YENİ REKTORUN "NƏZİR QUTUSU" - İTTİHAM VAR
Tarix: 19-08-2016, 09:38 | Çap et
 Azərbaycanda hər hansı məmur vəzifədən azad olunanda onun yerinə təyin edilən şəxsə ilk vaxtlar böyük etimad yaranır. Hər kəs düşünür ki, yeni gələn qısa müddətdə sələfinin səhvlərini düzəldəcək, onun yaratdığı hərcmərcliyi aradan qaldıracaq. Amma, təəssüf ki, son illər ölkəmizdə bu gözlənti nəinki bircə dəfə də olsa özünü doğruldub, əksinə yeni gələn məmur hər zaman özündən əvvəlkinin atasına rəhmət oxutdurub. Bu baxımdan, bəzən insanlarda belə təəssürat formalaşır ki, əslində belə bir durumun yaranması dövlət siyasətidir və sanki hər yeni təyin olunan məmura rəhbərlik edəcəyi idarədə vəziyyəti daha da arzuolunmaz səviyyəyə gətirmək haqda göstəriş verilir. Əlbəttə, bu haqda onlarla nümunə ortaya qoymaq olar. Lakin biz ən son təyinatla bağlı bir faktı açıqlamaqla, dediklərimizin həqiqət olduğunu sübut etmiş olarıq. Söhbət Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun vəzifədən çıxarılaraq, onun yerinə Gəray Gəraybəylinin təyin edilməsindən sonra bu təhsil (səhiyyə) ocağında yaranmış xoşagəlməz durumdan gedir. Hansı ki, yeni rektorun vəzifə başına keçər-keçməz ATU-nun nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikada yeni “qaydalar” tətbiq etməsi deyilənlərin sübutudur. Qeyd edək ki, söhbət bu klinikaya girişin pullu olması, yəni G.Gərəybəylinin hər bir vətəndaşdan içəri daxil olan zaman 2 manat qeydiyyat haqqı tələb edilməsi haqda göstəriş verməsindən gedir. Oxucuların diqqətinə çatdıraq ki, bu haqda Hurriyyet.org-a klinikadan informasiya daxil olduqdan sonra, əməkdaşımız hadisə yerindən araşdırma aparıb. Bu zaman məlum olub ki, həqiqətən də klinikaya giriş pullu olub. Ən maraqlısı odur ki, bu rüşvətin yığılması məqsədilə klinikada əlavə ştatlar da açılıb, yeni qeydiyyat və mühafizə ximəti fəaliyyətə başlayıb. Klinikaya müraciət edən pasientlərdən biri Hurriyyet.org-a açıqlamasında maraqlı faktlar söylədi: “Yeni ştata alınan işçilərin hər birinə 300-400 manat ödənir. Hansı qazancla? Təbii ki, xəstələrdən yığılan pulla. Buna isə həkimlər narazılıq edirlər. Çünki onlara gələn gəlir bölünür. Həkimlərin narazılığı hər dəfə gələn xəstənin ayda bir dəfə 2 manat ödəməsidir. Çünki bu qayda həkimlərin müştərilərini azaldır. Xəstə deyir ki, filan klinikada dişin panoraması 15-26 manatdır. Mən burada 26 manat panoramaya, 2 manat da qeydiyyata niyə verməliyəm? Acıq edib gedir, sonra da həkimlərdən plan tələb olunur. Ümumiyyətlə, harda görünüb ki, dövlət klinikasında ödənişli xidmət göstərilsin? Ya birdəfəlik pullu klinika olsun, ya da dövlət klinikası. Dövlət tibb müəssisəsində “nəzir qutuları”nın yerləşdirilməsini görməmişdik, bunu da gördük”. Yeri gəlmişkən, Gəray Gəraybəylinin bu qanunsuz göstərişinə etiraz edən bəzi həkimlər deyirlər ki, yeni rektorun bu addımı heç də təsadüf deyil. Onların fikrincə, görünür, G.Gərəybəyli vəzifəyə təyin edilən zaman “yuxarı”lara külli miqdarda “hörmət” etməyə məcbur olub, indi də verdiyi hesabı vətəndaşların cibindən çıxarmağa çalışır. Əks halda, onun gələr-gəlməz bütün idarələrə rüşvət “taskısı” qoyması anlaşılan deyil... Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən ilk olaraq dedilər ki, klinika təsərrüfat hesablıdır. Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? Bəs ona qədər hansı statusla fəaliyyət göstərib? Sualmıza cavab verildi ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq. ATU-nun mətbuat xidmətindən isə Günel Aslanova dedi ki, məzuniyyətdədir, o da belə bir “qaydadan” xəbərsizdir. Klinikanın direktoru Alqış Səfərovun mobil telefonuna edilən zənglərimizə isə cavab ala bilmədik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünən, 23:18 |
|
|
|
• Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…
Dünən, 18:03 |
|
|
|
• Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Dünən, 17:58 |
|
|
|
• Baş nazir vətəndaşlarla birgə uçdu - FOTO
Dünən, 17:55 |
|
|
|
• Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 17:49 |
|
|
|
• Laçın yollarında 277 min manatlıq cari təmir - DETALLAR
Dünən, 17:40 |
|
|
|
• Onlara tapşırıq verilib: - Bayramovla Mirzoyan sülh prosesini sürətləndirəcəklər
Dünən, 17:39 |
|
|
|
• Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər - SİYAHI
Dünən, 17:32 |
|
|
|
• Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - SANA agentliyi
Dünən, 17:18 |
|
|
|
• Kiyev “Gürcü Arzusu”nu ittiham etdi - Ukrayna xalqına hörmətsizlikdir
Dünən, 17:15 |
|
|
|
• Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... - FADEEVƏ CAVAB...
Dünən, 17:14 |
|
|
|
• Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı - TƏFƏRRÜAT
Dünən, 17:07 |
|
|
|
• Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq SƏRGİ MƏRKƏZİ
Dünən, 17:02 |
|
|
|
• Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57 |
|
|
|
• İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
• İlhamə Elşadqızı yenə həbsdə qalacaq
Dünən, 16:47 |
|
|
|
• Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 16:31 |
|
|
|
• Vaşinqton razılaşması regionumuzda sülhə yol açır - deputat
Dünən, 16:27 |
|
|
|
• Bloqer Səlim Milli vəfat etdi
Dünən, 16:21 |
|
|
|
• Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb
Dünən, 16:19 |
|
|
|
• Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Dünən, 16:16 |
|
|
|
• Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Dünən, 16:15 |
|
|
|
• Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Dünən, 16:11 |
|
|
|
• Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Dünən, 16:08 |
|
|
|
• OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Dünən, 15:42 |
|
|
|
• Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Dünən, 15:38 |
|
|
|
• Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Dünən, 15:26 |
|
|
|
• Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Dünən, 15:21 |
|
|
|
• Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Dünən, 15:17 |
|
|
|
• Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Dünən, 15:14 |
|
|
|
• “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Dünən, 15:12 |
|
|
|
• Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Dünən, 15:09 |
|
|
|
• Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Dünən, 15:06 |
|
|
|
• Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Dünən, 15:03 |
|
|
|
• Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Dünən, 14:54 |
|
|
|
• Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Dünən, 14:51 |
|
|
|
• Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:47 |
|
|
|
• Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Dünən, 14:40 |
|
|
|
• AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Dünən, 14:34 |
|
|
|
• Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Dünən, 13:10 |
|
|
|
• "Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Dünən, 13:08 |
|
|
|
• Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Dünən, 13:00 |
|
|
|
• Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Dünən, 12:58 |
|
|
|
• “Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Dünən, 12:53 |
|
|
|
• Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Dünən, 12:52 |
|
|
|
• Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Dünən, 12:50 |
|
|
|
• Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47 |
|
|
|
• “Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 12:44 |
|
|
|
• Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Dünən, 12:43 |
|
|
|
|