Bakıda daha bir İran aşiqi həbs edildi .....                     Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır .....                     "Xaricdən maşın sifariş versəm, bundan tez gələr" .....                     "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" .....                     İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... .....                     Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, .....                     Məcnun Məmmədovun unikal kadrları .....                     Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... .....                     Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib .....                     Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                 

Naxçıvanda xüsusi səlahiyyətli İsmayıl Məmmədov kimdir? – Bu şəxs muxtar respublikanı sökə-sökə gedir
Tarix: 7-11-2023, 09:47 | Çap et
Naxçıvanda xüsusi səlahiyyətli İsmayıl Məmmədov kimdir?
Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Məmmədovdan redaksiyamıza şikayət məktubları daxil olmaqda davam edir.

İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. İddia edilir ki, MMC rəhbəri özünü Naxçıvanda xüsusi mandat verilmiş şəxs kimi aparır.

Bu MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu yaxınlarda ləğv edilmiş Naxçıvanşünaslıq Mərkəzinin binasında fəaliyyət göstərir.

Əvvəlcə onu qeyd edək ki, bu bina muxtar respublika ərazisindəki mühüm tarixi abidələrdən biridir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev TNS-ə deyib ki, həmin bina 1840-cı ildə tikilib. Bu binada vaxtilə Çar Rusiyasının yerli orqanları, 1918-ci ildə isə Araz-Türk Cümhuriyyətinin parlamenti fəaliyyət göstərib.

Maraqlıdır ki, bu tarixi bina nəyə görə “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilib? Həmin təşkilat isə bu tarixi binanın interyerini öz istədiyi kimi dəyişdirib, yəni abidəyə xələl gətirib. Halbuki muxtar respublikada bu binada fəaliyyət göstərə biləcək, iş şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan onlarla elm, təhsil və mədəniyyət müəssisəsi vardır.

Sən demə, bu bina heç tarix və mədəniyyət abidəsi kimi qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinədən TNS-in soğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli sərəncamı ilə bu bina İqtisadiyyat Nazirliyinin sərəncamına verilib. Cari ilin sentyabr ayında “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti nazirliyə müraciət edərək keçmiş Naxçıvanşünaslıq Mərkəzinin binasının onlara icarəyə verilməsinə köməklik göstərilməsini xahiş edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, qeyd olunan obyektin tarixi abidələr siyahısında olmadığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Naçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, 778,5 kvadratmetr olan qeyri-yaşayış sahəsi bir il müddətinə həmin MMC-yə icarəyə verilib. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 59975,64 manat icarə haqqı ödəməlidir. Yəni, bu obyektin bir kvadratmetri həmin MMC-yə 6 manat 42 qəpiyə icarəyə verilib. İndiki dövrdə Naxçıvan şəhərinin mərkəzində icarəyə götürmək üçün bu qiymətə belə bir obyekt tapmağın mümkün olub olmadığını qiymətləndirməyi oxucuların ixtiyarına buraxırıq.

Əldə etdiyimiz məlumata görə, İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC hələ icarə müqaviləsi bağlanmamışdan xeyli əvvəl, Naxçıvanşünaslıq Mərkəzi ləğv edildikdən sonra binada təmir işləri aparıb, orada fəaliyyətə başlayıb. Bütün bu faktlar İsmayıl Məmmədovun Naxçıvanda xüsusi səlahiyyətli şəxs olduğu iddialarını gücləndirir. Onun muxtar respublikada necə söz sahibinə çevrildiyi ilə bağlı tutarlı faktı yazının sonunda qeyd edəcəyik.

İndi isə keçək “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin muxtar respublikada tikintiləri dayandırması, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürməsi məsələsinə. Fakt odur ki, İsmayıl Məmmədov muxtar respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürür.

Bir neçə misal çəkək. Bu MMC-nin təklifi və təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan futbol stadionu sökülüb. Həmin obyektin tikintisinə sərf olunan yüz min manatlarla dövlət vəsaiti havaya uçub. Bu azmış kimi, İsmayıl Məmmədov universitetin tikilməkdə olan rektorluq binasının da sökdürülməsinə çalışır. Bu bina ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüsur aktı var. Amma bu, binanın sökülməsinə əsas vermir. Nöqsanlar aradan qaldırıla, binanın tikintisi başa çatdırıla bilər. Bu binanın tikintisinə 2 milyon manat vəsait xərclənib. Deməli, dövlətin 2 milyon manatını heç bir rəsmi səlahiyyəti olmayan şəxs küçəyə atmaq fikrindədir.

İsmayıl Məmmədov heç bir əsas, səbəb və səlahiyyəti olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintisi dayandırıb. Muxtar respublikanın bir səlahiyyətli şəxsinin də cəsarəti çatmır ki, bu adamdan soruşsun görək, axı bu kimdir? Muxtar respublikanın Ali Məclisi də, Nazirlər Kabineti də hələ ki susur.

Bəs Naxçıvanda bu MMC tərəfindən tikilmədə olan obyektlərin sökülməsi, tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının məlumatı varmı?

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov TNS-ə açıqlamasında deyib ki, onların bu Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti barədə məlumatları yoxdur.

“Biz ancaq daxil olan layihələrə baxıb onların uyğunluğuna rəy veririk. Bizim funksional istiqamətimiz bundan ibarətdir. Tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”, – komitə sədri əlavə edib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz sorğuya isə hələ cavab verilməyib.

Naxçıvanda hansısa qanunsuz tikinti aparılıbsa, yaxud hansısa obyektdə qüsur aşkar edilibsə, bu sahəyə cavabdeh dövlət orqanları var. Bu barədə qanuni tədbir görmək həmin dövlət orqanlarının səlahiyyətindədir. Yenə həmin suala qayıdırıq. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi hansı səlahiyyətlə dövlətin işinə qarışır? Bu MMC dövlət orqanlarının inşa etdiyi, yaxud inşa etdirdiyi obyektləri necə sökdürür? Naxçıvanda bu qədərmi dərəbəylik hökm sürür?

Əgər sahibkar İsmayıl Məmmədovun avtomobili Naxçıvan Ali Məclisinin düz qarşısında, heç kimin avtomobilini saxlamağa, hətta ordan keçməyə belə icazəsi olmayan bir yerdə saxlanılırsa, deməli, o, xüsusi səlahiyyətli şəxsdir. Qanunlarla idarə olunan Azərbaycanda belə qanunsuzluqlara heç vaxt göz yumulmayacaq.

Naxçıvanda özünü xüsusi imtiyazlı şəxs kimi aparan və ona bu şəraiti yaradanlara ölkə Prezidentinin sözlərini xatırladırıq: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.

Mövzunu davam etdirəcəyik.
//TNS//

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Bu gün, 08:57
Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:53
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru