə keçdiyini göstərir: narkotik aludəçiləri, psixoloji pozuntusu olan şəxslər və ölüm ayağında olan onkoloji xəstələr bu şəbəkənin vasitəsinə çevriliblər. Üstəlik, bu hallar illərlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də qarşısı alınmayıb və aidiyyəti qurumlar, xüsusilə Gömrük Komitəsi, Vergilər nazirliyi. İdxal-İxrac Baş İdarəsi hərəkətsiz qalır, baş verənlərə ciddi yanaşmırlar.

Strukturlaşdırılmış maxinasiyalar: Kimlər və necə istifadə olunur?

Son dövrlərdə ictimaiyyətə açıqlanan məlumatlar göstərir ki, Azərbaycanda saxta şirkətlərin yaradılmasında daha “təsirli” üsullara keçilib. Əvvəllər sosial cəhətdən zəif, hüquqi bilikləri olmayan vətəndaşların adından sui-istifadə olunurdusa, bu gün bu məqsədlə daha həssas və cavabdehlik daşımaq iqtidarında olmayan şəxslər seçilir:

Narkotik aludəçiləri
Psixoloji və ruhi pozuntuları olan insanlar
Ağır onkoloji xəstələr və müalicə imkanından məhrum şəxslər

Bəzi hallarda işbazlar onkoloji xəstələri birbaşa xəstəxana qarşısında axtarıb tapır, onlara cüzi pul yardımı vəd edir və onların adına şirkət açmaq üçün etibarnamə alır. Bu şəxslərin çoxu bir neçə ay içində vəfat edir və nəticədə onların adına qeydiyyatda olan şirkətlərin külli miqdarda vergi və sosial borcu cavabsız qalır.

İdxal-İxrac İdarəsi və Gömrük Komitəsi: Sistemli laqeydlik, yoxsa...

Bu saxta şirkətlərin təkcə qeydiyyatdan keçməsi yox, fəaliyyət göstərməsi, milyonlarla manatlıq idxal əməliyyatlarını heç bir ciddi sənədlə müşayiət etmədən həyata keçirməsi göstərir ki, bu proseslər aidiyyəti dövlət qurumlarının nəzarətindən ya kənarda qalır, ya da onların səssiz razılığı ilə baş tutur.

Əldə edilən məlumatlara görə, bəzi hallarda idxal olunan məhsullar asanlıqla gömrükdən keçirilir. Heç bir ekspertiza, əlavə sənəd, real anbarsız məhsullar birbaşa bazara daxil edilir. Bu sistemin əsas nəzarət qurumu olan İdxal-İxrac Baş İdarəsi, şirkətlərin təsisçilərini, maliyyə vəziyyətlərini, fiziki ünvanlarını yoxlamalı olduğu halda, bu funksiyalar tamamilə formal şəkildə həyata keçirilir. Qeyd edək ki, qurumun rəhbəri Azər Məmmədovdur...

Daha da təhlükəlisi, ictimaiyyət arasında yayılan iddialar bu proseslərin təkcə sistem zəifliyi ilə deyil, bəzi məmurların aktiv iştirakı ilə mümkün olduğunu göstərir. Belə ki, bir çox bu tip şirkətlərin arxasında yüksək vəzifəli şəxslərin qohumları və yaxın çevrəsinin dayandığı bildirilir.

Dövlət büdcəsinə və sahibkarlıq mühitinə dərin zərbə

Bu sistemin nəticəsi birbaşa dövlət büdcəsinin ziyan görməsi və qanuni sahibkarlığın sıradan çıxarılmasıdır. Rəqabət mühiti pozulur, vergisini ödəyən, sənədlərlə işləyən sahibkar qeyri-rəsmi yolla çalışan “saxta biznes” qarşısında uduzur. Bu isə iqtisadi sistemin içəridən çökdürülməsi deməkdir.

Rəqəmlər göstərir ki, bu saxta şirkətlər vasitəsilə ölkəyə aylıq on milyonlarla manatlıq məhsul idxal edilir. Bunların heç biri real iqtisadi dövriyyədə rəsmi qeydiyyatdan keçmir, vergi ödənilmir və hüquqi məsuliyyət daşıyan tərəf qalmır.

Artıq cəmiyyət bu məsələ qarşısında susmur. Media, vətəndaş cəmiyyəti institutları və bəzi sahibkar birlikləri bu problemi illərdir qaldırsa da, konkret nəticə yoxdur. Dövlətin maraqlarına bu qədər ciddi zərbə vuran bir sistemin illərlə toxunulmaz qalması isə haqlı suallar doğurur.
Hələ də bu şirkətlərin açılmasına necə icazə verilir?
İdxal-İxrac Baş İdarəsi bu proseslərə necə göz yumur?
Gömrük Komitəsi nə üçün tədbir görmür?


Bu sahədə tənzimləmə və nəzarət mexanizmlərinə cavabdeh qurumlardan birincisi İqtisadiyyat Nazirliyidir. Lakin nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurum bu qədər geniş yayılmış və ictimai rezonansa səbəb olan saxta şirkət maxinasiyalarına qarşı açıq və prinsipial mövqe ortaya qoymur. İdxal-İxrac Baş İdarəsinin fəaliyyəti, faktiki olaraq, nazirliyin nəzarətindən çıxmış vəziyyətdədir. Əgər bu struktur real yoxlamalar həyata keçirmir, ölü şəxslərin və narkotik asılılığı olan insanların adından milyonlarla manatlıq idxalı görməzdən gəlirsə, bunun məsuliyyətini anlamalıdırlar.

Bu suallara illərdir cavab verilmir...

Aylardır bəzi rəsmilər, TV-lər tərəfindən bu proseslərin qarşısını almaq üçün islahatların planlaşdırıldığı bildirilir. Şirkət qeydiyyatı üçün fiziki iştirak, notarial təsdiq, sahibkarlıq qabiliyyətinin qiymətləndirilməsi kimi mexanizmlər təklif olunur. Lakin sual yaranır: bu sistemin içərisində olanlar həmin islahatların həyata keçirilməsinə imkan verəcəkmi?

Beləliklə, bu gün Azərbaycanda saxta şirkətlər problemi təkcə iqtisadi məsələ deyil, bu, insan həyatının, hüquq sisteminin və dayaqların istismar olunmasıdır. Əgər bir ölkədə ölümcül xəstənin adından milyonlarla manatlıq maxinasiyalar həyata keçirilə bilirsə və dövlət qurumları bu prosesə ya laqeyd yanaşır, ya da iştirak edirsə, orada sistemin təcili şəkildə yenidən qurulmasına ehtiyac var.

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru