"İki dəfə aksiya keçirmişik, İcra Hakimiyyətinin nümayəndələri gəlib..." - Sakinlər etiraz edir...
Tarix: 23-09-2021, 09:31 | Çap et
 Saatlının Nabatkənd və Orta Muğan kəndlərinin su problem var. Bu barədə, həmin kəndin sakinləri “Gözətçi”yə göndərdikləri şikayətdə məlumat veriblər.
“Bizim kəndə 2-3 gün bundan əvvəl kanalın içi ilə bir az su verildi. O da heç kanalın yarısına çatmadı. Digər kəndlərə isə heç bu da verilməyib. Kanalın içi hazırda qupqurudur, susuzluqdan torpaq çat-çatdır”.
Bunu Nabatkənd kənd sakini Tahir Həsənov deyir. O, bildirir ki, içməli su ilə yanaşı, suvarma suyu ilə də böyük problemlər yaşayırlar:
“Mart ayından başlayan su problemi yanvar ayına kimi davam edir. Buna görə də, heç bir məhsulumuzu yığa bilmirik. Nə payız əkinini yerinə yetirə bilirik, nə də yazlıq əkinini bazara çıxarda bilirik”.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunsa da, şikayətlərə baxan yoxdur:
“İki dəfə aksiya keçirmişik, İcra Hakimiyyətinin nümayəndələri gəlib. Onların hamısı bizdən də gözəl bilirlər ki, vəziyyət necədir. Ancaq yenə də heç bir tədbir görülmür. Səbəb olaraq da göstərirlər ki, su yoxdur. Ancaq bizim rayondan kənara çıxsan görürsən ki, hər yerdə su var. Bir tək bizim kənd də daxil olmaqla rayonun 5-6 kəndi var ki, susuzluqdan əziyyət çəkir”.
T. Həsənov bildirir ki, kəndlərinə içməli su İcra Hakimiyyətinin ayırdığı maşınlarla gətirilir. Əhali suyu pulla alır, suyun tonuna görə isə qiymətlər 5-15 manat arası dəyişir:
“İçməli su həftədə bir dəfə gətirilir. O sudan da həm özümüz üçün, həm də heyvanlara istifadə edirik. Həddindən artıq acınacaqlı vəziyyətdəyik”.
Orta Muğan kəndində də vəziyyət eynidir. Kənd sakini Asim Ağayev bildirib ki, susuzluq onları əkindən uzaqlaşdırıb:
“Aprel ayından kəndimiz su üzünə həsrətdir. Bu problem adətən noyabr ayına kimi davam edir, bu il necə olacaq hələ bilmirik. Kənd sakinləri artıq təsərrüfatlarını suvarmaq haqqında deyil, yaşamaq uğrunda mübarizə aparırlar. İçməli suyu pulla alırıq, maşını 20 manata. Aldığımız su da içməyə, heyvanları təmin etməyə ancaq çatır. Ona görə də, əkindən əlimizi üzmüzük”.
Asim Ağayev əlavə edir ki, Saatlı rayonunun Orta Muğan kəndinin su kanalı ilə Sabirabad ərazisindən keçən Sabir kanalı arasında olan məsafə 11 km.-dir. Sabirabad kəndləri su problem yaşamır, ancaq Saatlının Orta Muğan, Nabatkənd və Çolpukənd kənd sakinləri hər il susuzluqdan əziyyət çəkir.
Saatlı rayon İcra Hakimiyyətindən “Gözətçi”yə bildirdilər ki, məsələdən xəbərdardılar:
“Nabatkənd, Orta Muğan kənd və ora yaxın kəndlərdə yaranan su problemlərinin həlli istiqamətində tədbirlər aparılır. Məsələ ilə bağlı aidiyyatı qurumlarla, o cümlədən suvarma sistemləri ilə əlaqə saxlamışıq”.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
19-07-2025, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
19-07-2025, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
19-07-2025, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
19-07-2025, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
19-07-2025, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
19-07-2025, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
19-07-2025, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
19-07-2025, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
19-07-2025, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
19-07-2025, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
19-07-2025, 07:38 |
|
|
|
|