Sabiq MTN şefinə yeni vəzifə verilir... - Yenidən etimada layiq görülüb
Tarix: 26-02-2016, 09:06 |
Çap et
DİA.AZ: - Keçmiş Milli Təhlükəsizlik Naziri Namiq Abbasova yenidən etimad göstərilə bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, təcrübəli çekist kimi tanınan, həmçinin zamanında Qərbin regiondakı təhlükəsizliklə bağlı mühüm layihələrində Azərbaycanı bir peşəkar kimi təmsil etmiş Namiq Abbasovun məhz bu keyfiyyətlərindən yenidən istifadə oluna bilər.
Mənbənin diaaz.space-a söylədikləri: "Mərhum prezident Heydər Əliyevin yetirməsi olan Namiq Abbasov kifayət qədər peşəkar bir kadr hesab olunur. Ona təkcə MDB məkanında deyil, bir sıra nüfuzlu çevrələrdə də məhz peşəkarlığı baxımından böyük etimad var.
Ola bilsin ki, bu faktırlar nəzərə alınsın və Abbasova Dövlət Təhlükəsizlik Xidmətində vəzifə verilsin".
Konkret hansı vəzifəyə təyinat alacağı ilə bağlı məlumat verməyən mənbə Abbasovla bağlı onu da bildirdi ki, qərar yaxın günlərə təsadüf edə bilər.